"Bu gün də Fətulla Güləndən müsahibə alaram…"- QƏNİRƏ ATAŞOVA

"Bu gün də Fətulla Güləndən müsahibə alaram…"- QƏNİRƏ ATAŞOVAANS-in tanınmış siması Qənirə Ataşova ölkədən buraxılmaması ilə bağlı yaranmış situasiyanı dəyərləndirib.
Gununsesi.info-ya açıqlamasında jurnalist yaranmış durumula bağlı rəsmi strukturlardan izahat gözlədiyini deyib:
"Mənim ölkədən çıxışıma qadağa qoyulması məntiqsizlikdir. Mən istəsəydim elə ABŞ-da qalardım. ANS-in bağlanmasından sonra Amerikada fəaliyyət göstərən beynəlxaq hüquq müdafiə təşkilatları, jurnalist qurumları mənə öz köməyini təklif etdi. Ancaq mən öz dövlətimin ədalətinə inanaraq, Azərbaycana dönməyi qərara aldım. Ölkədən çıxarkən, məni geri qaytardılar. Nəzərə alsaq ki, mən Avropaya deyil, Türkiyəyə gedirdim. Bu lazımsız idi".
Q.Ataşova deyir ki, hüquqlarının müdafiəsi üçün qanuni üsullardan yararlanacaq:
"Hazırda vəkil bu məsələni hüquqi yolla araşdırır. Qadağadan sonra iki ay müddətində mən qanunun imkan verdiyi bütün prosedurları keçdim. Bu yolla heç bir cavab ala bilməyəndən sonra məcbur olduq ki, hüquqi prosedurlara baş vuraq. Vəkilin əldə etdiyi bu sənəd ortadadır. İndi görürəm ki, baş prokurorun müavini Rüstəm Usubov, Respublika Prokurorluğunun mətbuat xidməti və ANS rəhbərliyi fərqli-fərqli fikirlər səsləndirir. Ortada qarışıq situasiya var. Əgər cinayət işi açılmayıbsa, nədən mənim vəkilimə bu sənəd verilib? Buna kimsə aydınlıq gətirməlidir. Belə çıxır ki, mənə verilə sənəd saxtadır. Əgər saxtadırsa, niyə insanın taleyi ilə oynamağa qalxırlar? Bildirirlər ki, ANS rəhbərliyinin ölkədən çıxışına qadağa yoxdur.
Qadağa yoxdursa, o zaman heç bir vəzifəsi olmayan mənim kimi adi bir jurnalistin aeroportda qarşılaşdığı o mənzərə nə idi? Buna bir nəfər aydınlıq gətirməlidir. Jurnalist olsam da, bir çox məsələləri ictimailəşdirmədən, sakit şəkildə həll etməyə çalışmışam. Ancaq görürəm ki, susduqca, mənim haqqıma girirlər, mənim haqqım əlimdən alınır. Nədən bir vətəndaş olaraq mənim hüquqlarım tapdanılmalıdır? Mən jurnalist olaraq bütün dünya jurnalistlərinin iştirak etdiyi mətbuat konfransında iştirak etmişəm. Dünyanın axtardığı adamın mətbuat konfransına girib ona lazımi sualı yerində vermişəm. Bu gün də məmnuniyyətlə, Fətulla Güləndən müsahibə alaram".
Jurnalist onu da bildirib ki, ölkədən çıxışının qadağan olunması səbəbindən xaricdən ona gələn iş təklifini də itirməli olub:
"Mənim burada iş imkanlarım məhdud olduğundan Türkiyə rəsmiləri tərəfindən işə dəvət olundum. Əgər mən təhlükəli insan idimsə, nə üçün Türkiyə tərəfi məni işə dəvət edirdi? Mən orada jurnalistika və diaspora fəaliyyəti ilə məşğul olmalı idim. Onlar istəyirdilər ki, mən orada Azərbaycan, Türkiyə və ABŞ arasında diaspora fəaliyyətində aktiv olum, jurnalist olaraq bu sahə üzrə ixtisaslaşım. Çünki onlar görürdülər ki, mən bu sahədə aktivəm. Mən Amerikada olduğum zaman Türkiyə diasporası ilə çox sıx işləyirdim. Bu istiqamət üzrə işə çağırıldım. Ölkədən isə mənim çıxışıma qadağa qoydular. Əgər mən Türkiyə hökuməti üçün təhlükəli idimsə, onlar məni niyə işə çağırırlar?"
"Bu gün də Fətulla Güləndən müsahibə alaram…"- QƏNİRƏ ATAŞOVA"Bu gün də Fətulla Güləndən müsahibə alaram…"- QƏNİRƏ ATAŞOVA

Xəbərlər     Baxılıb: 2438   Tarix: 10 yanvar 2017
f Paylaş


xidmetler

Oxşar xəbərlər

.

Süni intellekt sayəsində hamilə qaldı

18 ildir uşaq sahibi ola bilməyən cütlük süni intellekt sayəsində valideyn olmağa hazırlaşır. xəbər verir ki, ABŞ-də azospermi diaqnozu qoyulan və 18 il ərzində övlad sahibi ola bilməyən cütlük, süni intellektin dəstəklədiy

.

İnsan beyni mühitdə hərəkəti süni intellektdən daha yaxşı qavrayır - TƏDQİQAT

Yeni tədqiqat insan beyninin vizual mühitlərdə avtomatik olaraq mümkün fiziki fəaliyyətləri necə müəyyənləşdirdiyini üzə çıxarıb və bu sahədə süni intellektin hələ də insan qabiliyyətinə çatmadığını göstərib. Amsterdam Universitetini

.

Soyuq duşun əsas FAYDALARI

Soyuq duşun sağlamlığa təsirləri ilə bağlı maraq artmaqdadır. Araşdırmalar göstərir ki, bu vərdiş həm fiziki, həm də zehni sağlamlığa müəyyən faydalar verə bilər. Mütəxəssislər bildirirlər ki, soyuq su ilə duş almaq qan dövranın

.

Xoşbəxtliyin açarı bu hərəkətdir - Demək olar ki, heç kim etmir

İnsanlar çox vaxt xoşbəxtliyi pulda, uğurda və ya məşhurluqda axtarır. Lakin aparılan araşdırmalar göstərib ki, beynimiz xoşbəxtlik hormonlarını daha sadə sosial münasibətlər zamanı - məsələn, kimsə ilə səmimi bir sarılm

.

DİQQƏT ! Yuxuda pişik görmüsüzsə ..Ağır xəstəlik gözləyir

Yuxusunda pişik görən adamın, qadın və kişi cinsiyyətinə malik olmasına görə yuxunun təbirləri dəyişir. Əgər bu yuxunu görən adam bir kişisə, bu kişinin normal həyatında diqqətsiz bir şəxsiyyətə sahib olduğu, ətrafındak

.

Həkim təyinatı olmadan dərman qəbul edənləri bu təhlükə gözləyir

İyun ayı ərzində Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə zəhərlənmə səbəbilə 99 nəfər yerləşdirilib. Bu barədə Kliniki Tibbi Mərkəzdən verilən məlumata görə, həmin şəxslərdən 37-si dərman, 27-si sirkə turşusundan, 1-

.

Cavan dəriyə sahib olmağın sirri

Yaşlandıqca dərimiz qalınlığı və elastikliyini itirir, xarici təsirlərdən daha az qorunur. Bariyer funksiyasından məsul olan dərinin xarici təbəqəsi olan epidermis yaş artdıqca xüsusilə incələşir. . Bizim.Media-a istinadə

.

Koronavirusun yeni ştammı aşkarlandı - Sürətlə yayılır

Böyük Britaniyada unikal boğuq səs simptomu ilə müşahidə olunan yeni "Stratus" koronavirus ştammı yayılıb. xəbər verir ki, bu barədə "The Independent" qəzeti xəbər verib. Qeyd olunub ki, "Stratus"

.

Hamamda edilən bu səhv ölümə aparır

Yay aylarında edilən bu xəta ölümə səbəb ola bilər. xəbər verir ki, havanın isti keçdiyi günlərdə çoxları sərinlənmək üçün buz kimi su ilə duş qəbul edir, lakin mütəxəssislər bu üsulun düşündüyümüz qədər təhlükəsiz olmadığın

turlar.az

sonxeber.az=https://sonxeber.az=sonxeber.az maskalar sac duzumleri geyim və ayaqqabılar hekim mesleheti seksual fotolar ana ve usaq yay koftalari haxisdalar burcler statuslar novruz hakisdalari gözellik