Bu qidalar hamilələrdə zəhərlənmə yarada bilər

Hamiləlik qadın həyatında həm sevincli, eyni zamanda da məsuliyyətli dövrdür.

Xanim.az bildirir ki, bu dövrdə qadın orqanizmi bir çox faktorlara, ən çox da qidalara qarşı xüsusilə həssas olur. Qida zəhərlənməsi özlüyündə çox ciddi hadisədir. Hamiləlik zamanı isə hipoksiyaya, qanaxmaya, cift aralanmasına, erkən doğuş, cift çatışmazlığı və s. səbəb ola bilər.

Bunu ginekoloq, uzman həkim Rəxşəndə Aslanova açıqlayıb.

Ginekoloq, hamilələrə qidalanmalarına diqqət yetirməyi tövsiyə edərək, hansı qidalardan uzaq durmalı olduqlarını yazıb:

Kremli şirniyyatlar
Bu qidalar hamilələrdə zəhərlənmə yarada bilərŞirniyyatlar üçün krem hazırlanarkən yumurta və qaymaq termik emal keçmir, yəni bişirilmir. Bu da, zəhərlənmələrə yol aça bilər.

Yaxşı bişməmiş ət, ət məhsulları

Hamilələr tez-tez dönər, lahmacun, kabab, kolbasa, sosis kimi qidalar istəyir. Lakin tərkibindəki parazit və yumurtalarının tam ölməsi üçün ət minimum 35-40 dəqiqə bişməlidir. Həmin ət məhsulları isə daha qısa müddətdə hazır olur.

Göbələk

Hamilə orqanizmi məhz göbələk zülalını pis həzm edir. Ona görə də xanımlara hamiləlikdə göbələkdən, ən çox da mağazadan alınmayan göbələk növlərindən uzaq durmaq tövsiyə olunur.

Mayonezli yeməklər

Tamamilə imtina edə bilmirsinizsə, çalışın mayonezi süfrəyə verilən anda yeməyə qatın. Hazırlanandan 5-6 saat sonra mayonezli qidalar soyuducuda saxlanılsa belə, təhlükəli ola bilərlər.

Konservlər (xüsusən ev üsulu)

Paştet, balıq, ət konservlərində botulizm və termofil bakteriyaların olma ehtimalı yüksəkdir. Həmçinin üzəri kiflə örtülmüş hər hansı meyvə-tərəvəz turşusunu, mürəbbəni yeməməyə çalışın. Çünki parazitlər və yumurtaları oksigensiz mühitdə sürətlə çoxalır. Qabın təkcə üst təbəqəsi kiflənsə də, böyük ehtimal parazitlər ümumən belə qidaların tərkibinə qarışıb.

Mövsümi olmayan meyvə-tərəvəzlər

Piştaxtalarda qış aylarında gördüyümüz çiyələk, qarpız, yemiş, pomidor, xiyar və s. çox cəlbedici görünsələr də, əslində zəhərlənməyə çox uyğun qidalardır. Çünki onlar ya istixanalarda yüksək dozalı gübrələrin köməyi ilə yetişdirilir, ya da isti ölkələrdən gətirilərkən xarab olmanın qarşısını almaq üçün xüsusi məhlullarla işlənirlər. Belə qidalarda vitaminlər var, lakin zərəri xeyrindən daha çoxdur.

yenicag.az

Ailə və Uşaq     Baxılıb: 10667   Tarix: 12 may 2019
f Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

9 aylıq uşağın inkişafı

9 aylıq inkişaf dövrü – bir çox körpələr üçün iməkləmədən, ayaq üstə durmağa, gəzməyə çalışma dövrü hesab olunur. bildirir ki, bəzi körpələr isə iməkləmədən də gəzə bilir. Bu da normal hal hesab olunur. - 9 aylıq körpəni

.

Normal doğumun 10 faydası: Keysəriyyə əməliyyatına ciddi zərurət olmalıdır

 . Qadın Xəstəlikləri və Doğum Mütəxəssisi Dos. Dr. Özlem Özgür Gürsoy ana olmağa hazırlaşan qadınlara müraciət edib. O, keysəriyyə ilə doğumun yalnız tibbi zərurət halında tətbiq oluna biləcək bir seçim olduğunu, norma

.

Hamiləlik zamanı krampların qarşısını necə almalı?

Hamiləlik dövründə bəzi fizioloji və psixoloji təsirlər baş verir. Bu təsirlərdən biri Hamiləlik Kramplarıdır. Xüsusilə hamiləliyin ikinci trimestrində (təxminən 20 həftədən sonra) başlayan və bəzi hallarda çox ağrılı ol

.

Həyatının 1-ci ayında körpənin inkişafı

Həyatının ilk ayı ərzində körpə mövcudluğunu yeni şəraitə öyrəşdirməli, həyatın yeni qaydalarına uyğunlaşmalıdır. Bu ay ərzində o hiss etmədən çox şey öyrənmiş və artıq çox şey bacarmış olur. Yeni doğulmuş körpələrin özəllikləri

.

İkili skrininq testi ilə DAUN SİNDROMU riskini öyrənmək mümkündür?

İkili skrininq testi ilə hamiləlikdə risk faktorunun qarşısını alın. İkili skrininq testi hamiləliyin 11-14-cü həftələri arasında tətbiq edilən bir testdir. Bu test daun sindromu üçün riskli bir vəziyyətin olub-olmadığın

.

Əl, ayaq və ağızda səpkilər – Su çiçəyidir yoxsa?

Ağızda, əllərdə və ayaqlarda ağrılara səbəb olan, qabarcıq və səpkilərlə irəliləyən əl-ayaq və ağız xəstəlikləri son günlərdə daha çox rast gəlinir. Hər yaş qruplarında müşahidə olunsa da, daha çox uşaqları hədəf alır. Mövz

.

Ana südünü artıran 7 qida

Ana südünün körpə üçün nə qədər əhəmiyyətli olması hər kəsə bəllidir. Bəs, ana südünü və onun keyfiyyətini artırmaq üçün hansı qidalardan istifadə etmək lazımdır?. Axşam.az ana südünü artıran 7 qidanı təqdim edir:. 1. Yumurt

.

Yüksək təzyiq, ürək xəstəlikləri və böyrək problemləri - UŞAQLARINIZI uzaq tutun

Ketçup pomidor, sirkə, şəkər və ədviyyatların qarışığından hazırlanan sous növüdür. Qırmızı rəngdədir və sıx bir tutarlılığa malikdir. Ketçupun əsas istifadə sahələrindən biri yeməkləri şirinləşdirmək və dad verməkdir. Xüsusil

.

Qadınları orqazma çatdıran 7 seks pozası

Seks həyatına bir az rəng qatmaq və daha çox həzzli hala gətirmək üçün hal-hazırda tətbiq olunan mövqeləri bir az modifikasiya etmək lazımdır. Budur, qadınların orqazma çatmalarını asanlaşdıran 7 seks pozası… Ən sadə sevişm

turlar.az

qadin dunyasi hamilelikde qidalanma toy gecesi vaginal quruluq oğlanlar necə qızları sevirlər sanamalar kəpək kosmetika həsən bəy zərdabi geyim aysel damla sirin qogal