Bu qidalar süd vəzi xərçənginin riskini azaldır. SİYAHI

Bu qidalar süd vəzi xərçənginin riskini azaldır. SİYAHIQidalı lifləri ilə zəngin olan məhsulların qəbulu artıq çəkidən azad edir, şəkərli diabet, ürək-damar sistemi, ağ ciyər xəstəliklərinin riskini azaldır.
İngiltərə alimləri tərəfindən keçirilən yeni araşdırmalar sübut edib ki, yeniyetmə və cavan yaşlarında çoxlu miqdarda qidalı liflərlə zəngin olan məhsulların qəbulu böyük yaşlarda süd vəzi xərçənginin riskini xeyli azaldır.
Medical Daily xəbər verir ki, alimlər 90 min qadın haqqında olan məlumatları (həyat tərzi, qidalanma, sağlamlıq və s.) analiz ediblər. Nəticədə məlum olub ki, yeniyetmə dövründə tez-tez meyvə-tərəvəz və digər qidalı liflərlə zəngin olan məhsulları qəbul edən qadınlarda süd vəzi xərçənginin  riski bu qidaları az miqdarda qəbul edən qadınlarla müqayisədə 12-19% daha azdır.
Alimlər bunun səbəbini hələ ki bilmir. Lakin onların fikirinə görə, qidalı liflərin çoxlu miqdarda qəbulu qanda estrogen hormonlarının səviyyəsinin aşağı düşməsinə səbəb olur ki, bu da xərçəngin ehtimalını azaldır.
Qidalı liflərlə zəngin olan məhsullar:
- meyvələr və meyvə quruları (xüsusilə avokado, alma, armud, ərik, şaftalı, banan, yemiş, portağal, xurma, ərik qurusu, kişmiş)
- tərəvəzlər (xüsusilə istənilən kələm növləri, kök, çuğundur, yaşıl lobya, qarşıdalı, kartof, soğan, balqabaq)
- giləmeyvələr (çiyələk, qaragilə, moruq)
- paxlalılar (mərci, noxud, lobya)
- qoz-fındıq (püstə, araxis, badam, keşyu, qoz), günəbaxan və balqabaq tumları
- yarmalar (yulaf yarması, düyü, qarabaşaq), buğda kəpəyi, buğdanın bərk növlərindən hazırlanan makaron.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 942   Tarix: 11 dekabr 2021
f Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Ac qalanda ürəkbulanma və halsızlıq yaranırsa

Hipertireoz, Addison xəstəliyi, hipoqlikemiya və polikistik yumurtalıqlar sindromu kimi problemlər aclığa dözümlülüyü azaldaraq ürəkbulanma və halsızlıq yarada bilər. Birinci tip diabet zamanı isə uzun müddət qidadan imtin

.

Bu günkü çəki gələcəkdə yaddaşa təsir edə bilərmi? - ARAŞDIRMA

Orta yaşlarda piylənməsi olan insanların yaşlılıq dövründə demensiyaya tutulma riskinin 33 faiz daha yüksək olduğu müəyyən edilib. xəbər verir ki, bu nəticə 19 uzunmüddətli araşdırmanın, ümumilikdə 589 min 649 nəfərin məlumatlarını

.

Enerji içkiləri beyinə belə təsir edir - Həkimdən ciddi xəbərdarlıq

Enerji içkilərinin tərkibində yüksək miqdarda kofein olması xüsusilə yeniyetmələr üçün ciddi sağlamlıq problemlərinə səbəb ola bilər. xəbər verir ki, uşaq endokrinologiyası mütəxəssisi, türkiyəli professor Selim Kurtoğl

.

Saatlarla oturanların diqqətinə

"Uzun müddət oturaq vəziyyətdə qalmaq tromboz riskini ciddi şəkildə artırır. Bu təhlükə xüsusilə kiberidmançılar üçün aktualdır". -a istinadən xəbər verir ki, bunu -ya açıqlamasında rusiyalı professor Dmitri Berezovsk

.

Qəhvənin təsiri niyə insandan insana dəyişir?

Qəhvə içdikdən sonra gecə yuxuya gedə bilməyənlər olduğu kimi, yatmazdan əvvəl bir fincan qəhvə içsə belə rahat yatan insanlar da var. xəbər verir ki, mütəxəssislər bunun səbəblərindən birinin genetik xüsusiyyətlərlə bağl

.

Hər gün üzüm yesək, nə olar?

Üzüm həm dadı, həm də zəngin qida tərkibi ilə seçilən meyvələrdəndir. -ın məlumatına görə, tərkibində vitaminlər, minerallar, lif və antioksidantlar olan bu meyvənin müntəzəm, ölçülü miqdarda istehlakı sağlam qidalanmay

.

Yuxudan duran kimi bunu edin

Mütəxəssislərin fikrincə canlı və sağlam beyinə sahib olmaq üçün səhərlər müəyyən vərdişləri müntəzəm olaraq tətbiq etməlisiniz. axşam.az-a istinadən bildirir ki, yaşınızdan asılı olmayaraq, gündəlik vərdişləriniz beyninizi

.

Tənhalıq sağlamlığa ciddi zərər verə bilər

Düzgün qidalanma və müntəzəm idmanla məşğul olmaq sağlam həyat tərzinin əsas şərtləri hesab edilir. Lakin alimlərin araşdırmasına görə, insan sağlamlığına ciddi təsir göstərən daha bir mühüm amil var. Bu da sosial münasibətlə

.

Bu giləmeyvələr hipertoniyanın yaranmasının qarşısını alır

Quşüzümü və mərcangilə hipertoniya və aterosklerozun yaranmasının qarşısını almağa kömək edir, eləcə də sidik yolu infeksiyalarına qarşı profilaktik vasitə kimi xidmət edir. -a istinadən xəbər verir ki, bu barədə rusiyal

turlar.az

gelinlikler qadın geyimi gözəllik məhsulları mürəbbələr tanınmış qadın simalar çantalar gavalı salatı kosmetika irem derici vicdan dolca faydalı bilgilər vusale elizade