Bu müayinə ilə xərçəngin qarşısını vaxtında almaq olar - Onkoloq danışır

Bu müayinə ilə xərçəngin qarşısını vaxtında almaq olar - Onkoloq danışırBəzi xəstəliklərin müalicəsi olduqca çətindir, məsələn, onkoloji xəstəliklər kimi. Bu xəstəliyin adı belə insanları qorxuya salır. Xərçəng çox zaman insanın ölümünə də səbəb olur. Onkoloji xəstəliklərin erkən mərhələdə aşkar edilməsi, müalicənin uğurlu olması baxımından da əhəmiyyətlidir. Hazırda xərçəngə qarşı önləyici tədbir kimi skrinninq proqramlar hazırlanıb.
Maraqlıdır, onkoloji skrinninq nədir? Müayinəsi necə aparılır?
Milli.Az xəbər verir ki, bu barədə Lent.az-a danışan onkoloq Aysel İbrahimova bildirib ki, onkoloji skrinninq sözügedən xəstəlik yaranmağa başladıqda, onun erkən aşkarlanmasıdır.
"Hər onkoloji xəstəliyin öz skrinninqi mövcuddur. Məsələn, baş-boyun onkologiyası, döş onkologiyası, kiçik çanaq üzvlərinin onkologiyası və s. hər xəstəliyin özünə aid konkret skrinninqi olunur. Amma hazırda onkoloji skrinninqin tətbiq olunan növü tomoqrafiya (MRT) və ultrasəs müayinələrdir. Lakin vurğuladığım kimi, hər onkoloji xəstəliyin özünə uyğun onkoloji skrinninqi aparılır".
Mövzu ilə bağlı Kliniki Tibbi Mərkəzin cərrahı Rövşən İbrahimov da açıqlama verib.
O, bildirib ki, onkoloji skrinninq - xüsusi instrumental laborator müayinələrə əsasən, heç bir onkoloji xəstəlik əlaməti daşımayan insanlarda bədxassəli törəmələrin aşkar olunmasıdır:
"Orqanizmdə latent formada mövcud olan onkoloji xəstəliklər özünü büruzə verməyə bilər və belə hallarda problemdən tez xəbər tutmaq üçün onkoloji skrinninq vacib prosedurdur".
Həkim əlavə edib ki, bu cür xəstəliklərin risk qrupuna zərərli vərdişləri (içki, siqaret) olan, artıq çəkili, yaşı 50-dən çox, ailəsində onkoloji xəstələr olan, səbəbsiz arıqlayan və iştahasızlıq əmələ gələn insanlar, hepatit B, C virusu, insan papilloma virusu olanlar, immun çatışmazlığı olanlar, əlverişsiz şəraitdə işləyənlər, əsəbi olanlar, yuxusuzluq, stress və digər əlamətlərdən əziyyət çəkənlər daxildir.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1550   Tarix: 09 noyabr 2019
f Paylaş

Oxşar xəbərlər

.

Diabet xəstələri banan yeyə bilər?

Yaşıl və həddindən artıq yetişmiş banan qanda qlükoza səviyyəsinə fərqli təsir göstərə bilər. xarici mediaya istinadən xəbər verir ki, bananlar çox vaxt şəkərli diabet zamanı rasiondan çıxarılmalı məhsullar sırasında göstərilir

.

Saatlarla oturanların diqqətinə

"Uzun müddət oturaq vəziyyətdə qalmaq tromboz riskini ciddi şəkildə artırır. Bu təhlükə xüsusilə kiberidmançılar üçün aktualdır". -a istinadən xəbər verir ki, bunu -ya açıqlamasında rusiyalı professor Dmitri Berezovsk

.

Tünd kişmiş cavanlaşdırır

Tünd kişmişin faydalı xüsusiyyətləri onların yüksək antioksidan tərkibi ilə izah olunur. -a istinadən xəbər verir ki, diyetoloq Yelena Solomatinanın açıqlamasına görə, tünd kişmiş antioksidant xüsusiyyətləri təsirli polifenolları

.

Bu giləmeyvələr hipertoniyanın yaranmasının qarşısını alır

Quşüzümü və mərcangilə hipertoniya və aterosklerozun yaranmasının qarşısını almağa kömək edir, eləcə də sidik yolu infeksiyalarına qarşı profilaktik vasitə kimi xidmət edir. -a istinadən xəbər verir ki, bu barədə rusiyal

.

Ətir istifadə edənlərə xəbərdarlıq

Ətirin dəriyə çəkilməsi xərçəngin yaranması riskini artırmır. -a istinadən xəbər verir ki, bu barədə rusiyalı onkoloq Basir Bammatov -ya müsahibəsində danışıb. Lakin o, ətirlərin allergik reaksiyalara və ya dəri qıcıqlanmasın

.

Nahardan sonra yuxunuz gəlirsə, səbəb təkcə yorğunluq deyil

Nahardan sonra güclü yuxululuq hissi bir çox insana tanışdır. Bəzən bu, orqanizmin təbii bioloji ritmləri ilə bağlı olur. -a istinadən bildirir ki, ancaq gündüz yuxululuğu davamlı və çox güclüdürsə, bəzi sağlamlıq problemlərini

.

Tənhalıq sağlamlığa ciddi zərər verə bilər

Düzgün qidalanma və müntəzəm idmanla məşğul olmaq sağlam həyat tərzinin əsas şərtləri hesab edilir. Lakin alimlərin araşdırmasına görə, insan sağlamlığına ciddi təsir göstərən daha bir mühüm amil var. Bu da sosial münasibətlə

.

Göz linzası ilə bağlı ən çox verilən sual cavablandı

"Göz içi linza (İOL) katarakt əməliyyatı zamanı bulanıqlaşmış təbii büllurun yerinə yerləşdirilən süni linzadır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi "Instagram" hesabında keçirilə

.

Ac qalanda ürəkbulanma və halsızlıq yaranırsa

Hipertireoz, Addison xəstəliyi, hipoqlikemiya və polikistik yumurtalıqlar sindromu kimi problemlər aclığa dözümlülüyü azaldaraq ürəkbulanma və halsızlıq yarada bilər. Birinci tip diabet zamanı isə uzun müddət qidadan imtin

turlar.az

kosmetika mehsullari həkim məsləhəti qadin dunyasi hicab bağlamaq hamiləlikdə qidalanma kokteyl paltarlari qara noqteler ucun uz maskalari kosmetika zencefil buga burcu eqreb cinsi elaqe novruz bayramina aid hakistalar