Bu xəstəlik ilk dəfə ana bətnində müalicə edildi

Bu xəstəlik ilk dəfə ana bətnində müalicə edildiƏzələ xəstəliyi olan Spinal müsküler atrofiya (SMA) ilk dəfə ana bətnində uğurlu şəkildə müalicə edilib.
Milli.Az xəbər verir ki, doğuşdan əvvəl başlayan SMA tədricən pisləşən və əzələ zəifliyinə səbəb olan genetik xəstəlikdir. Xəstəliyin dörd fərqli tipi var və hər biri müxtəlif dərəcədə ağırdır.
Təxminən hər 6 min körpədən biri bu xəstəliklə doğulur. Onun ən geniş yayılmış və ağır forması müşahidə edilən uşaqlar adətən iki yaşına çatmadan həyatını itirir.
SMA-nı tamamilə aradan qaldıran bir müalicə üsulu olmasa da, simptomlar idarə oluna və ağırlaşmaların qarşısı alına bilər.
Independent nəşrinin məlumatına görə, St. Jude Uşaq Araşdırma Xəstəxanasında ana bətnindəki körpəyə SMA diaqnozu qoyulub. Hamilə qadına isə ABŞ Qida və Dərman İdarəsinin (FDA) neyrodegenerativ xəstəliklər (Altsheymer, Parkinson və s.) üçün təsdiqlədiyi ilk dərman olan risdiplam verilib.
Xəstənin valideynlərinin daha əvvəl Tip 1 xəstəliyi (bir çox xəstəliyi ehtiva edən gen) ilə doğulan körpəsi olub və onların bu genetik variantı daşıdığı bilinirdi. Testlər körpənin də çox güman ki, Tip 1 ilə doğulacağını təsdiqlədi.
Dərmanın ana bətnində tətbiqi ideyası məhz valideynlərdən gəldi. Həkimlər hamiləliyin son altı həftəsində anaya dərmanı verdilər.
Doğuşdan sonra körpədə dərmana məruz qalmadan öncə yaranmış olduğu ehtimal edilən müxtəlif anomaliyalar aşkarlandı. Körpə bir həftəlik olanda dərmanı qəbul etməyə başladı və çox güman ki, ömrünün sonuna qədər istifadə etməyə davam edəcək.
St. Jude Təcrübəvi Neyroterapevtik Mərkəzinin direktoru Dr. Riçard Finkel deyib: "Əsas məqsədlərimiz müalicənin mümkünlüyünü, təhlükəsizliyini və qəbul edilə bilənliyini yoxlamaq idi, buna görə də həm ananın, həm də körpənin yaxşı vəziyyətdə olduğunu görmək bizi çox sevindirir."
İndiyədək SMA müalicəsi yalnız doğuşdan sonra tətbiq edilirdi. Bu nəticə isə doğuşdan əvvəl müdaxilənin faydalı ola biləcəyini göstərir.
SMA-ya motor neyron protein çatışmazlığı səbəb olur. Əzələlərin sinirlərdən siqnal almasına kömək edən bu protein həyati əhəmiyyət daşıyır. İstifadə edilən dərman isə həmin proteinin daha çox istehsal olunmasını təmin edir.
St. Jude xəstəxanası bildirir ki, bu proteinə ən çox ehtiyac dölün inkişafının üçüncü üç aylıq dövründə və doğuşdan sonrakı ilk üç ayda yaranır.
Hazırda yalnız bir xəstə üzərində sınaqdan keçirilən müalicə üçün klinik protokol başlanılıb və FDA bu araşdırmanı təsdiqləyib.
İsmayıl
Milli.Az

Xəbərlər     Baxılıb: 1018   Tarix: 22 fevral 2025
f Paylaş

Oxşar xəbərlər

.

Şəkərli diabet təhlükəsini azaltmaq üçün üç vacib qayda

Rusiyalı həkim-terapevt Nadejda Çernışova şəkərli diabet üçün risk qrupuna kimlərin aid olduğunu və bu xəstəliyin yaranma riskini azaltmaq üçün hansı addımların atılmasının vacib olduğunu izah edib. -a istinadən xəbər veri

.

Həkimlər ən zərərli qəhvə növünü açıqladılar - Ürək üçün təhlükəlidir

Qəhvə sağlamlıq üçün faydalı içki hesab edilsə də, onun hazırlanma üsulu və tərkibinə əlavə edilən maddələr ürək-damar sisteminə mənfi təsir göstərə bilər. Kardioloqlar xüsusilə şəkərli qəhvə içkilərinin təhlükələri barəd

.

Diabet xəstələri banan yeyə bilər?

Yaşıl və həddindən artıq yetişmiş banan qanda qlükoza səviyyəsinə fərqli təsir göstərə bilər. xarici mediaya istinadən xəbər verir ki, bananlar çox vaxt şəkərli diabet zamanı rasiondan çıxarılmalı məhsullar sırasında göstərilir

.

Öd kisəsi ağrıyanda nə etməli? - 5 MƏSLƏHƏT

Öd kisəsi ağrı hiss edən, ağrı siqnalı verən orqandır. Çox zaman kisədə daş olanda və iltihabi xəstəliklərdə ağrıyır. Kəskin pristuplarda ilk işiniz təcili yardım çağırıb, xəstəxanaya çatmaqdır, bu zaman hətta ağrıkəsic

.

Pasportdakı rəqəm aldadıcı ola bilər: Orqanizmin əsl yaşı necə müəyyən edilir?

İnsanın faktiki yaşı hər zaman orqanizmin sağlamlıq və funksional vəziyyəti ilə üst-üstə düşmür. -a istinadən xəbər verir ki, bu barədə həkim Viktoriya Kulaqina məlumat verib. Həkimin qeyd etdiyi kimi, bioloji yaş insanı

.

Qan təzyiqini ölçərkən bu səhvləri etməyin

"Qan təzyiqinin ölçülməsi zamanı düzgün texnikaya əməl edilməməsi nəticələrin təhrif olunmasına gətirib çıxara bilər". -a istinadən xəbər verir ki, bunu RT-yə rusiyalı həkim-kardioloq Yekaterina Paukova deyib. "Nəticəy

.

Duru yağ zərərlidir? – Mütəxəssis açıqladı

Duru yağların zərərli olduğunu demək olmaz. Çünki duru yağ etibarlı və keyfiyyətli, mənşəyi bəlli olan xammaldan - zeytun, günəbaxan və qarğıdalıdan istifadə olunaraq hazırlanırsa, bizim region üçün istifadəyə daha uyğundur

.

Təzyiqi aşağı salan 5 əsas qida

Qırmızı və bənövşəyi rəngli meyvə-tərəvəzlər qan təzyiqini normada saxlamaq üçün son dərəcə faydalıdır. qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə dietoloq Emma Derbişir bildirib. Mütəxəssis tərəfindən təzyiqi aşağ

.

Yuxuda sevişmək nəyə yozulur?

Yuxular hələ də sirri açılmayan qaranlıqla dolu dünyadır. Yuxu əsrlərdən bəri araşdırılan, həm alimlərin, həm də mistika ilə məşğul olanların cavabını tapmaq istədiyi tapmacadır. Fərqli və rəngarəng yuxular bəzən də cinsəlikl

turlar.az

qadın geyimi qadin sayti donlar 2026 yeni dogulmus korpeye lazim olan esyalar uz ucun maska resepti idmandan sonra ne yemek lazimdi ayaq dirnaqlara qulluq kosmetika uzeyir hacibeyli sağlamlıq gülməli hakıştalar birlik haqqinda şebnem tovuzlu