Bu pəhrizlə 12 günə 10 kiloqram arıqlayacaqsınız

Bu pəhrizlə 12 günə 10 kiloqram arıqlayacaqsınız"12 gün" pəhrizi haqqında internetdə oxudum və mənə o qədər də çətin gəlmədi. Üstəlik internetdə qızlar bu pəhrizlə 10-12 kq arıqladığını və razı qaldığını yazırdılar. Mənə o qədər çox arıqlamaq lazım olmasa da yenə də bu pəhrizi saxlamağı qərara aldım.

Menyu:

1-ci gün – 1 litr maksimum yağlılıq dərəcəsi 2,5% olan süd
2-ci gün – Təxminən 1 kq portağal və yaxud qreypfrut
3-cü gün – 500 qr yağsız kəsmik
4-cü gün – pörtlədilmiş, öz suyunda bişirilmiş yunan qabağı (kabaçok)
5-ci gün – 100-150 qr tünd qara şokolad
6-cı gün – 1 kq yaşıl alma
7-ci gün – 300 qr bərk və yağlılığı az olan pendir
8-ci gün – tərəvəz salatı və 1 litr duzsuz tomat soku
9-cu gün – 400 qr suda bişmiş mal əti
10-cu gün – tərəvəz salatı
11-ci gün –500 qr yağsız kəsmik
12-ci gün – 1 kq təzə gavalı və yaxud 500 qr qara gavalı

Bu gündəlik inqredientlərdən əlavə gün ərzində 2 litr su içmək lazımdır. Son qida qəbulu yatmamışdan minimum 3 saat qabaq olmalıdır.

Açığı birinci gün mənə elə də çətin gəlmədi. Çünki monodiyetalara öyrəşmişəm. 2-ci gün də elə bir çətinlik olmadı, amma artıq axşama doğru başım gicəllənməyə, fırlanmağa başladı, nəfəsim də sanki çatmırdı. Amma birtəhər yatıb, fikirləşdim ki, səhər, yəni 3-cü gün kəsmik yeyərəm keçər. Halbuki keçmirdi və özümü çox halsız hiss edirdim.

Yəqin ki hər bir orqanizm fərqli olduğu üçün hərə bu tip pəhrizlərə fərqli-fərqli dözümlülük göstərir. Mənə şəxsən bu pəhriz çox çətin gəldi.

3 günə 2,5 kq arıqlasam da, sonradan bu çəki tez bir zamanda qayıtdı. Əziyyətim də hədər getdi. Xanımlardan kimsə "12 gün" pəhrizini saxlamaq istəsə bu cür əks təsirləri nəzərə alsın./mir.az/

Gözəllik və Moda     Baxılıb: 11610   Tarix: 19 iyul 2016
f Paylaş

Oxşar xəbərlər

.

Dəri üçün 5 ƏN ZƏRƏRLİ VƏRDİŞ

Təmizləmə, tonlama, nəmləndirmək, günəşdən qorumaq -bütün bunlar dəri sağlamlığının qarantı demək deyil. Bunun səbəbi, ən yaxşı dəri baxımdan da yan keçən bir neçə pis vərdişin olmasıdır: . 1. Gecə yatmadan əvvəl dərini

.

Gözəllik və moda: Qış mövsümünə uyğun gözəllik məsləhətləri

Qış mövsümü, soyuq hava və quru iqlim şəraiti ilə yanaşı, bədənin və dərinin xüsusi baxıma ehtiyacı olduğu bir dövrdür. Bu mövsümdə qadınlar üçün gözəllik rutinini doğru qurmaq, həm fiziki baxım, həm də sağlamlıq baxımında

.

2025-in yaz aylarında makiyaj trendi

Bahar – dəyişiklik və eksperimentlər vaxtıdır. 2025-ci ilin yazında əsas diqqət minimalizmə yönəlir: sağlam və təravətli dəri görünüşü ön plandadır. Lakin gözlərdə və ya dodaqlarda istifadə olunan parlaq rənglər obrazınız

.

"TikTok"un diktə etdiyi 5 makiyaj trendi

Artıq demək olar ki, hər bir xanım sosial şəbəkələrdən ilham mənbəyi kimi istifadə edir. Tətbiqlərə hər dəfə daxil olanda biz müxtəlif istedadlı və yaradıcı blogerlərin paylaşdığı videolara heyran qalırıq, həmçinin yeni makiya

.

Saçların tez-tez yağlanmasının 5 SƏBƏBİ

Qadın gözəlliyinin əsas elementlərindən biri saçlardır. Hər bir qadın istəyir ki, gur və parlaq saçları ilə daim diqqəti öz üzərinə çəksin. Amma bəzi səbəblərdən saçlar öz canlılığını itirir və tez-tez yumağımıza baxmayara

.

Bu yağdan istifadə etməklə saç və kirpiklərinizi uzada bilərsiniz

Əgər sizin saçlarınız zəif görünür, tökülür və parlaqlığını itiribsə o zaman aşğıdakıları diqqətlə oxuyun. Siz saçlarınızın itirilmiş sağlamlığını bərpa etmək üçün bahalı kosmetik vasitələrdən və kimyəvi dərmanlardan ço

.

Yaş artdıqca hansı estetik prosedurlar daha uyğundur?

Estetik prosedurlar fərqli yaş qruplarına və dəri ehtiyaclarına görə dəyişiklik göstərir. 20 yaşlarında tətbiq olunan yanaşma ilə 40 və ya 60 yaşdan sonra aparılan müdaxilələr eyni olmamalıdır. Yaş artdıqca dərinin elastikliy

.

"BOLTUŞKA" - Dərinin təmizlənməsi üçün ƏN YAXŞI VASİTƏ

Sizə kosmetoloqların tez-tez istifadə etdiyi məşhur "boltuşka"nın reseptini təqdim edirik. Bu tanınmış vasitə sızanaqlarla mübarizədə çox effektlidir. Boltuşkanın reseptləri çoxdur, sizi bu reseptlərdən biri il

.

Duru gözəllikdən ifrat çirkinliyə: norma nədir?

Son illərdə qadınların ən çox seçdiyi estetik əməliyyatlardan biri olan ombaböyütmə estetikası ilə bağlı çox müzakirələr aparılır. Səbəbi də sadədir – qəribə bədən quruluşuna malik, sinəsi irəli, arxası geri, əyri görünüşl

turlar.az

adlarin menasi yemek reseptleri gelinlikler hicablı geyimlər darcin faydasi çanta ayaqqabı mesameler ucun maskalar kosmetika oglan evi novruz hakıştası tut ağacı tutdudu kahfe falı veten haqqinda bayatilar