Bu suyu içmək məsləhət deyil: tərkibində zərərli bakteriyalar ola bilər

Bu suyu içmək məsləhət deyil: tərkibində zərərli bakteriyalar ola bilərƏgər bir stəkan su uzun müddət masa üzərində qalırsa, onu içməmək daha yaxşıdır.
Milli.Az xarici mediaya istinadən xəbər verir ki, masada qalan su təhlükəsiz kimi görünsə də, bir neçə saatdan sonra onun tərkibi dəyişə bilər.
Dietoloqlar qeyd edirlər ki, 12 saat stəkanda qalan suyun içilməsi üçün maksimum müddətdir. Onların fikrincə, bakteriyalar əsasən havadan deyil, suyun özündən və krantdan qaynaqlanır. Araşdırmalar göstərib ki, içməli suda bakteriyaların miqdarı gecə artır. Nadir istifadə olunan krantlarda isə bakteriya səviyyəsi daha yüksək ola bilər.
Bu 12 saatdan sonra bakteriyalar aktiv şəkildə çoxalmağa başlaya bilər. Əgər siz əvvəlki axşamdan qalan suyu içmisinizsə, böyük ehtimalla problem olmaz. Lakin su bir gün ərzində qalıbsa, hətta filtrdən keçmiş olsa belə, yenisini içmək daha təhlükəsizdir.
Bundan əlavə, insan birbaşa butulkadan və ya stəkandan su içdikdə, ağızdan bakteriyalar suya keçə və orada çoxala bilər. Buna görə suyu dərhal içmək, saxlamamaq daha məqsədəuyğundur, xüsusilə də eyni qabı başqaları ilə bölüşürsünüzsə.
Suyun içilməməli olduğunu göstərən əlamətlər
Vizual əlamətlər:
•    bulanıqlıq - su şəffaf deyil, "süd kimi" və ya bulanıq görünür;
•    çöküntü və hissəciklər - dibində xırda hissəciklər, toz və ya pas olur;
•    səthində plyonka - nazik yağlı və ya rəngli qat əmələ gəlir;
Qoxu:
•    xoşagəlməz qoxu (küf, bataqlıq, çürümüş qoxu);
•    kimyəvi qoxu (xlor, benzin, boya və s.);
Dad:
•    acı, metal, turş, qeyri-adi duzlu və ya kəskin dad varsa, belə suyu içmək olmaz;
Digər əlamətlər:
•    çirkli stəkan - üzərində qalıq, yemək izi və ya pomada ləkəsi;
•    suyun mənbəyi məlum deyil - məsələn, kiminsə izah etmədən doldurduğu su. (Lent.az)
Milli.Az

Xəbərlər     Baxılıb: 1580   Tarix: 27 mart 2026
f Paylaş

Oxşar xəbərlər

.

Uşağı məktəbə nə vaxt göndərmək olmaz?

"Uşaqların immun sistemini dəstəkləmək üçün gündəlik qidalanmada zülalla zəngin məhsullara üstünlük vermək lazımdır. Bunlara yumurta, balıq, hinduşka əti, yağsız ət və paxlalılar daxildir". xəbər verir ki, bu fikirlər

.

Yuxuda sevişmək nəyə yozulur?

Yuxular hələ də sirri açılmayan qaranlıqla dolu dünyadır. Yuxu əsrlərdən bəri araşdırılan, həm alimlərin, həm də mistika ilə məşğul olanların cavabını tapmaq istədiyi tapmacadır. Fərqli və rəngarəng yuxular bəzən də cinsəlikl

.

ABŞ-də yumurtada salmonella epidemiyası tapıldı

ABŞ-nin Kaliforniya ştatının İctimai Səhiyyə Departamenti istehlakçıları 23 nəfərin xəstələnməsinə səbəb olan salmonella (əsasən çirkli və ya yaxşı bişməmiş qida vasitəsilə keçən, ishal və qızdırma ilə özünü göstərən bakteria

.

Qəhvəni bu saatda için

Kardioloq və terapevtlər qəhvə qəbulunda təkcə miqdarın deyil, içkinin hazırlanma üsulu və qəbul edildiyi saatın da vacib olduğunu bildiriblər. xəbər verir ki, mütəxəssislərin sözlərinə görə, kofein qəbulunu 15:00-16:00 radələrind

.

Ürəyinizi qorumaq istəyirsinizsə, bunlara diqqət edin - Kardioloqdan 5 məsləhət

Ürək-damar xəstəliklərinin yaranmasında genetik amillərlə yanaşı, gündəlik həyat tərzi və qidalanma vərdişləri də mühüm rol oynayır. Həddindən artıq duz və şəkər qəbulu, yağlı və qızardılmış qidalara üstünlük verilməsi, meyvə-tərəvə

.

Bu qidalar beyin damarlarına zərər verə bilər

Çox emal olunmuş qidaların qəbulu orta yaşlı insanlarda beyin damarlarının zədələnməsinə səbəb ola bilər. . xəbər verir ki, Kanadada aparılan və "JAMA Network Open" jurnalında dərc olunan araşdırmada 35-69 yaş aras

.

Ətir istifadə edənlərə xəbərdarlıq

Ətirin dəriyə çəkilməsi xərçəngin yaranması riskini artırmır. -a istinadən xəbər verir ki, bu barədə rusiyalı onkoloq Basir Bammatov -ya müsahibəsində danışıb. Lakin o, ətirlərin allergik reaksiyalara və ya dəri qıcıqlanmasın

.

Qan təzyiqini ölçərkən bu səhvləri etməyin

"Qan təzyiqinin ölçülməsi zamanı düzgün texnikaya əməl edilməməsi nəticələrin təhrif olunmasına gətirib çıxara bilər". -a istinadən xəbər verir ki, bunu RT-yə rusiyalı həkim-kardioloq Yekaterina Paukova deyib. "Nəticəy

.

Bu günkü çəki gələcəkdə yaddaşa təsir edə bilərmi? - ARAŞDIRMA

Orta yaşlarda piylənməsi olan insanların yaşlılıq dövründə demensiyaya tutulma riskinin 33 faiz daha yüksək olduğu müəyyən edilib. xəbər verir ki, bu nəticə 19 uzunmüddətli araşdırmanın, ümumilikdə 589 min 649 nəfərin məlumatlarını

turlar.az

aksessuarlar toy makiyajlari toy makiyaji sekilleri körpələrdə süni qidalar peçenyelər seks hekayəsi alt geyimləri kosmetika qızlıq pərdəsi pehriz buga burcu novruz bayramına aid hakıştalar vətənə aid atalar sözləri