Bunlar sizi keçəlləşdirir

Bunlar sizi keçəlləşdirirSaçlar insanın orqanizmində vacib rol oynamasa da, görkəminə təsir edir. Bir çoxları isə keçəllikdən əziyyət çəkir. Təkcə qadınların yox, kişilərin də əhvalı onların saç düzümündən hiss olunur. Əhvalının hər zaman xoş olmasını istəyirsənsə, saçlarına sahib çıx. Saçlar niyə tökülür?
Milli.Az Axşam.az-a istinadən keçəlliyə səbəb olan amilləri təqdim edir.
Almaniyanın Bonn Universitetinin alimləri kişilərin keçəlləşmə probleminə qarşı araşdırma aparıblar. Həkimlər dazlaşma problemi olan kişilərdən qan analizi götürüb, gen qruplarını müəyyən ediblər. İlkin səbəb androgen reseptorlarında, yəni X-xromosom qrupunda aşkarlanıb. Müəyyən olunub ki, başda androgen reseptoru nə qədər çox olarsa, saçların tökülmək təhlükəsi bir o qədər də çox olar.
Qeyd edək ki, 70-72% kişilərin keçəlləşməsinə səbəb anadan övladına, yəni ananın atasından nəvəsinə ötürülən gendir.
Siqaret saç tökür
Təkcə almanlar yox, çinlilər də bu problemlə maraqlanıb, incəliyinə kimi araşdırmaq qərarına gəliblər. Belə ki, Tayvanda kişilər başqa millətlərə nisbətən, daha çox tük itirməyə meyillidirlər. Tayvan hospitalında müxtəlif yaş həddində, 470 keçəl kişi arasında aparılan araşdırmada kişilərin siqaretə aludə olduqları ərəfə müəyyən olunub və saç tökülməsinə diaqnoz qoyulub. Beləcə, nikotin saç soğanaqlarında tük follikulasının qan dövranını dağıdıb, saçın ən sıx və görünən hissəsinə təsir edib, onu seyrəkləşdirir.
Hormonal aktivlik
İnsanın alın hissəsində yerləşən hormonların aktivliyi nəticəsində də saç tökülməsi ilə üzləşmək olar. Tük soğanaqlarında yerləşən reseptorlar hormon molekullarına təsir edir və nəticədə saç tökülür. Uzun müddət hormonal tərkibli dərmanlar qəbul etmək də hormonal pozğunluğa səbəb ola bilər. Antibiotiklər və digər kimyəvi maddələr zamanla orqanizmdə toplanıb, saçların uzanmasına mane olur. Yaşlandıqca tüklər uzanmağa macal tapmamış, tökülməyə başlayırlar.
Papaqsız gəzməyin!
Yay - qış deməyib, başını yuyub, jele sürtüb, darayıb, qızların xoşuna gəlməkdən ötrü qışın şaxtasında dona- dona küçəyə çıxırsan. Valideynlərinin "başına papaq qoy!" kimi iradları sənə təsir etmir. Düşünürsən ki, bu sözləri ancaq balaca uşaqlara demək lazımdır. Amma unutma ki, yayda və qışda papaqsız gəzmək zamanla keçəlləşməyə gətirib çıxarır. Çünki günəşin ultrabənövşəyi şüaları saçları yandırır, qışdasa şaxta saç soğanaqlarını dondurub, tük follikulasını dağıdır.
Gözəllik qurban tələb edir
Kəpəklə mübarizə aparmaq üçün "kəpək əleyhinə şampun"lar başın dermo qatında şəffaf mühafizə qatı yaradır. Bu da tüklərin nəfəs almasına mane olur. Nəticədə, soğanaqlar havasızlıqdan məhv olur. Saç üçün adi şampunları alarkən onların son istifadə tarixinə fikir verin. Vaxtı ötmüş şampunlar sizi zamanla keçəl
qoya bilər.
Xəstə saçlar
Əgər saçların səbəbsiz yerə tökülməyə başlayıbsa və yuxarıda sadalanan variantların heç biri sənə aid deyilsə, o zaman həkimə müraciət etmək məsləhətdir. Ya da bu xəbəri biz sənə çatdıraq: gözün aydın, saçların xəstələnib. Amma burada qorxulu heç nə yoxdur. Xəstəliyə qalib gəlmək üçün bu rasiona diqqət yetir:
Olar:
Yaşıl alma
Süd, duzsuz ağ və holland pendiri
Günəbaxan tumları
Tərəvəzlər
Qara çörək
Olmaz:
Xama
Yağlı və duzlu yeməklər
Un məmulatları, şirniyyat
Mürəbbə
Şokolad
Yeməklərə E vitamini əlavə etmək saçların sağalmasına kömək edər.
Saç tökülməsinin qarşısını almaq üçün yemək rasionunuza A vitamini bol olan qidalar daxil edin. A vitamini daha çox kökün, balığın, dəniz bitkilərinin, əriyin və inəyin qaraciyərinin tərkibində olur.
Milli.Az  /news.milli.az

Xəbərlər     Baxılıb: 1050   Tarix: 09 yanvar 2022
f Paylaş

Oxşar xəbərlər

.

Ətir istifadə edənlərə xəbərdarlıq

Ətirin dəriyə çəkilməsi xərçəngin yaranması riskini artırmır. -a istinadən xəbər verir ki, bu barədə rusiyalı onkoloq Basir Bammatov -ya müsahibəsində danışıb. Lakin o, ətirlərin allergik reaksiyalara və ya dəri qıcıqlanmasın

.

Günorta yatmazdan əvvəl qəhvə içmək niyə faydalıdır?

Günorta saatlarında yorğunluq hiss edən insanların əksəriyyəti özlərini gümrah hiss etmək üçün bir fincan qəhvə içirlər. Lakin mütəxəssislər qəhvənin təsirini artırmaq üçün maraqlı üsul təklif edirlər. . xəbər verir ki, qəhv

.

Saatlarla oturanların diqqətinə

"Uzun müddət oturaq vəziyyətdə qalmaq tromboz riskini ciddi şəkildə artırır. Bu təhlükə xüsusilə kiberidmançılar üçün aktualdır". -a istinadən xəbər verir ki, bunu -ya açıqlamasında rusiyalı professor Dmitri Berezovsk

.

Qəhvə sevənlər bunu mütləq oxusun

Kofeinin orqanizmə təsiri ilə bağlı yeni araşdırma aparılıb. London Kral Mariya Universitetinin alimləri müəyyən ediblər ki, kofein hüceyrələrin enerji çatışmazlığına cavab verən qədim mexanizmini aktivləşdirə bilər. Alimlə

.

Yuxuda nar görmək görün nələrə işarə edirmiş?! İNANILMAZ!

Yuxuda nar görmək qadın üçün ziyarət və mücevherata, kişi üçün də övlada, dövlət məmurları üçün terfie, zabitlər üçün əmrlərinin keçməsinə, kəndli üçün oktyabr bərəkətinə, tacir üçün çox quru, xalq üçün yaxşı bir idarəy

.

Bu giləmeyvələr hipertoniyanın yaranmasının qarşısını alır

Quşüzümü və mərcangilə hipertoniya və aterosklerozun yaranmasının qarşısını almağa kömək edir, eləcə də sidik yolu infeksiyalarına qarşı profilaktik vasitə kimi xidmət edir. -a istinadən xəbər verir ki, bu barədə rusiyal

.

Xərçəngə qarşı mübarizədə böyük ümid: Yeni peyvənd hazırlandı

"Merck" və "Moderna" şirkətlərinin birgə hazırladığı eksperimental peyvənd dəri xərçənginin təkrarlanması və ya ölüm riskini 42 faiz azaldıb. xəbər verir ki, "İntismeran autogene" adlanan peyvən

.

Yuxudan duran kimi bunu edin

Mütəxəssislərin fikrincə canlı və sağlam beyinə sahib olmaq üçün səhərlər müəyyən vərdişləri müntəzəm olaraq tətbiq etməlisiniz. axşam.az-a istinadən bildirir ki, yaşınızdan asılı olmayaraq, gündəlik vərdişləriniz beyninizi

.

Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları

Pandemiyada insanların immuniteti gücləndirən təbii məhsullara marağı da artdı. Bu qidalardan ən önəmlisi isə udi hindi bitkisidir. Udi hindinin faydaları saymaqla bitmir. Bəs udi hindi bitkisi nədir?. xəbər verir ki, ə

turlar.az

geymler 2026 toy gecesi toy makiyaji sekilleri şirniyyatların hazırlanması alimlər qonaq otaqi dizayni sarımsaq kosmetika uzeyir hacibeyli banan novruz bayramı burclerin uyumu hakista sozler