Bu ölkələr hələ də vaksin almayıb

Bu ölkələr hələ də vaksin almayıbZəngin ölkələrin koronavirusa qarşı vaksin ehtiyatları olsa da, yoxsul ölkələrin bir çoxu hələ də öz vətəndaşlarını immunlaşdırma kampaniyasına başlaya bilmirlər.
Milli.Az AZƏRTAC-a istinadən xəbər verir ki, Ümumdünya Səhiyyə Təşkilatı əksəriyyəti Afrika qitəsində yerləşən ondan çox ölkənin hələ də COVID-19 virusuna qarşı vaksinləri gözlədiyini bəyan edib. Çad, Burkina Faso, Burundi, Eritreya və Tanzaniya vaksin almaq üçün növbə gözləyir. ÜST qeyd edir ki, vaksin çatışmazlığı və onların çatdırılmasında gecikmələr Afrika ölkələrinin koronavirusa qarşı vaksinləmə prosesində dünyanın qalan hissəsindən daha çox geri qalmasına gətirib çıxarır. Hazırda dünyada tətbiq olunan vaksinlərin yalnız 1 faizi Afrika qitəsinin payına düşür.
Vaksinin olmadığı yerlərdə COVID-19-un narahatlıq doğuran yeni ştammlarının peyda olması ehtimalı mövcuddur. Səhiyyə resurslarının çatışmazlığı bir çox ölkədə koronavirusun təsirinin miqyasını müəyyənləşdirməyi çətinləşdirir.
Çad koronovirus pandemiyası başlayandan bəri yalnız 170 ölüm faktını təsdiqləyib. Lakin bu virusun yayılmasını dayandırmaq cəhdləri çox kövrəkdir. Parisdən və digər ölkələrdən müntəzəm uçuşlar infeksiya göstəricilərini 4835-dək yüksəldib.
Havanın temperaturunun 43,5 dərəcəyə yüksəldiyi Çadda vaksinlərin təhlükəsizliyini təmin edə biləcək soyuducu anbarların quraşdırılacağı təqdirdə, "Pfizer" vaksininin bir neçə dozasının ölkəyə gələn ay çatdırılacağı gözlənilir.
ÜST-nin məlumatlarına görə, Qərb yarımkürəsinin 11 milyondan çox əhalisi olan ən yoxsul ölkəsi Haitidə bir nəfər də olsun peyvənd olunmayıb. Halbuki, Haiti COVAX platforması vasitəsilə 756 min doza "AstraZeneca" vaksini almalı idi. Lakin hökumət rəsmiləri ölkədə vaksinlərin saxlanması üçün heç bir infrastrukturun olmamasını əsas götürərək həmin immunizatorlardan imtina etmək məcburiyyətində qalıb.
300 min əhalisi olan Vanuatuda koronavirusa yoluxma halı yalnız üç nəfərdə qeydə alınıb. Bu ölkəyə "AstraZeneca" vaksinin ilk dozalarının bu ayın sonunda çatdırılacağı gözlənilir.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1295   Tarix: 15 may 2021
f Paylaş

Oxşar xəbərlər

.

Qız övladı atanın ömrünü uzadır? - Alimlərdən maraqlı araşdırma

Alimlərin apardığı araşdırmada qız övladlarının ataların uzunömürlülüyü ilə əlaqəli olduğu müəyyənləşib. xəbər verir ki, araşdırmaya görə, atanın hər bir qız övladının olması onun ömrünün orta hesabla 74 həftə, yəni təxminə

.

Təzyiqi aşağı salan 5 əsas qida

Qırmızı və bənövşəyi rəngli meyvə-tərəvəzlər qan təzyiqini normada saxlamaq üçün son dərəcə faydalıdır. qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə dietoloq Emma Derbişir bildirib. Mütəxəssis tərəfindən təzyiqi aşağ

.

Axşam yeməyindən sonra yemək yeyirsiniz? - Bu xəbəri mütləq oxuyun

Gec saatlarda yemək qaraciyər xəstəlikləri riskini 30 faizədək artıra bilər. xəbər verir ki, təxminən 200 min nəfərin məlumatlarının təhlil edildiyi araşdırma gec saatlarda qidalanmaqla qaraciyər yağlanması və sirroz arasınd

.

Duru yağ zərərlidir? – Mütəxəssis açıqladı

Duru yağların zərərli olduğunu demək olmaz. Çünki duru yağ etibarlı və keyfiyyətli, mənşəyi bəlli olan xammaldan - zeytun, günəbaxan və qarğıdalıdan istifadə olunaraq hazırlanırsa, bizim region üçün istifadəyə daha uyğundur

.

Avtomobil sürənlər üçün vacib xəbərdarlıq

Uzun müddət avtomobil idarə etmək boyun sağlamlığına mənfi təsir göstərə bilər. xəbər verir ki, türkiyəli həkim Burak Orhan Boranın sözlərinə görə, xüsusilə tıxaclarda tez-tez dayanıb-hərəkət etmək, yanlış oturuş vəziyyət

.

Ətir istifadə edənlərə xəbərdarlıq

Ətirin dəriyə çəkilməsi xərçəngin yaranması riskini artırmır. -a istinadən xəbər verir ki, bu barədə rusiyalı onkoloq Basir Bammatov -ya müsahibəsində danışıb. Lakin o, ətirlərin allergik reaksiyalara və ya dəri qıcıqlanmasın

.

Tünd kişmiş cavanlaşdırır

Tünd kişmişin faydalı xüsusiyyətləri onların yüksək antioksidan tərkibi ilə izah olunur. -a istinadən xəbər verir ki, diyetoloq Yelena Solomatinanın açıqlamasına görə, tünd kişmiş antioksidant xüsusiyyətləri təsirli polifenolları

.

Bu giləmeyvələr hipertoniyanın yaranmasının qarşısını alır

Quşüzümü və mərcangilə hipertoniya və aterosklerozun yaranmasının qarşısını almağa kömək edir, eləcə də sidik yolu infeksiyalarına qarşı profilaktik vasitə kimi xidmət edir. -a istinadən xəbər verir ki, bu barədə rusiyal

.

Şəkərli diabet təhlükəsini azaltmaq üçün üç vacib qayda

Rusiyalı həkim-terapevt Nadejda Çernışova şəkərli diabet üçün risk qrupuna kimlərin aid olduğunu və bu xəstəliyin yaranma riskini azaltmaq üçün hansı addımların atılmasının vacib olduğunu izah edib. -a istinadən xəbər veri

turlar.az

makiyaj etmek qaydalari geyim necə seçməli kosmetika mehsullari yumurta ile uz maskalari xınayaxdı sözləri xinayaxdi hakista 2026 yaz yay kolleksiyasi kosmetika aydin sani burclerin uygunlugu tərəzi bürcü gözəllik oxu az