Bu vitamin defisiti ölüm riskini artırır - Koronavirusu ağırlaşdırır
Alimlər bədəndə K vitamini çatışmazlığının koronavirusdan ölümcül fəsadların - hipertoniya, diabet, ürək-damar xəstəlikləri və piylənmənin inkişaf riskini artırdığını müəyyənləşdirib.
Milli.Az xəbər verir ki, Niderland və Belçika alimlərinin araşdırmasına görə, K vitamini çatışmazlığı ilə damar divarları zədələnməyə həssas olur və tromboz riski artır.
Onların sözlərinə görə, K vitamini endotelial hüceyrələrdə sintez edilən və trombozun qarşısının alınmasında əhəmiyyətli rol oynayan S proteinini aktivləşdirir. Həm də elastik lifləri məhv olmaqdan qoruyan MGP zülalının fəaliyyəti K vitaminindən asılıdır. Bu protein yumşaq toxumalarda kalsium kristallarının böyüməsinə maneə törədə bilər.
Alimlərin fikrincə, çatışmazlıq fonunda damarın zədələnmə riski artır. Bu baş verərsə, bədən yaranı sağaltmağa çalışır - yerində qan laxtası əmələ gəlir. Böyüməyə başlayanda və bu cür laxtaların sayı artdıqda qan dövranı pozulur. Qan laxtası damarı bağlayaraq ölümə səbəb ola bilər. Üstəlik, bu, həm koronavirus xəstələrində, həm də diabet, hipertoniya, böyrək xəstəliyi və piylənmədən əziyyət çəkənlərdə müşahidə olunur. /medicina.az
Milli.Az /news.milli.az









Vətən haqqında bayatılar
Yuxuda sevdiyin insanı görmək
Kişiləri ehtiraslandıran sözlər
İdeal Dieta: 1 həftəyə 5 kq arıqla!
Qara zirə (Çörək otunun) faydaları
Qarazirə hər dərdin çarəsi olan bitki
Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları
Öd kisəsi ağrıyanda nə etməli? - 5 MƏSLƏHƏT
Teşkilat' serialının çəkiliş meydançasında gərgin anlar: Dörd nəfər tutuldu
Aktyor Aslan Fətullayevin nəşi Azərbaycana gətirildi
Qarabağa köçən məşhurlar - SİYAHI