Bu xəbərdən sonra yumurtanın ağını yeməyəcəksiz

Bu xəbərdən sonra yumurtanın ağını yeməyəcəksizZülal tərkibli qidaların orqanizmə təsiri uzun illərdir alimlərin diqqət mərkəzindədir. Xüsusilə bağırsaq mikrobiomu, yəni orqanizmdə yaşayan faydalı mikroorqanizmlər insan sağlamlığının əsas sütunlarından biri kimi qəbul edilir. 
Milli.Az xəbər verir ki, şimali Karolina Universitetinin alimləri müəyyən ediblər ki, yumurta ağında mövcud olan zülal, bağırsaq divarını qoruyan selikli qatı zəiflədən maddələrin yaranmasını təşviq edə bilər.
Təcrübələr zamanı siçanlar yalnız fərqli zülal mənbələri ilə zənginləşdirilmiş pəhrizlərlə qidalanıblar. Cəmi yeddi gün ərzində onların bağırsaq mikrobiotasında əhəmiyyətli dəyişikliklər baş verib. Araşdırmada istifadə olunan metagenomik və metaproteomik analizlər göstərib ki, müxtəlif növ zülallar mikrobiomun fəaliyyətinə və maddələr mübadiləsinə fərqli şəkildə təsir göstərir.
Postdoktorant Alfredo Bleikli-Ruizin sözlərinə görə, hər bir zülal növü bağırsaq mikroblarında özünəməxsus dəyişikliklərə səbəb olurdu. Xüsusilə qəhvəyi düyü, maya və yumurta ağı ilə qidalanan siçanlarda bu təsir daha qabarıq hiss olunub. Bəzi pəhrizlər bağırsaqda amin turşuları parçalamaqla məşğul olan mikroorqanizmlərin fəallığını artırırdı.
Mütəxəssislər hesab edirlər ki, bu amin turşuların parçalanmasından yaranan maddələr nəinki ümumi sağlamlığa, hətta beyin və bağırsaq arasındakı əlaqəyə də təsir göstərə bilər.
Tədqiqatın daha bir maraqlı nəticəsi isə ondan ibarət olub ki, zülallarla birlikdə qəbul edilən mürəkkəb karbohidratlar, bağırsaq mikroorqanizmlərinin hansı növ fermentlər sintez etdiyini dəyişə bilir. Məsələn, yumurta ağı ilə bəslənən heyvanlarda aktivləşən bir bakteriya, bağırsağın selikli qatını təşkil edən musini parçalamağa bənzər fermentlər ifraz etməyə başlayıb. Bu da onu göstərir ki, bəzi zülal əsaslı qidalanma formaları həzm sistemi üçün müəyyən təhlükələr yarada bilər. 
Asya
Milli.Az

Xəbərlər     Baxılıb: 1286   Tarix: 15 may 2025
f Paylaş

Oxşar xəbərlər

.

"Sadəcə öskürəkdir" deməyin - Həftələrlə davam edirsə…

Həftələrlə davam edən öskürək sadə narahatlıq kimi qəbul edilməməlidir. xəbər verir ki, mütəxəssislər xüsusilə gecə və səhər saatlarında artan öskürəyin bəzi ağciyər xəstəliklərinin əlaməti ola biləcəyini bildirirlər. Qey

.

Arıqlamaq üçün edilən bu üsul risklidir — Professordan xəbərdarlıq

Arıqlamaq və sağlam həyat tərzi məqsədilə karbohidrat qəbulunu tamamilə dayandıran insanların sayı artır. Bir çoxları bunun sürətli çəki itkisinə və daha sağlam bədənə gətirib çıxardığını düşünür. Lakin bəzi hallarda karbohidratları

.

"İki nəfər üçün yeməlisən" deyirlər, amma… - Hamiləliklə bağlı məşhur yanlış

"Tibbdə geniş yayılmış "iki nəfər üçün yemək" yanaşması artıq elmi əsasını itirib". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi "Instagram" hesabında keçirilən canlı yayım zaman

.

Yod çatışmazlığı təhlükəlidir

Yod tiroid hormonunun istehsalı üçün vacib bir elementdir. Həm çatışmazlıq, həm də artıqlıq orqanizm üçün ciddi təhlükədir.  xəbər verir ki, yod daha çox cod, ton balığı və süd, qatıq və pendir kimi süd məhsullarında olur

.

Yeni orqan kəşf edildi

Alimlər kəllə sümüyündə beynin müdafiəsində rol oynaya biləcək yeni immun strukturlar aşkar ediblər. -a istinadən xəbər verir ki, araşdırma Vaşinqton Universitetinin Tibb Fakültəsinin alimləri tərəfindən aparılıb. Nəticələ

.

Gələcək analara xəbərdarlıq - Hamiləlikdə bunu etmək risklidir

"Hamiləlik hərəkətsizlik və daimi yataq rejimi demək deyil. Əgər cift gəlişi anomaliyaları, vaxtından əvvəl doğuş təhlükəsi və ya ağır preeklampsiya kimi tibbi əks-göstərişlər yoxdursa, müntəzəm fiziki aktivlik tövsiy

.

Dişləri sərt fırçalamaq olar? - Mütəxəssislər xəbərdarlıq edir

Dişlərin daha yaxşı təmizlənməsi üçün onları sərt şəkildə fırçalamağın düzgün olduğu düşünülür. Lakin həddindən artıq təzyiq diş və diş ətinə zərər verə bilər. xəbər verir ki, sərt fırçalama diş minasının aşınmasına, di

.

Gündəlik qəhvə içirsinizsə, bu məlumat sizi sevindirəcək

Qəhvə istehlakı ilə bədən quruluşu arasında əlaqəni araşdıran yeni elmi iş maraqlı nəticə ortaya qoyub. Məlum olub ki, daha çox qəhvə içən insanlarda bədən və qarın nahiyəsindəki yağ göstəriciləri daha aşağı ola bilər. xəbə

.

Diyetoloq zərərli şirniyyatlara alternativi açıqladı

Şirniyyat insanın əhvalını qısa müddətə yaxşılaşdıra bilər. Lakin pəhriz saxlayanlar üçün hansı şirniyyatların daha münasib olduğu sual doğurur. Diyetoloqlar bu baxımdan zefiri alternativ məhsullardan biri hesab edirlər

turlar.az

kosmetoloq geyim və ayaqqabılar reseptler sharlotka resepti aloy gulunun faydasi vaginal təmizlik cagatay ulusoy kosmetika novruz hakisdalari buga burcu cinsi elaqe ariqla sanamalar