Bu xəbər qadınlar üçündür - Mütləq oxuyun!

Bu xəbər qadınlar üçündür - Mütləq oxuyun!Tibb dilində həddindən artıq tüklənmə hirsutizm adlanır. Bu, qadınların təqribən 10 faizində müşahidə edilən bir haldır. Həddindən artıq tüklənmə adətən yetkinlik dövrü ilə 40 yaş arasında müşahidə edilir. Qadınlarda hamiləlikdən sonra az da olsa tük köklərinin sayında artım olur. Ancaq hamiləlikdən kənarda artan tüklənmə anormal tüklənmə sayılır. Bu zaman tüklərin qalınlaşması və tündləşməsi müşahidə olunur. Bu xəstəliyin digər əlaməti isə dərinin yağlanması və sızanaqların əmələ gəlməsidir. Digər tərəfdən, belə qadınlarda tsiklik proseslərdə də problemlər müşahidə olunur.

Qadınlarda tüklənmə endokrin xəstəlikləri nəticəsində baş verir. Çox vaxt androgen hormonlarının artması nəticəsində meydana gəlir. Bəzən digər hormonlardakı dəyişikliklər də tüklənməyə səbəb olur. Bu baxımdan ümumi tüklənməyə səbəb olan hormonlardan biri də böyümə hormonudur.

Zəhərli boğaz urunda nazik tüklərin, tireoid hormonunun azlığında isə qalın tüklərin artması baş verir. Hirsutizmdə genetik faktorun da rolu var. Qadınlarda androgen hormonu yumurtalıqda və böyrəküstü vəzilərdə sintez olunur. Tüklənmədə əsas rol oynayan hormon testosterondur. Digər androgenlər isə testosteronun törəmələridir. Orqanizmdə olan yağ toxumasında və tük köklərində bu törəmə hormonlar testosterona çevrilir. Onda tüklənmənin iki səbəbdən meydana gəldiyiyini deyə bilərik:
1. Qanda androgenin səviyyəsinin artması nəticəsində
2. Tük follikullarının,hətta qanda kişi hormonlarının normal səviyyədə olmasına baxmayaraq, androgenlərə qarşı həssasalığın artması nəticəsində.

Hirsutizmin səbəbləri:
1. Böyrəküstü vəzidən qaynaqlanan
2. Yumurtalıqdan qaynaqlanan
3. Dərmanlardan qaynanqlanan - hormonal-qeyri-hormonal
4. Ağır insulin rezistent sindromundan qaynaqlanan
5. Hiperprolaktinemiyadan qaynaqlanan(prolaktin hormonu artıqlığı)
6. İdiopatik hirsutizmdən qaynaqlanan
7. Tireoid vəzisindən qaynaqlanan

Tüklənməsi olan xəstədə ən əsas məsəslələrdən biri də böyrəküstü vəzi şişlərinin olub-olmadığını aşkarlamaqdır. Tüklənmənin qısa bir vaxtda başlaması, sürətlə artması klinik olaraq şişlərin olmasından xəbər verə bilər. İfrat tüklənmə, sonsuzluq, kökəlmə kimi problemlər, böyrəküstü vəzidə bəd xassəli və ya xoş xassəli şişlərin varlığından xəbər verir. Digər tərəfdən hipofiz vəzindən qaynaqlanan bəzi hormonlar da ifrat tüklənməyə səbəb olur.
Hirsutizmli qadınlar müalicənin gedişində səbirli olmalıdırllar. Çünki, tük follikullarının ömrü 6 aydır. Buna görə də dərmanın təsiri 3-6 ay arası müşahidə olunur. Tüklənməsi olan qadınlar mütləq arıqlamalıdırlar. Çünki artıq çəki də tüklənməni artırır.

Gözəllik və Moda     Baxılıb: 3414   Tarix: 24 noyabr 2016
f Paylaş

Oxşar xəbərlər

.

Makiyajsız gözəllik üçün 10 hiylə

Makiyaj, özünə inamı artıran bir vasitə olsa da, təbii gözəllik insanın özündəki sağlamlıq və düzgün həyat tərzinin nəticəsidir. Makiyasız gözəlliyinizi önə çıxarmaq üçün aşağıdakı tövsiyələrə əməl edin:.  . Yaxşı yuxu

.

Qadınların makiyaj edərkən ən çox yoxladıqları səhvlər

Makiyaj, qadınların özlərini ifadə etmələrinin və özlərinə güvənlərinin artırılmasının bir yolu kimi geniş istifadə olunur. Lakin, makiyaj tətbiqi zamanı edilən bəzi səhvlər, nəticənin istəniləndən fərqli olmasına səbəb ol

.

Saçınız nazikdirsə, heç vaxt belə kəsdirməyin

Hansı saç düzümləri incə saçları daha az həcmli göstərir: niyə stilistlər gündəlik görünüşlərdə bu formalardan çəkinməyi məsləhət görürlər. Beləliklə, bu modelləri təqdim edirik:. İncə saçlar üçün hansı saç kəsimləri uyğu

.

"BOLTUŞKA" - Dərinin təmizlənməsi üçün ƏN YAXŞI VASİTƏ

Sizə kosmetoloqların tez-tez istifadə etdiyi məşhur "boltuşka"nın reseptini təqdim edirik. Bu tanınmış vasitə sızanaqlarla mübarizədə çox effektlidir. Boltuşkanın reseptləri çoxdur, sizi bu reseptlərdən biri il

.

Yaş artdıqca hansı estetik prosedurlar daha uyğundur?

Estetik prosedurlar fərqli yaş qruplarına və dəri ehtiyaclarına görə dəyişiklik göstərir. 20 yaşlarında tətbiq olunan yanaşma ilə 40 və ya 60 yaşdan sonra aparılan müdaxilələr eyni olmamalıdır. Yaş artdıqca dərinin elastikliy

.

Baxımlı qadın görüntüsü yaradan 10 sadə detal

Baxımlı görünmək hər zaman bahalı geyimlər, çoxsaylı kosmetik vasitələr və ya hər gün gözəllik salonuna getmək demək deyil. Bəzən qadının ümumi görünüşünü dəyişən çox kiçik detallar olur. Təmiz və səliqəli saç, baxımlı əllər

.

Kosmetoloqa gedə bilməyənlər bunları etsin

Qadınlar gözəllik salonlarına gedib, müxtəlif kosmetoloji prosedurlar etdirirlər. Amma bəzən vaxt azlığı və ya edilən prosedur üzdə o qədər də effektli olmur. Kosmetoloqların etdiyi prosedurlarla yanaşı üzə ev şəraitind

.

Saçların tez-tez yağlanmasının 5 SƏBƏBİ

Qadın gözəlliyinin əsas elementlərindən biri saçlardır. Hər bir qadın istəyir ki, gur və parlaq saçları ilə daim diqqəti öz üzərinə çəksin. Amma bəzi səbəblərdən saçlar öz canlılığını itirir və tez-tez yumağımıza baxmayara

.

Hər qadının bilməli olduğu 3 saç düzümü

Bəzən yaz havası xoşagəlməz sürprizlər edə bilər, məsələn, qəfil başlayan yağış. Belə havalarda bir çox qadın saçlarının formasını qoruyacaq və dağılmayacaq düzgün saç düzümünün hansılar olduğunu bilmir. Beləliklə, "Instagram"

turlar.az

gozel gorunmek donlar 2026 qis geyimləri 2026 tənəffüs orqanları yataqda yuxa tortu hakista xina yaxdi sozleri kosmetika zəhmət muellim seiri salam hüzeyir hacibəyov sağlamlığa aid atalar sözləri