Bu etiketlə satılan qidaları ALMAYIN: xəstəlik yaradır
ABŞ-də sürətlə yayılan salmonella infeksiyası səbəbilə bəzi şirniyyat məhsulları ilə bağlı ciddi xəbərdarlıq edilib.
Milli.Az xəbər verir ki, səlahiyyətli qurumlar vətəndaşlara bu məhsulların istehlak edilməməsi, satılmaması və yayılmaması barədə çağırış edib.
Salmonella ilə əlaqəli olduğu müəyyən edilən və "Tatlı Kremalı Mini Pastane" etiketi ilə satılan məhsulların sağlamlıq üçün risk daşıdığı bildirilib.
ABŞ Qida və Dərman İdarəsi (FDA) bu şirniyyatları "qırmızı" idxal siyahısına əlavə edərək ölkəyə girişlərini avtomatik olaraq dayandırıb.
İndiyədək Kaliforniya, İllinoys, Massaçusets, Şimali Karolina, Nyu-Cersi, Nyu-York və Pensilvaniya ştatlarında ümumilikdə 18 salmonella hadisəsi qeydə alınıb.
Qeyd olunur ki, bu məhsulların əksəriyyəti restoran, kafe və otel kimi müəssisələrə etiketsiz şəkildə satıldığından, istehlakçılar bu şirniyyatları fərqində olmadan yeyə bilərlər. Yoluxan şəxslərdən beşi xəstəlik əlamətləri başlamazdan əvvəl bu növ şirniyyatlar istehlak etdiklərini bildirib. /Sfera.az
Milli.Az









Şəkərli diabet təhlükəsini azaltmaq üçün üç vacib qayda
Günorta yatmazdan əvvəl qəhvə içmək niyə faydalıdır?
İtirilmiş dişlər yenidən çıxa bilər - İnqilabi kəşf
Evdə stress yaradan 5 şey
Təzyiqi aşağı salan 5 əsas qida
Sərdar Ortaçdan Tarkana SƏRT MESAJ: "1 nömrə mənəm
Türkiyə COP31 üçün xüsusi mahnı təqdim edib
Tənhalıq sağlamlığa ciddi zərər verə bilər
Saatlarla oturanların diqqətinə
Röyanın adından dələduzluq - FOTO
Arif Mirzəyev vəfat etdi
Nərmin Kərimbəyova 'Zəfər günü'nə həsr olunan 'Atabarı'nı təqdim etdi