Bu xəstəliyi olanlara xəbərdarlıq: "Omikron"un risk qrupundadırlar
Müəyyən göz xəstəlikləri olan şəxslər "Omikron"a daha həssas olan insanların kateqoriyasına daxildir.
Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu barədə rusiyalı oftalmoloq, tibb elmləri doktoru, Dövlət Dumasının Sağlamlığın Mühafizəsi Komitəsinin eksperti Tatyana Şilova xəbərdarlıq edib.
"Əvvəla, bu, görmə orqanının qişasının bütövlüyünün pozulduğu xəstəliklərə aiddir, yəni quru göz sindromu, allergik təzahürlər, iltihab, konjonktivit və keratit (gözün buynuz qişasının iltihabı)", - deyə o, izah edib.
Onun sözlərinə görə, selikli qişası artıq hansısa dağıdıcı proses nəticəsində zədələnmiş şəxslər risk qrupuna daxildir.
"Bu zaman hər hansı bir yoluxucu agentin, o cümlədən koronavirusun içəri daxil olma ehtimalı daha yüksəkdir", - deyə Şilova əlavə edib.
Oftalmoloq həmçinin qeyd edib ki, digər ştamlarla müqayisədə "Omikron" göz xəstəliyi olanlar üçün daha çox yoluxma riski daşıyır.
"Bununla belə, "Omikron"un görmə orqanından nüfuz etməyi asanlaşdıran heç bir xüsusi mexanizm yoxdur. Ştammın bu xüsusiyyəti daha yüksək səviyyəli yoluxuculuğu ilə əlaqələndirilir", - deyə həkim sözlərini yekunlaşdırıb.
Milli.Az /news.milli.az









Vətən haqqında bayatılar
Yuxuda sevdiyin insanı görmək
Kişiləri ehtiraslandıran sözlər
Öd kisəsi ağrıyanda nə etməli? - 5 MƏSLƏHƏT
Qara zirə (Çörək otunun) faydaları
İdeal Dieta: 1 həftəyə 5 kq arıqla!
Qarazirə hər dərdin çarəsi olan bitki
Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları
Arif Mirzəyev vəfat etdi
Nərmin Kərimbəyova 'Zəfər günü'nə həsr olunan 'Atabarı'nı təqdim etdi
Teşkilat' serialının çəkiliş meydançasında gərgin anlar: Dörd nəfər tutuldu
Aktyor Aslan Fətullayevin nəşi Azərbaycana gətirildi