Bu yeməkləri ikinci dəfə isidib yemək olmaz - Qastroenteroloq AÇIQLADI

Bu yeməkləri ikinci dəfə isidib yemək olmaz - Qastroenteroloq AÇIQLADIYeməyin ikinci dəfə qızdırılması qidanın keyfiyyətini pisləşdirə və bakteriyaların artmasına səbəb ola bilər.
Publika.az xəbər verir ki, bu barədə türkiyəli qastroenteroloq Merve İşeri Uzunoğlu məlumat verib. O, bildirib ki, bütün qidalar zəhərlənmə potensialına sahibdir, eyni zamanda toyuq, mal əti və yumurta zəhərlənməyə səbəb olan yüksək riskli qidalardır:
"Bakteriyaların yaşaması üçün nəmə ehtiyacı var və istifadə edilən qidaların hamısında lazım olduğu qədər nəm var. Bu da bakteriyaların çoxalması üçün münbit şərait yaradır. Soyuducuda saxlanılan yemək yeyildiyi qədər qızdırılmalıdır. Bişirildikdən sonra uzun müddət saxlanması lazım olan yeməklər dondurucuda saxlanıla bilər. Ancaq əridildikdən dərhal sonra qızdırılıb yeyilməlidir.
Bakteriyaların istehsalı yemək otaq temperaturunda saxlandığı hissədə başlayır, əriyənə qədər hava ilə təmasda olur. Bu səbəblə əriməsi üçün soyuducu istifadə edilməli və ya mikrodalğanın əritmə xüsusiyyətindən istifadə edilməlidir".
Ekspert daha sonra qida zəhərlənməsinin ən geniş yayılmış səbəblərinə toxunub:
"Hazırlıq və ya bişirilmə prosesində başqa bir qaynaqdan gələn zərərli bakteriyalar yoluxa bilər. Bu bakteriyalar quruluşundan asılı olaraq bişiriləndə ölürlər. Yoluxmanın qarşısını almaq üçün bişmiş yeməkləri soyuducuda bağlı halda, xüsusilə qiymə, çiy ət və toyuq kimi məhsullardan ayrı saxlamaq lazımdır.
Elə yeməklər var ki, bişirilən kimi yeyilməlidir, saxlamaq olmaz. Çünki ikinci dəfə qızdırıldıqda zəhərlənmə ehtimalı çox yüksək olur. İkinci dəfə qızdırıldıqda və yedikdə zəhərlənmə ehtimalı olan qidalar: ispanaq, göbələk, yumurta, toyuq, kərəviz, çuğundur, kartof, düyüdür".
Aytən Məftun /publika.az

Sağlamlıq     Baxılıb: 2998   Tarix: 26 fevral 2020
f Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Hansı halda seks insanı xoşbəxt edir?

ABŞ alimləri müntəzəm intim münasibətin xoşbəxtlik üçün vacib olduğunu sübut edib. "Medicina" xəbər verir ki, sorğuda 300 könüllünün intim həyatı və razılıq hissi araşdırılıb. Məlum olub ki, həyatlarında mütəmad

.

Partladılmış Qarğıdalının xeyri və zərəri haqqında

Partladılmış Qarğıdalının faydaları və zərərləri haqqında məlumat olduqca azdır.Maraqlı haldır ki, bağlama halında satılan bu qidalar üzərində olan reklam mətnləri isə insanı haradasa bu qidanın hava, su qədər vacibiyyətin

.

Kakos yağının - 5 UNİKAL FAYDASI

Kakos yağı xüsusilə son beş ildə populyarlıqda böyük artım müşahidə edən bitki mənşəli məhsullardan biridir. Həm supermarketlərdə, həm də kosmetika mağazalarında bankalarda kokos yağı tapmaq mümkündür. Bundan əlavə, qablaşdırıla

.

Giləmeyvə çaylarının faydaları nələrdir?

Sağlamlığımız üçün bitki çayları qədər giləmeyvə çayları da çox faydalıdır. Sağlamolun.az orqanizmimizə faydalı olan bitki, çiçək və giləmeyvə çaylarını təqdim edir:. Şüyüd - Həzm çayıdır. Həzmi yaxşılaşdırır. Şişkinliy

.

Cəfərinin insan orqanizminə inanılmaz faydaları

Cəfərinin insan orqanizminə inanılmaz faydaları. Cəfəri bədəni təmizləmək üçün çox gözəl qidadır. 15-16 dənə cəfərini saplağı ilə birlikdə havanda(blender)yaxşıca əzirik, üzərinə, yarım limon sıxırıq yaxşıca qarışdırırıq

.

Siqareti tərgitməyə kömək edən bitki

Siqaret cəkməyə insanı sovq edən nikotindir. Nikotin insanı siqaretdən asılı eden kimyəvi maddədir. Məhz bu asılılığa görə siqareti tərgitmək bir çox hallarda çox çətin olur. Bəzi bitkilər bu işdə kömək edə bilər. Belə bitkilərdə

.

Cinsi həyatınızı yüksəltmək üçün sirli hiylələr

Hər bir adam seks yaşamağı və bu zaman alınacaq ləzzəti sevir. Ona görə də, bu mövzular daima maraqla oxunur, tətbiq etmək üçün istifadə edilir. Həyəcanın dozasını yüksəltmək, zövq dünyasında uçmaq, hər hüceyrəsi ilə zövq

.

Vanil bitkisinin faydaları: Sinirləri dincəldir, öskürəyı xırp kəsir

V. Vanil bitkisi Meksika mənşəli bitkidir. Səhləbkimilər fəsiləsinə aid olan və Meksika meşələrinin sahilyanı ərazilərində bitən dırmanma bitkisidir. Ətrafındakı digər ağaclarda 2-3 sm qalınlığında tumurcuqları ilə 10 metr

.

Səhər günəşinin depressiyada olan qadınlara faydası

Habertürk saytının məlumatına görə, Ankara Universitesi Tibb Fakültəsi Psixi Sağlamlıq və Xəstəlikləri Fundamental Elm sahəsi üzrə tədris üzvü, prof. dr. Oğuz Erkan Berksun mövsümi keçid dövrlərində biloji saatın pozulmas

turlar.az

həkim məsləhəti geyim və ayaqqabılar geyim dəbləri gözəllik sirləri yemək resepti haqista xalq təbabəti kosmetika vətən bayatılar vətən haqqında bayatı cinsi əlaqə usaq geyimleri