Bunlar qarın hissəsindəki yağları əridəcək və sinə sallanmasının qarşısını alacaq

Bunlar qarın hissəsindəki yağları əridəcək və sinə sallanmasının qarşısını alacaqHavaların istiləşməsilə şkafımızın gözündən nazik, dekolteli yaz-yaz geyimlərimizi də çıxardırıq. Amma geyinib güzgüdə baxanda görüntü kefimizi pozur. Qışdan bəri yediyimiz xəmir, isti qazan xörəkləri qarın, bel hissəsində artıq yağlar əmələ gətirib, bədən və sinəmizdə isə sallanmalar yaranıb. Bütün bunlardan tez bir şəkildə əməliyyatsız, ev şəraitində yaxa qurtarmağı düşünürük. Bunun üçün vasitələr axtarmağa başlayırıq. Heç də uzağa getməyin. Sizə ev şəraitində bel, qarın hissənizdəki yağlardan canınızı qurtaracaq, bədən və döş hissənizdəki sallanmaları yox edəcək hərəkətlər, ipucları və iki intensiv krem təqdim edirik.

Qarın və bel hissəsindəki yağları yox etməyin həll üsulları
Qarın və bel hissənizə tez bir zamanda təqdim etdiyimiz rutini tətbiq etsəniz yaxşı nəticə əldə edəcək və geyimlərinizi rahatlıqla geyinəcəksiniz.

İşə az yeməkdən başlayın
Axşam yeməklərinizi çox miqdarda mineral maddələr qəbul edəcəyiniz tərəvəzləri bol olan yeməklərdən yana seçin. Nəticədə orqanizminiz yığılan yağları əritməyə başlayacaq.
Tez-tez ara atışdırmalıqlar yeyin. Şəkəri isə mümkün olduğu qədər rasionunuzda çıxardın. Əvəzində isə orqanizminizin şəkərə olan ehtiyacını meyvələrlə qarşılayın. Amma meyvəni mütləq və mütləq bir zülalla qəbul edin ki, qana qarışıb daha sonra da, yağa çevrilməsin.

İdman hərəkətlərini unutmayın
İdman hərəkətlərinizi səhər qəhvəaltısından əvvəl etsəniz gecə boyu xərcləmədiyiniz enerji balansını qoruyacaqsınız və yığdığınız yağları əridəcəksiniz.
Axşam yeməyindən sonra etsəniz isə bütün gün boyu topladığınız şəkəri əridəcəksiniz. Hətta yatdığınız zaman belə bədəninizdəki yağ depolarından da, yaxa qurtaracaqsınız.

İp atlayın
Qıçlar əzələlərin ən çox əmələ gəldiyi hissədir. Onları gücləndirmək, kaloriləri daha yaxşı yandırmaq və maddələr mübadiləsini sürətləndirmək mənasına gəlir.
Qıç əzələlərinizi gücləndirəcək idman hərəkətləri də etmək sizin işinizə yarayacaq. Heç bir iş etmək istəmirsinizsə gündə ən azı 15 dəqiqə ip atlayın. Beləliklə, hər gün 100 kaloridən daha artığını xərcləyəcəksiniz.
Bütün bunları özünüzü məcbur etmədən edin. Yadda saxlayın ki, mütəxəssislər həftədə 1 kq və 6 həftədə isə bir bədən arıqlamağı mükəmməl hesab edirlər.

Ev işləri
Yerləri təmizləyərkən tozsoran əvəzinə adi süpürgə və bezdən istifadə edin. Havanın isti olacağı günorta saatlarında isə əllə paltar yuyun və ütüləyin.
Acıdığınız zaman özünüz üçün bir pəhriz yeməyi hazırlayın.

Masaj tətbiq edin
Masaj qarın və bel hissəsindəki yağları əritmək üçün ən yaxşı vasitədir. Yaxşı seçilmiş masaj kremi ilə qarın və bel hissənizi ovmağa başlayın. Nəticədə bu hissələrdəki yağların əriməsi üçün yaxşı başlanğıc olacaq.
Masaj dərinin istilik dərəcəsini artıraraq enerji qəbulunu da, artırır və eyni zaman da, bağırsaqların hərəkəti sürətlənir. Qanın hərəkətini sürətləndirən masaj bədəndən daha artıq suyun atılmasına şərait yaradır. Hər gün masaj etməyi unutmayin.

Gözəllik və Moda     Baxılıb: 8100   Tarix: 02 iyul 2016
f Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Bu ilin məşhur makiyaj trendləri hansılar olacaq?

Makiyaj dünyası, hər il yeni trendlərlə zənginləşir və kosmetika sənayesi inkişaf etdikcə, istifadəçilər daha çox müxtəlif texnikalar və məhsullar ilə tanış olur. 2025-ci il üçün gözəllik dünyasında gözlənilən ən maraql

.

Bu yağdan istifadə etməklə saç və kirpiklərinizi uzada bilərsiniz

Əgər sizin saçlarınız zəif görünür, tökülür və parlaqlığını itiribsə o zaman aşğıdakıları diqqətlə oxuyun. Siz saçlarınızın itirilmiş sağlamlığını bərpa etmək üçün bahalı kosmetik vasitələrdən və kimyəvi dərmanlardan ço

.

Təbii gözəllik və onun qadın həyatına təsiri

Müasir dövrün inkişafı ilə birlikdə gözəllik anlayışları da sürətlə dəyişir. Texnologiyanın və media vasitələrinin təsiri altında, gözəllik standartları da daha çox süni tələblərə əsaslanmağa başlayıb. Lakin, son zamanla

.

Modada gözəllik anlayışları və dəyişən trendlər

Zaman keçdikcə gözəllik və moda anlayışları cəmiyyətin dəyərləri, texnologiya, həyat tərzi və sosial baxışlarla paralel şəkildə dəyişir. 2025-ci ilin avqust ayı etibarilə moda və gözəllik sahəsində müşahidə edilən trendlə

.

Baxımlı qadın görüntüsü yaradan 10 sadə detal

Baxımlı görünmək hər zaman bahalı geyimlər, çoxsaylı kosmetik vasitələr və ya hər gün gözəllik salonuna getmək demək deyil. Bəzən qadının ümumi görünüşünü dəyişən çox kiçik detallar olur. Təmiz və səliqəli saç, baxımlı əllər

.

Dairəvi üzlü xanımlar üçün ən yaxşı saç kəsimləri

Dairəvi üz üçün ən uyğun saç kəsimləri hər zaman qadınların ən çox maraqlandığı mövzulardan biridir. Güzgüyə baxarkən yanaqların daha dolğun görünməsi bir çoxuna tanış hissdir və çoxları üz formasını daha uzunsov və zəri

.

Birinə bənzəməyə çalışarkən bir-birimizə oxşadıq

20 aprel Dünya Birinə Bənzəmə günüdür. Qadınlardan danışmaq istəyirəm. Özünü bəyənməyib kiməsə oxşamağa çalışan qadınlardan. Birinə bənzəmək istəyərkən bir də baxdılar ki, bir-birinə bənzəyirlər. Nə üçün? Mən deyim, siz d

.

Saçdakı ağ tellərə qarşı ev üsulu maska

Saçlarda ağ tellər zamanla hər bir qadında meydana çıxır və onları dərhal gizlətmək istəyi yaranır. Lakin salonda tez-tez rənglənmə, bəli, gümüşü saçları gizlədir, amma saçların sağlamlığını korlayır: tellər quruyur, sını

.

"TikTok"un diktə etdiyi 5 makiyaj trendi

Artıq demək olar ki, hər bir xanım sosial şəbəkələrdən ilham mənbəyi kimi istifadə edir. Tətbiqlərə hər dəfə daxil olanda biz müxtəlif istedadlı və yaradıcı blogerlərin paylaşdığı videolara heyran qalırıq, həmçinin yeni makiya

turlar.az

hamiləlik yay geyimləri 2026 sac duzumleri süfrə bəzədilməsi dirnaq maskalari qadin sayti xiyar tutmasi kosmetika bayatı atalar sözü vətən novruz bayramına aid azerb clpaq qadinlari