Bu konfetləri yeməyin - Tərkibində xərçəng yaradan maddə tapıldı
Britaniyada məşhur "Jolly Rancher" konfetləri ilə bağlı təcili geri çağırış elan edilib.
Milli.Az xəbər verir ki, buna səbəb tərkibində xərçənglə əlaqələndirilən maddələrin tapılmasıdır.
Qida Standartları Agentliyinin (FSA) məlumatına görə "Hard Candy", "Misfits Gummies", "Hard Candy Fruity 2 in 1" və "Berry Gummies" məhsulları təhlükəlidir və yemək olmaz. Bu məhsullar "Hershey" şirkəti tərəfindən istehsal olunur.
Konfetlərin tərkibində MOAH (Aromatik mineral yağ karbohidrogenləri) və MOSH (Doymuş mineral yağ karbohidrogenləri) adlı maddələr aşkarlanıb. Bu kimyəvi maddələr xam neftdən alınır və qaraciyər, limfa düyünləri xərçəngi kimi ciddi xəstəliklərlə əlaqələndirilir.
Agentlik bildirir ki, artıq yeyənlər təşvişə düşməməlidir, çünki risk aşağıdır, amma konfetlər atılmalı və bir daha yeyilməməlidir.
Amerikalı Hershey şirkəti bu məhsulları Britaniya bazarından geri çəkib, amma bəziləri hələ də bəzi mağazalarda satılmağa davam edir, çünki digər satıcılar onları idxal edir.
Qurum həmin satıcılara satışı və idxalı dərhal dayandırmaq çağırışı edib. İstehlakçılara isə bu məhsulları almamaq və yeməmək tövsiyə olunur.
İsmayıl
Milli.Az









Şəkərli diabet təhlükəsini azaltmaq üçün üç vacib qayda
Günorta yatmazdan əvvəl qəhvə içmək niyə faydalıdır?
İtirilmiş dişlər yenidən çıxa bilər - İnqilabi kəşf
Nuran yeni layihəsini təqdim etdi
Təzyiqi aşağı salan 5 əsas qida
Sərdar Ortaçdan Tarkana SƏRT MESAJ: "1 nömrə mənəm
Türkiyə COP31 üçün xüsusi mahnı təqdim edib
Saatlarla oturanların diqqətinə
Röyanın adından dələduzluq - FOTO
Arif Mirzəyev vəfat etdi
Nərmin Kərimbəyova 'Zəfər günü'nə həsr olunan 'Atabarı'nı təqdim etdi