Bu qida əlavələrinə qadağa qoyulub

Bu qida əlavələrinə qadağa qoyulubAzərbaycana idxal olunan bioloji fəallığa malik qida əlavələri üzərində Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən aparılan dövlət nəzarəti tədbirləri zamanı bir sıra məhsulların tərkib analizləri həyata keçirilib.
Milli.Az xəbər verir ki, AQTA-nın məlumatına əsasən, sınaq nəticələrinə əsasən bu məhsulların tərkib göstəricilərinin etiket məlumatlarına uyğun olmadığı aşkar edilib. Belə ki,  Rusiya Federasiyasından idxal olunmuş "Siberian Super Natural Sport" Mega Essentials / "Siberian Super Natural Sport" Meqavitaminlərdə, "Vertex plus", "Supradin Coenzim Q10, Türkiyə Cümhuriyyətindən idxal olunmuş "Mikroflorid" və "Gamino Forte", "El Prodep", "Chonzamin" və "Parametabol, şərbət", "Optimin", "Lipadrom" adlı bioloji fəallığa malik qida əlavələrində müxtəlif mineral maddələrin və vitaminlərin miqdarı qablaşdırma üzərində və Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzinin rəyində göstərilən miqdarlardan dəfələrlə aşağı olduğu aşkarlanıb. Bununla da istehlakçıların aldadılması hallarının baş verməsinin qarşısının alınması məqsədilə həmin qida əlavələrinin satış şəbəkələrinə daxil olunmasının qarşısı alınıb və ölkə ərazisində istifadəsi qadağan edilib.
Hazırda aşkar olunmuş faktlar əsasında Agentliyin mütəxəssisləri tərəfindən qanunvericiliyin tələblərinə uyğun araşdırmalar aparılır.
AQTA vətəndaşlardan satış şəbəkələrində sözügedən əmtəə nişanlı bioloji fəallığa malik qida əlavələrinin satışı ilə rastlaşsalar və ya bununla bağlı hər hansı şübhəli məqam müşahidə etsələr, bu barədə Agentliyin 1003 "Çağrı Mərkəzi"nə zəng edib məlumat vermələrini xahiş edir.
Bildirilib ki, AQTA əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi istiqamətində ardıcıl tədbirlərini bundan sonra da davam etdirəcək və istehlakçı hüquqlarının pozulmasına yönəlmiş qanunsuz halların qarşısının alınması istiqamətində daim ən sərt tədbirlər həyata keçirəcək.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1513   Tarix: 07 mart 2020
f Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Avtomobil sürənlər üçün vacib xəbərdarlıq

Uzun müddət avtomobil idarə etmək boyun sağlamlığına mənfi təsir göstərə bilər. xəbər verir ki, türkiyəli həkim Burak Orhan Boranın sözlərinə görə, xüsusilə tıxaclarda tez-tez dayanıb-hərəkət etmək, yanlış oturuş vəziyyət

.

Ətir istifadə edənlərə xəbərdarlıq

Ətirin dəriyə çəkilməsi xərçəngin yaranması riskini artırmır. -a istinadən xəbər verir ki, bu barədə rusiyalı onkoloq Basir Bammatov -ya müsahibəsində danışıb. Lakin o, ətirlərin allergik reaksiyalara və ya dəri qıcıqlanmasın

.

Axşam yeməyindən sonra yemək yeyirsiniz? - Bu xəbəri mütləq oxuyun

Gec saatlarda yemək qaraciyər xəstəlikləri riskini 30 faizədək artıra bilər. xəbər verir ki, təxminən 200 min nəfərin məlumatlarının təhlil edildiyi araşdırma gec saatlarda qidalanmaqla qaraciyər yağlanması və sirroz arasınd

.

Yuxudan duran kimi bunu edin

Mütəxəssislərin fikrincə canlı və sağlam beyinə sahib olmaq üçün səhərlər müəyyən vərdişləri müntəzəm olaraq tətbiq etməlisiniz. axşam.az-a istinadən bildirir ki, yaşınızdan asılı olmayaraq, gündəlik vərdişləriniz beyninizi

.

Qız övladı atanın ömrünü uzadır? - Alimlərdən maraqlı araşdırma

Alimlərin apardığı araşdırmada qız övladlarının ataların uzunömürlülüyü ilə əlaqəli olduğu müəyyənləşib. xəbər verir ki, araşdırmaya görə, atanın hər bir qız övladının olması onun ömrünün orta hesabla 74 həftə, yəni təxminə

.

İtirilmiş dişlər yenidən çıxa bilər - İnqilabi kəşf

Yapon alimləri dişlərin təbii yolla yenidən inkişafını stimullaşdıran eksperimental dərman üzərində işləyirlər. Bu preparat gələcəkdə stomatologiyada implant və protezlərə alternativ ola bilər. xəbər verir ki, bu barədə "Th

.

Duru yağ zərərlidir? – Mütəxəssis açıqladı

Duru yağların zərərli olduğunu demək olmaz. Çünki duru yağ etibarlı və keyfiyyətli, mənşəyi bəlli olan xammaldan - zeytun, günəbaxan və qarğıdalıdan istifadə olunaraq hazırlanırsa, bizim region üçün istifadəyə daha uyğundur

.

Şəkərli diabet təhlükəsini azaltmaq üçün üç vacib qayda

Rusiyalı həkim-terapevt Nadejda Çernışova şəkərli diabet üçün risk qrupuna kimlərin aid olduğunu və bu xəstəliyin yaranma riskini azaltmaq üçün hansı addımların atılmasının vacib olduğunu izah edib. -a istinadən xəbər veri

.

Bu günkü çəki gələcəkdə yaddaşa təsir edə bilərmi? - ARAŞDIRMA

Orta yaşlarda piylənməsi olan insanların yaşlılıq dövründə demensiyaya tutulma riskinin 33 faiz daha yüksək olduğu müəyyən edilib. xəbər verir ki, bu nəticə 19 uzunmüddətli araşdırmanın, ümumilikdə 589 min 649 nəfərin məlumatlarını

turlar.az

kosmetoloq qadin sayti kosmetik vasiteler 2026 qadın ayaqqabı modelləri yay donları 2026 fitnes klubu xorionik qonadotropin kosmetika oyunlar şebnem tovuzlu toyuq salati veten haqqinda bayatilar tərəzi