Bu əlamətlər varsa, damarlarınız tıxanıb - Ciddi siqnal

Bu əlamətlər varsa, damarlarınız tıxanıb - Ciddi siqnal- Uzun məsafə getdikdə və ya pilləkanla qalxdıqda ürək nahiyəsində sancı, ağrı, təngnəfəslik hiss edirsiz?
- Başgicəllənmə sizi narahat edir?
- Əl və ayaqlarda keyləşmə olur?
Milli.Az xəbər verir ki, bunlar ateroskleroz adlı damar tutulması, tıxanmasının ilkin əlamətləri ola bilər:
Ateroskleroz - xolesterinin damar divarında yığılması ilə gedən xəstəlikdir. Ateroskleroz başlanğıcda simptomsuz keçir.
Simptomlar xəstəliklərin son mərhələsində özünü büruzə verdiyindən, artıq bu zaman ürək, ətraflar, baş beyin qan dövranında ciddi çatışmazlıqlar olur. Ateroskleroz ağır fəsadlara, əlilliyə və ölümə səbəb ola bilər.
Ən çox təsadüf olunur:
- kişilərdə - 40 yaşdan yuxarı
- qadınlarda - klimaksdan sonrakı dövrdə
ATEROSKLEROZUN FORMALARI:
- Ürək damarlarının aterosklerozu (koronar arteriyalar): Ürəyin işemik xəstəliyi
- Baş beyni qanla təmin edən damarların aterosklerozu: insult, Parkinsonizm, Alsheymer xəstəliyi, senil demensiya və s.
- Yuxarı və aşağı ətrafların aterosklerozu.
Obliterasiyaedici endarteriit, trofik yaralar və s.
- Böyrək damarlarının aterosklerozu: böyrək
funksiyasının pozulması və ağır arterial hipertenziya.
- Aortal forma. Aorta - orqanizmin ən böyük arteriyası olduğu üçün, onun aterosklerozla zədələnməsi bütün orqan və sistemlərdə dəyişkikliyə səbəb ola bilir.
RİSK FAKTORLARI:
- Cins: ateroskleroza kişilərdə qadınlara nisbətən daha çox rast gəlinir
- Yaş; bu, təbii risk faktorudur. Yaş artdıqca ateroskleroz
əlamətləri dərinləşir
- İrsiyyət
- Zərərli vərdişlər (siqaret, alkoqol)
- Yanlış qidalanma
- Piylənmə
- Şəkərli diabet
Müalicə
Tibdə aterosklerozun konservativ müalicəsi lazımi effekt vermədiyindən cərrahi əməliyyata, yəni stentin qoyulmasına önəm verilir. Amma bu çıxış yolu deyil, çünki ateroskleroz orqanizmin ümumi xəstəliyidir. Stent qoymaqla yalnız nəticə aradan qaldırılır, səbəb olduğu kimi qalır. /medicina.az
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1691   Tarix: 19 aprel 2021
f Paylaş

Oxşar xəbərlər

.

Həkimlər ən zərərli qəhvə növünü açıqladılar - Ürək üçün təhlükəlidir

Qəhvə sağlamlıq üçün faydalı içki hesab edilsə də, onun hazırlanma üsulu və tərkibinə əlavə edilən maddələr ürək-damar sisteminə mənfi təsir göstərə bilər. Kardioloqlar xüsusilə şəkərli qəhvə içkilərinin təhlükələri barəd

.

Şəkərli diabet təhlükəsini azaltmaq üçün üç vacib qayda

Rusiyalı həkim-terapevt Nadejda Çernışova şəkərli diabet üçün risk qrupuna kimlərin aid olduğunu və bu xəstəliyin yaranma riskini azaltmaq üçün hansı addımların atılmasının vacib olduğunu izah edib. -a istinadən xəbər veri

.

Hər gün üzüm yesək, nə olar?

Üzüm həm dadı, həm də zəngin qida tərkibi ilə seçilən meyvələrdəndir. -ın məlumatına görə, tərkibində vitaminlər, minerallar, lif və antioksidantlar olan bu meyvənin müntəzəm, ölçülü miqdarda istehlakı sağlam qidalanmay

.

Xərçəngə səbəb ola bilən bakteriya bu imiş - Diqqətli olun

Xərçəng riskinə təsir edən amillərlə bağlı yeni araşdırma diqqətçəkən nəticə ortaya qoyub. xəbər verir ki, "The Lancet Oncology" jurnalında dərc edilən araşdırmaya görə, 2024-cü ildə dünyada diaqnoz qoyulan bütü

.

Bu günkü çəki gələcəkdə yaddaşa təsir edə bilərmi? - ARAŞDIRMA

Orta yaşlarda piylənməsi olan insanların yaşlılıq dövründə demensiyaya tutulma riskinin 33 faiz daha yüksək olduğu müəyyən edilib. xəbər verir ki, bu nəticə 19 uzunmüddətli araşdırmanın, ümumilikdə 589 min 649 nəfərin məlumatlarını

.

Ac qalanda ürəkbulanma və halsızlıq yaranırsa

Hipertireoz, Addison xəstəliyi, hipoqlikemiya və polikistik yumurtalıqlar sindromu kimi problemlər aclığa dözümlülüyü azaldaraq ürəkbulanma və halsızlıq yarada bilər. Birinci tip diabet zamanı isə uzun müddət qidadan imtin

.

Yuxuda sevişmək nəyə yozulur?

Yuxular hələ də sirri açılmayan qaranlıqla dolu dünyadır. Yuxu əsrlərdən bəri araşdırılan, həm alimlərin, həm də mistika ilə məşğul olanların cavabını tapmaq istədiyi tapmacadır. Fərqli və rəngarəng yuxular bəzən də cinsəlikl

.

Tənhalıq sağlamlığa ciddi zərər verə bilər

Düzgün qidalanma və müntəzəm idmanla məşğul olmaq sağlam həyat tərzinin əsas şərtləri hesab edilir. Lakin alimlərin araşdırmasına görə, insan sağlamlığına ciddi təsir göstərən daha bir mühüm amil var. Bu da sosial münasibətlə

.

Duru yağ zərərlidir? – Mütəxəssis açıqladı

Duru yağların zərərli olduğunu demək olmaz. Çünki duru yağ etibarlı və keyfiyyətli, mənşəyi bəlli olan xammaldan - zeytun, günəbaxan və qarğıdalıdan istifadə olunaraq hazırlanırsa, bizim region üçün istifadəyə daha uyğundur

turlar.az

qadın geyimi qadin dunyasi gözəllik məhsulları qadın sağlamlığı kişi sonsuzluğu cinsi münasibətlər sabir haciyev kosmetika qızlıq pərdəsi baldıza aid hakışta vətənə aid bayatılar nizami gəncəvi məsəllər