Bu vitaminin normada olması dəri və göz sağlamlığı üçün faydalıdır

Bu vitaminin normada olması dəri və göz sağlamlığı üçün faydalıdırXüsusilə bayram ərəfəsində qeyri-sağlam qidalanma nəticəsində orqanizmdə vitamin çatışmazlığının yaranma ehtimalı çoxdur. Ümumiyyətlə vitaminlər orqanizm üçün çox önəmli elementlərdir. Vitaminlərin orqanizmin, demək olar ki, bütün sistemləri ilə, xüsusilə ürək-damar, sinir və həzm sistemləri ilə əlaqəsi var. Vitaminlər suda və ya yağda həll ola bilirlər. Suda həll olan vitaminlər orqanizmdə artıq miqdarda olduqda bədəndən ifraz oluna bilirlər, ona görə də ciddi təhlükə mənbəyi hesab edilmirlər. Lakin yağda həll olan vitaminlərin bədəndə artıq miqdarda toplanması ehtimalı çoxdur. Belə vitaminlərin artıqlığı bir çox intoksikasiyaya (zəhərli maddələrin təsirindən yaranan patoloji hal) səbəb ola bilər.
Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu fikirləri həkim-terapevt Könül Zamanova A və B vitaminlərinin orqanizmə təsiri barədə danışaraq deyib.
Həkim-mütəxəssis bildirib ki, A vitamini orqanizmdə depolana bilən yeganə vitamindir: "Depolandığına görə də A vitamini çatışmazlığı tez-tez rastlaşılan problem deyil. Bu vitaminin normada olması dəri və göz sağlamlığı, həmçinin immun sisteminin güclənməsi üçün faydalıdır. A vitamini çatışmazlığı zamanı daha çox toyuq korluğu xəstəliyi ilə rastlaşmaq ehtimalı çoxdur. Belə xəstələr hava qaraldıqca əşyaları seçməkdə çətinlik çəkirlər. Ümumiyyətlə yağda həll olan vitaminlərin orqanizmdə çox olması ciddi fəsadlar verə bilər. Onu da qeyd edim ki, D vitamini istisna olmaqla, digər vitaminlər bədəndə sintezlənə bilmir. Biz həmin vitaminləri qida vasitəsilə qəbul edirik. A vitamini daha çox ət, qaraciyər, yumurta və süddə, bitki tərkibli qidalardan isə pomidor, kələm, brokkoli və s. məhsullarda daha boldur. A vitamini çatışmazlığından əziyyət çəkən xəstələrə nadir hallarda rast gəlinir".
K.Zamanova bildirib ki, B qrupuna aid olan vitaminlər çoxdur və onların hər biri bütün orqanizm, xüsusilə də sinir sistemi üçün önəmlidir: "B vitamini azlığı ciddi ürək çatışmazlığına səbəb ola, reflekslərin itməsi ilə nəticələnə bilər. Vitamin çatışmazlığı ayaqlarda ciddi ödem əmələ gətirir, damarların genişlənməsinə səbəb olur. Orqanizmdə B qrupu vitaminləri çatışmadıqda xəstədə daha çox halsızlıq və yorğunluq kimi əlamətlər müşahidə edilir. İrəliləyən vəziyyətdə isə sinir sistemində unutqanlıq, hətta Altsheymer xəstəliyi kimi ciddi fəsadlara yol aça bilər. Həmçinin B vitamini azlığı olan xəstələr dərketmədə çətinlik çəkir, əllərdə qarışqa gəzmə hissi, habelə dəridə səpkilər baş qaldırır. Həmin simptomlar xüsusilə də B1 vitamini çatışmazlığı olduqda müşahidə edilir. B qrupu vitaminləri həm heyvan, həm də bitki mənşəli qidalardan alınır. Ümumiyyətlə sağlam qidalananlarda B qrupu vitaminlərinin çatışmazlığına çox az hallarda rast gəlinir. Burada yanaşı xroniki xəstəliklər və müalicə üçün qəbul edilən dərman preparatları rol oynayır. Misal üçün, şəkərli diabet xəstələrinin istifadə etdiyi dərman preparatı B12 azlığına səbəb ola bilər. Yəni, orqanizmdə vitaminlərin normal səviyyədə qalması üçün yanaşı xəstəliklər nəzarətdə saxlanılmalıdır".
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1274   Tarix: 09 yanvar 2022
f Paylaş

Oxşar xəbərlər

.

Ətir istifadə edənlərə xəbərdarlıq

Ətirin dəriyə çəkilməsi xərçəngin yaranması riskini artırmır. -a istinadən xəbər verir ki, bu barədə rusiyalı onkoloq Basir Bammatov -ya müsahibəsində danışıb. Lakin o, ətirlərin allergik reaksiyalara və ya dəri qıcıqlanmasın

.

Günorta yatmazdan əvvəl qəhvə içmək niyə faydalıdır?

Günorta saatlarında yorğunluq hiss edən insanların əksəriyyəti özlərini gümrah hiss etmək üçün bir fincan qəhvə içirlər. Lakin mütəxəssislər qəhvənin təsirini artırmaq üçün maraqlı üsul təklif edirlər. . xəbər verir ki, qəhv

.

Saatlarla oturanların diqqətinə

"Uzun müddət oturaq vəziyyətdə qalmaq tromboz riskini ciddi şəkildə artırır. Bu təhlükə xüsusilə kiberidmançılar üçün aktualdır". -a istinadən xəbər verir ki, bunu -ya açıqlamasında rusiyalı professor Dmitri Berezovsk

.

Qəhvə sevənlər bunu mütləq oxusun

Kofeinin orqanizmə təsiri ilə bağlı yeni araşdırma aparılıb. London Kral Mariya Universitetinin alimləri müəyyən ediblər ki, kofein hüceyrələrin enerji çatışmazlığına cavab verən qədim mexanizmini aktivləşdirə bilər. Alimlə

.

Yuxuda nar görmək görün nələrə işarə edirmiş?! İNANILMAZ!

Yuxuda nar görmək qadın üçün ziyarət və mücevherata, kişi üçün də övlada, dövlət məmurları üçün terfie, zabitlər üçün əmrlərinin keçməsinə, kəndli üçün oktyabr bərəkətinə, tacir üçün çox quru, xalq üçün yaxşı bir idarəy

.

Bu giləmeyvələr hipertoniyanın yaranmasının qarşısını alır

Quşüzümü və mərcangilə hipertoniya və aterosklerozun yaranmasının qarşısını almağa kömək edir, eləcə də sidik yolu infeksiyalarına qarşı profilaktik vasitə kimi xidmət edir. -a istinadən xəbər verir ki, bu barədə rusiyal

.

Xərçəngə qarşı mübarizədə böyük ümid: Yeni peyvənd hazırlandı

"Merck" və "Moderna" şirkətlərinin birgə hazırladığı eksperimental peyvənd dəri xərçənginin təkrarlanması və ya ölüm riskini 42 faiz azaldıb. xəbər verir ki, "İntismeran autogene" adlanan peyvən

.

Yuxudan duran kimi bunu edin

Mütəxəssislərin fikrincə canlı və sağlam beyinə sahib olmaq üçün səhərlər müəyyən vərdişləri müntəzəm olaraq tətbiq etməlisiniz. axşam.az-a istinadən bildirir ki, yaşınızdan asılı olmayaraq, gündəlik vərdişləriniz beyninizi

.

Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları

Pandemiyada insanların immuniteti gücləndirən təbii məhsullara marağı da artdı. Bu qidalardan ən önəmlisi isə udi hindi bitkisidir. Udi hindinin faydaları saymaqla bitmir. Bəs udi hindi bitkisi nədir?. xəbər verir ki, ə

turlar.az

geymler 2026 toy gecesi toy makiyaji sekilleri şirniyyatların hazırlanması alimlər qonaq otaqi dizayni sarımsaq kosmetika uzeyir hacibeyli banan novruz bayramı burclerin uyumu hakista sozler