Bu qışın DƏBİ: "Üşümüş qız" makiyajı
"Tiktok" video platformasının həyatımıza qatdığı maraqlı gözəllik trendlərinə daha biri əlavə olunub. Belə ki, bu dəfə qışın gəlişi ilə yeni "Cold girl" (üşümüş qız) makiyajı dəbə minib. Bir çox qız bu makiyaj formasını edərək "Tiktok"da trendə qoşulub. Tək sosial şəbəkələrdə deyil, artıq gündəlik həyatda da bu "make up" növündən istifadə edilir.
Bəs, bu makiyajı necə edə bilərik?
Əvvəlcə dərinizin tonuna uyğun və ya ondan bir qədər açıq tonal kremlə başlayın. Konsiler ilə kiçik qüsurlarınızı aradan qaldırmağa çalışın. Qışda soyuğa görə üzümüz parıldamır. Ona görə də üzünüzü şəffaf pudra ilə sabitləməyə çalışın və mat bir görüntü əldə edin.
Soyuqda dərinizin necə qızardığını düşünün. Üzünüzü o tonlarda etməyə səy göstərin. Yanaqlarınıza və burun ucuna mümkün qədər çəhrayı allıq çəkin. Bu sizin soyuğa görə burnunuzun qızardığı hissini yaradacaq.
Daha sonra dərinizə bir az parıldıcı sürtün. İnci və ya krem tonlarında parıldayan teni göz qapaqlarınıza çəkin, xüsusən də göz yaylarını aydınladın.
İstəyirsinizsə, nazik göz layneri çəkə və ya birbaşa tuşa keçə bilərsiniz.
Dodaqlarınıza yanaqlarınızda istifadə etdiyinizə bənzər çəhrayı pomada çəkin. Bu makiyaj trendində pudra allıq istifadə etməklə daha tutqun və mat görünüş əldə edəcəksiniz.
Budur "Cold girl" makiyajınız hazırdır!



/ gencaile.az









Hakışta
Azərbaycan toylarında yengə nə üçün lazımdır?
Cinsi əlaqə zamanı nə etmək lazımdır?
Yuxuda sevişmək nəyə yozulur?
Sezen Aksu sevənlərə pis xəbər
Məşhur müğənninin qızı 14-cü mərtəbədən yıxılaraq öldü
Məleykə Əsədovanın bacısı qızı İranda vəfat etdi - Fotolar
Güllünü öldürən doğma qızına bu cəza verildi
Hande Erçel iranlı rejissorun filmində baş rolu canlandıracaq
Marketlərdəki bu qidalar ürək xəstəliyi riskini artırır
Necla Uyqur vəfat etdi
Nahardan sonra yuxunuz gəlirsə, səbəb təkcə yorğunluq deyil
Mauro İkardi Vanda Nara ilə rəsmən boşandı
Maykl Ceksonun məşhur pencəyi hərraca çıxarılır