Bu xəstəlik uşaqlarda əqli geriliyə səbəb olur. Müalicə vaxtında başlamalıdır

Bu xəstəlik uşaqlarda əqli geriliyə səbəb olur. Müalicə vaxtında başlamalıdırQalxanabənzər (tiroid) vəzin funksiyasının tam və ya hissəvi çatışmazlığı nəticəsində meydana çıxan xəstəliyə hipotireoz deyilir.
Onun əmələgəlmə səbəbləri tiroid vəzinin autoimmun xəstəlikləri, vəzin kəskin və ya yarımkəskin iltihabı prosesləri, vəzin funksiyasını azaldan bəzi dərmanların qəbulu, hər hansı bir səbəbə görə vəzdə aparılmış əməliyyatlar, beyin əsasında yerləşən hipofiz vəzinin bəzi xəstəlikləri ola bilər. Xəstəliyin etiologiyasında irsi faktorlar da istisna edilmir.
Həkim-endokrinoloq Gülay Məmmədova bu xəstəlik barədə AZƏRTAC-a verdiyi müsahibədə deyib: "Hipofizdən sintez olunan TSH hormonu tiroid vəzinin funksiyasına - hormon sintezinə nəzarət edir. Buna görə, adətən, tiroid vəzinin lazımi qədər işləyib-işləmədiyini bilmək üçün qandan TSH hormon səviyyələri yoxlanılır. Belə ki, TSH hormonunun yüksəkliyi vəzin fəaliyyətinin azaldığını göstərir".
Bir çox xəstəliklərlə ümumi zəiflik, halsızlıq, tezyorulma kimi ortaq əlamətləri olan hipotireozun orqanizmə vurduğu ziyan barədə məlumat verən həkim-endokrinoloq deyib: "Ürəyin "motor" funksiyasında və vurğusunda azalma, ürəkətrafı kisəyə maye toplanması baş verə bilər.
Xəstəlik, həmçinin mədə-bağırsaq sorulmasına təsir göstərib B qrupu vitaminlərinin və dəmirin sorulmasını pozaraq qan azlığına - anemiyaya səbəb olur.
Kişilərdə spermatozoidlərin aktivliyinə, qadınlarda isə yumurtalığın funksiyalarına təsir edərək sonsuzluğa səbəb olması da mümkündür.
Bundan başqa böyrəklərin bədəndəki artıq mayeni atmasına mənfi təsir göstərərək ödemlərin əmələ gəlməsinə, beyin funksiyalarına təsir edərək yaddaş və yuxu pozğunluğuna, depressiyaya səbəb olur.
Uşaq və yeniyetmələrdə tiroid vəzinin çatışmazlığı cinsi və boy inkişafının pozulmasına aparıb çıxarır. Uşaqlarda müalicə olunmayan hipotireoz bərpa oluna bilməyən əqli geriliyə səbəb ola bilər".
Uşaqlarda anadangəlmə hipotireozun əlamətləri:yenidoğulmuşlarda sarılığın uzun müddət ərzində keçməməsi, körpənin dərisinin həddindən çox quru olması, dəri və selikli qişaların göyümtül olması, səbəbsiz ağır qəbizlik.  
Həkimin dediyinə görə, hipoterioz vaxtında aşkar edilib düzgün müalicə olunarsa, xəstəliyin proqnozu müsbət olur. Həmin xəstələr bütün ömrü boyu tireoid hormonları ilə müalicə almalıdır. Həb şəklində olan dərmanlar yalnız həkim nəzarəti altında qəbul edilməli və miqdarı tənzimlənməlidir.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1127   Tarix: 27 yanvar 2022
f Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Mədəsi ağrıyanların nəzərinə

Mədə ağrısı qaraciyər xərçənginin simptomu ola bilər. -a istinadən xəbər verir ki, yuxarı qarın və ya mədə nahiyəsində təkrarlanan ağrı müayinə üçün ciddi bir səbəbdir. Mütəxəssislərin fikrincə, qaraciyər xərçənginin simptomlar

.

Qız övladı atanın ömrünü uzadır? - Alimlərdən maraqlı araşdırma

Alimlərin apardığı araşdırmada qız övladlarının ataların uzunömürlülüyü ilə əlaqəli olduğu müəyyənləşib. xəbər verir ki, araşdırmaya görə, atanın hər bir qız övladının olması onun ömrünün orta hesabla 74 həftə, yəni təxminə

.

Gözə linza taxdırmazdan əvvəl bunu mütləq bilməlisiniz

"Yeni nəsil göz içi linzalar üçün ciddi yaş məhdudiyyəti yoxdur. Linza seçimində əsas meyar yaş deyil, gözün ümumi vəziyyəti və pasiyentin gündəlik görmə ehtiyaclarıdır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyini

.

Evdə stress yaradan 5 şey

Eviniz istirahət edib güc topladığınız məkan olmalıdır. Lakin gündəlik həyatda adi görünən bəzi əşyalar və şərait fərqinə varmadan gərginliyi artıra bilər. -a istinadən bildirir ki, 886 nəfərin iştirak etdiyi araşdırma göstəri

.

Göz quruluğunun səbəbi bəlli oldu

Smartfon, planşet və kompüterdən uzun müddət istifadə göz quruluğu şikayətlərini artırır. xəbər verir ki, mütəxəssislər gözlərdə yanma, batma, qızartı və görmənin bulanması kimi əlamətlərin diqqətdən kənarda saxlanılmamasın

.

Xərçəngə səbəb ola bilən bakteriya bu imiş - Diqqətli olun

Xərçəng riskinə təsir edən amillərlə bağlı yeni araşdırma diqqətçəkən nəticə ortaya qoyub. xəbər verir ki, "The Lancet Oncology" jurnalında dərc edilən araşdırmaya görə, 2024-cü ildə dünyada diaqnoz qoyulan bütü

.

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

Qanda anemiya və hemoqlobin səviyyəsinin düşməsi xərçəng müayinəsindən keçməyi tələb edir, xüsusən kişilər diqqətli olmalıdır. -a istinadən xəbər verir ki, cərrah İldus Muxametovun sözlərinə görə, kolorektal xərçəngin inkişaf

.

Duru yağ zərərlidir? – Mütəxəssis açıqladı

Duru yağların zərərli olduğunu demək olmaz. Çünki duru yağ etibarlı və keyfiyyətli, mənşəyi bəlli olan xammaldan - zeytun, günəbaxan və qarğıdalıdan istifadə olunaraq hazırlanırsa, bizim region üçün istifadəyə daha uyğundur

.

İtirilmiş dişlər yenidən çıxa bilər - İnqilabi kəşf

Yapon alimləri dişlərin təbii yolla yenidən inkişafını stimullaşdıran eksperimental dərman üzərində işləyirlər. Bu preparat gələcəkdə stomatologiyada implant və protezlərə alternativ ola bilər. xəbər verir ki, bu barədə "Th

turlar.az

yay geyimləri 2026 toy gecesi gozel gorunmek interyer dizayni həsrət şəkilləri buga burcu ideal toy kosmetika pomidor rus dili 2ci ders hesaplama tapmacalar qu quşu