Bu meyvələri axşam yemək olmaz - Ekspertdən vacib açıqlama

Bu meyvələri axşam yemək olmaz - Ekspertdən vacib açıqlamaMövzu sağlamlıq və qida olduqda, gündəlik həyatımızda meyvə və tərəvəzlərə daha çox yer ayırmağın vacibliyi qeyd olunur.
Milli.Az bildirir ki, sağlam qidalanma üzrə ekspert-təlimçi Məhsəti Hüseynova meyvələrin zərərləri haqqında Teleqraf.com-a açıqlama verib.
Onun sözlərinə görə, bütün meyvələrin günün birinci yarısında yeyilməsi daha faydalıdır: "Gecə boyu orqanizm inkişaf etmək üçün enerji sərf edir. Bu enerjini bərpa etmək üçün səhər vitamin və minerallar qəbul edilməlidir. Tərkibində şəkər və kalori olan meyvələri günün birinci yarısında yemək lazımdır. Əks halda, şəkər enerji olaraq çıxmadığı üçün piylənməyə səbəb olur".
Ekspert banan, əncir, tut, ərik kimi meyvələrin səhər saatlarında istehlak edilməsinin daha faydalı olduğunu bildirdi: "Tərkibində şəkər və kalori yüksək olduğu üçün bu meyvələr kökəlmək istəyənlər üçün faydalıdır. Xüsusilə oturaq həyat tərzi keçirənlər bu meyvələrdən az istehlak etməlidir".
Məhsəti Hüseynova qeyd edib ki, qarpız axşam saatlarında yemək məsləhətdir: "Qarpız tez həzm olunur, tərkibindəki şəkər piy olaraq yığılmır. Eyni zamanda axşam yeyiləcək meyvələrə şaftalını əlavə edə bilərik. Axşam üçün həzm prosesində aktiv iştirak edir".
Mütəxəssisin sözlərinə görə, meyvələrin əks-təsirlərini bilmək üçün əvvəlcə tərkibi haqqında məlumatlı olmaq lazımdır: "Bəzi meyvələrin tərkibində şəkər həddindən artıq çoxdur. Şəkər xəstələri yemiş, qarpız, üzüm, banan, şaftalı, şirin alma kimi meyvələrdən uzaq durmalıdırlar. Qədərindən artıq istehlak edildiyi halda qanda olan şəkərin miqdarını artıraraq, mənfi təsir göstərir".
Ekspert qeyd edib ki, sitrus və ekzotik meyvələrinin tərkibində C vitamini çox olduğu üçün allergik xüsusiyyətlərə malikdir: "İlk dəfə üçün az miqdarda yeyib, əks təsirlərinin olub-olmamasını öyrənmək daha məqsədə uyğundur. Bu meyvələrdə turşululuq miqdarı yüksək olduğu üçün qastrit xəstələrinə mənfi təsir göstərir. Mədə şirəsi turşuluğun miqdarını artırır, bu da qıcqırma və ağrıya səbəb olur".
Milli.Az  /news.milli.az

Xəbərlər     Baxılıb: 1650   Tarix: 14 dekabr 2019
f Paylaş

Oxşar xəbərlər

.

Yuxuda nar görmək görün nələrə işarə edirmiş?! İNANILMAZ!

Yuxuda nar görmək qadın üçün ziyarət və mücevherata, kişi üçün də övlada, dövlət məmurları üçün terfie, zabitlər üçün əmrlərinin keçməsinə, kəndli üçün oktyabr bərəkətinə, tacir üçün çox quru, xalq üçün yaxşı bir idarəy

.

Bu giləmeyvələr hipertoniyanın yaranmasının qarşısını alır

Quşüzümü və mərcangilə hipertoniya və aterosklerozun yaranmasının qarşısını almağa kömək edir, eləcə də sidik yolu infeksiyalarına qarşı profilaktik vasitə kimi xidmət edir. -a istinadən xəbər verir ki, bu barədə rusiyal

.

Ətir istifadə edənlərə xəbərdarlıq

Ətirin dəriyə çəkilməsi xərçəngin yaranması riskini artırmır. -a istinadən xəbər verir ki, bu barədə rusiyalı onkoloq Basir Bammatov -ya müsahibəsində danışıb. Lakin o, ətirlərin allergik reaksiyalara və ya dəri qıcıqlanmasın

.

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

Gecə yuxu zamanı ayaq əzələlərində qəfil və ağrılı qıcolmalar bir çox insanda müşahidə olunur. xəbər verir ki, bu hal bəzən sadə səbəblərlə bağlı olsa da, tez-tez təkrarlanması müəyyən sağlamlıq problemlərinin əlaməti ol

.

Dişləri saraldan qidalar

Stomatoloq Karla Fornas rasiondakı müəyyən qida məhsulları səbəbindən diş minasının sarala biləcəyi barədə xəbərdarlıq edib. -a istinadən xəbər verir ki, bu barədə o, "El Confidencial" nəşrinə müsahibəsində danışıb

.

İtirilmiş dişlər yenidən çıxa bilər - İnqilabi kəşf

Yapon alimləri dişlərin təbii yolla yenidən inkişafını stimullaşdıran eksperimental dərman üzərində işləyirlər. Bu preparat gələcəkdə stomatologiyada implant və protezlərə alternativ ola bilər. xəbər verir ki, bu barədə "Th

.

Qəhvə sevənlər bunu mütləq oxusun

Kofeinin orqanizmə təsiri ilə bağlı yeni araşdırma aparılıb. London Kral Mariya Universitetinin alimləri müəyyən ediblər ki, kofein hüceyrələrin enerji çatışmazlığına cavab verən qədim mexanizmini aktivləşdirə bilər. Alimlə

.

Bu günkü çəki gələcəkdə yaddaşa təsir edə bilərmi? - ARAŞDIRMA

Orta yaşlarda piylənməsi olan insanların yaşlılıq dövründə demensiyaya tutulma riskinin 33 faiz daha yüksək olduğu müəyyən edilib. xəbər verir ki, bu nəticə 19 uzunmüddətli araşdırmanın, ümumilikdə 589 min 649 nəfərin məlumatlarını

.

DİQQƏT ! Yuxuda pişik görmüsüzsə ..Ağır xəstəlik gözləyir

Yuxusunda pişik görən adamın, qadın və kişi cinsiyyətinə malik olmasına görə yuxunun təbirləri dəyişir. Əgər bu yuxunu görən adam bir kişisə, bu kişinin normal həyatında diqqətsiz bir şəxsiyyətə sahib olduğu, ətrafındak

turlar.az

geyim dəbləri kosmetik vasiteler yaz geyimleri 2026 roya ayxan gilasın faydası yuxuda balqabaq sifahi xalq ədəbiyyatı kosmetika novruz bayrami hakisda hakıştalar xanim az baldiz yemekler