Bu hörümçəklərdən tibdə istifadə olunacaq - FOTO
Türkiyənin Hacettepe universitetində, Qaradəniz bölgəsinə məxsus hörümçəyin qoza ipəyini istifadə edərək zərər görmüş dəri, əzələ və sümük toxumalarının sürətli müalicəsini təmin edən tibbi məhsullar əldə edilib.
Milli.Az medicina.az-a istinadən bildirir ki, fizik və bioloqlardan ibarət komanda, hörümçək ipəyini istifadə edərək yara bandı, cərrahi iplər, gel və mikro toz forumunda bioloji toxuma bərpası məhsulları hazırlayıblar. Hazırlanan bu məhsullar patentləşdirilib.
Toxumanın yaxşılaşması müddətini azaldan, insan toxumasına ən yaxın özəllikləri olan bu bioloji məhsullardan əməliyyatda istifadə olunandan sonra onları sökməyə ehtiyac qalmır.
Hazırlanan digər məhsullar da yüksək keyfiyyət, üstün bioloji uyğunluğu, müxtəlif bakteria və göbələklərə qarşı güclü biyoaktiv tərkibə malikdir.
Milli.Az /news.milli.az









İdeal Dieta: 1 həftəyə 5 kq arıqla!
Qara zirə (Çörək otunun) faydaları
Qarazirə hər dərdin çarəsi olan bitki
Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları
Aktyor Aslan Fətullayevin nəşi Azərbaycana gətirildi
Qarabağa köçən məşhurlar - SİYAHI
Gec yatıb-duranlara mütəxəssislərdən xəbərdarlıq
Kişilərə edilən bu masaj stressi 25 faiz azalda bilər: 10 dəqiqə bəs edir