Bu il "London City" Universitetini qırmızı diplomla bitirən yeganə azərbaycanlı Tofiq Seyidov kimdir? - VİDEO - FOTO

Bu il "London City" Universitetini qırmızı diplomla bitirən yeganə azərbaycanlı Tofiq Seyidov kimdir? - VİDEO - FOTOBöyük Britaniyanın "London City" Universitetini bu il qırmızı diplomla bitirən yeganə azərbaycanlı Tofiq Seyidov haqqında sosial şəbəkələrdə məlumatlar paylaşıb. Bu cür gənclərimizin nüfuzlu universitetlərdə təhsil alması sevindirici haldır. Tofiq Seyidovu Azərbaycan oxucularına təqdim etmək üçün bir neçə sual ünvanlamışıq. Qeyd edim ki, Tofiq Seyidov Azərbaycan Kikboksinq Federasiyasının idarə heyətinin üzvü Elşən Abbasovun bacısı oğludur.
- Tofiq bəy,ilk öncə özünüz haqqında məlumat verərsiniz.
- 1996-cı ildə Bakı şəhərində anadan olmuşam. 2013-cü ildə 246 saylı məktəb liseyi bitirmişəm. Elə həmin il "Azərbaycan Turizm və Menecment" universitetinin "Menecment" ixtisasına qəbul olmuşam. 2017-ci ildə oranı bitirib. Universitetin Bakalavr dərəcəsini aldıqdan sonra "KICL college"-də "Business, Law and Social Sciences" ixtisası üzrə pre-master təhsili almış və 2018-ci ildə oranı fərqlənmə ilə bitirmişəm.
Elə həmin il "City, University of London"un Londonun Riyaziyyat, Komputer Elmləri və Mühəndislik məktəbini fərqlənmə ilə bitirən yeganə azərbaycanlıyam.
Elə həmin il "City, University of London"-un "School of Mathematics, Computer Science and Engineering" fakültəsində "Business Systems, Analysis and Design" ixtisasına qəbul olmuşam.
2019-cu ildə həmin fakültəni fərqlənmə diplomu ilə bitirib "Master of Science" dərəcəsinə yiyələnmişəm.
- Universitet sizə nə qazandırdı?
- City, University of London-da oxuduğum müddətdə çox sayda yeni insanlarla və yeniliklərlə tanış oldum. Bu innovasyalar və ümumi tələbə atmosferi məni öyrəndikərimi Azərbaycanda tətbiq etməyə və bunu xalqımızın daha çox gənclərinə çatdırmağa motivə edir. 2008-ci ildə ERP sahəsində böyük bir irlələyiş baş verdi. Bu yenilik biznes proses menecmentin (BPM) ənənəvi qaydasının sosial biznes proses menecment ilə (SBPM) əvəzlənib daha təkminləşmiş halının yaradılması idi. SBPM, bilinən ənənəvi BPM-ə "web 2.0" və ya "social software" funksiyalarının əlavə edilməsi ilə əmələ gələn və informasiya/bilgi axınlarının daha yaxşı idarə edilməsini təmin edən bir mexanizmdir. Sahənin yeni olması və dünyada kifayət qədər populyarlığı mənə bu sahə üzrə elmi iş yazmağa stimul verdi. SBPM-də "social tagging" mexanizminin ideya sahibi, yaradıcısı, mənim müəllim və elmi rəhbərim Dr. Mohammad Ehsan Rangihanın dəstəyi ilə SBPM-in otel sektorundakı bilgi menecmetinə təsiri uzrə elmi layihəyə başladım. Layihə uğurlu şəkildə başa çatdı. Bilgi menecmenti üzrə araşdırmalar apardığım müddət ərzində müəllimim olan Dr. Andrew MacFarlane mənə əvəzsiz sayıla biləcək ədəbiyyat siyahısı və tövsiyyələr verdi və mən bilginin alınması, saxlanılması və yenidən istifadəsinin nə qədər çətin və bir o qədər də önəmli proses olduğunu gördüm.
- Bu sahəyə marağınız nədən qaynaqlanır?
- Mənim bu sahələrə maraq salmağımın əsas məqsədi ölkəmizdə bu sahənin daha çox inkişaf etdirilməsidir. Elmi layihəmin otel sektorunu əsas götürməsinin səbəbi isə ölkəmizdə hazırda gedən turizm inkişafına dəstək olmaq idi. Dünyanın müxtəlif ölkələrindən olan yoldaşlarım öz ölkələri üçün çalışarkən, mənim də Azərbaycan üçün çalışdığımı bilmək mənə qürur və güc verirdi. İnkişaf etmiş ölkələrdə təhsilin roluna və bəhrəsinə baxanarkən ulu öndər Heydər Əliyevin "Təhsil hər bir dövlətin, ölkənin, cəmiyyətin həyatının, fəaliyyətinin mühüm bir sahəsidir. Cəmiyyət təhsilsiz inkişaf edə bilməz." sözlərini xatırlayıram. Hazırda hədəfim bu sahə üzrə öyrəndiklərimi Azərbaycan cəmiyyətinin inkişafında rol oynaması üçün ölkəmizdə tətbiq etmək, kifayət qədər təcrübəyə yiyələndikdən sonra isə PhD edərək fəlsəfə elmlər doktoru" dərəcəsinə yiyələnməkdir.
Elnur Eltürk
Milli.Az

/news.milli.az

Maraqlı     Baxılıb: 2452   Tarix: 05 fevral 2020
f Paylaş


xidmetler

Oxşar xəbərlər

.

Qalaktikamızın qonşuluğundakı ulduz itdi - Axtarırlar

Kosmosda baş verən qəribə hadisə astronomları dalana dirəyib. Belə ki, qonşu qalaktikada 10 ildir izlənən "M31-2014-DS1" yoxa çıxıb. -a istinadən bildirir ki, bu barədə amerikalı astrofiziklər bəyan ediblər. Bildirili

.

Beş bacı-qardaşın hamısı professordur, ataları akademik

Nizami Tibb Mərkəzinin direktor müavini, doğum evinin rəhbəri təyin olunan professor Fərəh Qaraqurbanlı tanınmış ailənin nümayəndəsidir. "Yeni Sabah"a istinadən xəbər verir ki, o, akademik Afad Qurbanovun qızıdır

.

Həsən Osmanov vəfat etdi

Seyid Cəfər Pişəvəri adına Humanitar Fənlər Gimnaziyasının kafeda müdiri vəfat edib.  xəbər verir ki, bu barədə gimnaziyanın sosial şəbəkə hesabında məlumat verilib. Bildirilib ki, tanınmış pedaqoq, "Qabaqcıl təhsi

.

Çinlilər balığın genini dəyişdirib sümüksüz etdilər

Çin alimləri demək olar ki, sümüksüz sazan balığı növü yetişdiriblər. xəbər verir ki, Çin Elmlər Akademiyasının tədqiqatçıları gen redaktəsi texnologiyasından istifadə edərək sazan balığında çoxsaylı xırda sümükləri arada

.

Vətən haqqında bayatılar

Yağı gəldi yanıma,. Susamışdı qanıma,. Döndüm qürbət ellərdən,. Qüvvət gəldi canıma. Kəm baxtı sönən qərib,. Qürbət ölən qərib,. Bəxtəvər günə düşdü,. Vətənə dönən qərib. Söz qaldı el gələnə,. Çırmandı sel gələnə,. Gözə

.

Cinsi əlaqə zamanı nə etmək lazımdır?

İdeal cinsi münasibətlər üçün bir sıra tövsiyyələr:. Qadının cinsi yoldan doyuma çata bilməsi üçün romantik istiqamətdə sevildiyinə, qiymətli olduğuna və arzulandığına inanması lazımdır. Bu kişinin gözlərində, sözlərində

.

Azərbaycan elminə ağır itki - FOTO

Azərbaycanda baş müəllim vəfat edib. -a istinadən xəbər verir ki, Azərbaycan Texnologiya Universitetinin (ATU) Mexanika və nəqliyyat texnologiyaları kafedrasının baş müəllimi Natiq Vəliyev dünyasını dəyişib. Qeyd edək ki

.

8 mart – Beynəlxalq Qadınlar günü münasibətilə təbrik

Əziz xanımlar! . Sizi, bütün Azərbaycan qadınlarını 8 mart – Beynəlxalq Qadınlar günü münasibətilə səmimi qəlbdən təbrik edirəm, hər birinizə cansağlığı, ailə səadəti və işlərinizdə müvəffəqiyyətlər arzulayırıq. Sizə ən gözə

.

Nəsibə Hüseynova vəfat etdi - FOTO

Azərbaycan Respublikasının Əməkdar həkimi, tibb elmləri doktoru, professor Nəsibə Ağa İsmayıl qızı Hüseynova vəfat edib.  xəbər verir ki, Nəsibə Hüseynova 1970-1992-ci illərdə ATU-nun Müalicə-profilaktika fakültəsinin Uşa

turlar.az

qadin sayti makiyaj instagram geyim şəkilləri sevgi cütlüyü qara gavali salati qarindaki yaglari eritmek üzü nəmləndirən maska kosmetika kurtlar vadisi efsaneler haqisda vetene aid atalar sozleri atalar sözü