Bunlara diqqət etməsəniz üzünüz tez qırışacaq

Bunlara diqqət etməsəniz üzünüz tez qırışacaqÜzümüzdə yaranan qırışlar hər birimizi çox narahat edir. Ona görə də onları aradan qaldırmaq üçün müxtəlif yollara üz tuturuq. Bunun üçünsə büdcəmizdən vəsait ayırmağımız lazım gəlir. Amma nəzərə almaq lazımdır ki, hər şeydən əvvəl qırışların artma səbəbini öyrənmək önəmli amildir.

Qırışlar hansı amillər nəticəsində yaranır?

Günəş faktoru

Qırışların tez yaranmasının əsas səbəbi ultrabənövşəyi şüalardır. Ozon təbəqəsinin incəlməsi nəticəsində UVA və UVB şüalarla yanaşı UVC şüaları da Yer kürəsinə intensiv çatır. Bu şüalar nəinki dəridə qırışlara səbəb olur, hətta dəri xərçənginin yaranmasında birinci risk faktorudur. Bunu nəzərə alaraq Günəşdən qoruyucu SPF faktorlu kremlərin istifadəsi çox vacibdir. İstər Günəşin altında, istərsə də solariumda qaralmış dərini çox bəyənsəniz də dərinizin qocaldığını unutmayın.

Stress

Stress keçirildiyi zaman əzələlərin dartılması dəridə cizgilərin yaranmasına səbəb olur. Üzücü üz ifadəsi qırışların dərinləşməsinə şərait yaradır. Ona görə də çalışın stressdən uzaq durun.

Siqaret

Zərərli vərdişlərdən biri olan siqaret təkcə sağlamlığımıza mənfi təsir göstərmir, həm də gözəlliyimizi əlimizdən alır. Siqaret çəkənlərin dərisi daha tez qırışır və solğunlaşır.

Yuxu rejimi

Üzü üstə yatmaq da qırışların yaranmasını sürətləndirir. Uzun zaman eyni pozada qalan dəri nəfəs almır və üzdə xətlərin əmələ gəlməsi dərinin qırışmasına gətirib çıxarır.

Qidalanma

Qırışların əmələ gəlməsində qidalanmanın da rolu var. A, C, D və E vitaminlər, selen, dəmir və sink tərkibli antioksidantlar dərini gücləndirir. Meyvə və tərəvəzləri mövsümə uyğun seçmək və gün ərzində yetərincə maye (ən az 2,5 litr su) qəbul etmək dəri sağlamlığı üçün çox vacibdir.

Yanlış kosmetika seçmək

Hər kəs öz dərisini tanımalıdır. Kosmetik vasitələri seçəndə yaşı və dəri tipimizi nəzərə almalıyıq. Kosmetika seçərkən dərini nəmləndirən, kollageni bərpa edən məhsullar olmasına diqqət etmək lazımdır.

Tez-tez arıqlayıb-kökəlmənin də qırışların yaranmasında rolu böyükdür. Xüsusilə 30 yaşdan sonra tez-tez arıqlayıb-kökəlmə dərinin boşalmasına, sallanmasına gətirib çıxarır. Bunun qarşısını almaq üçün pəhrizə oturan xanımlar mütləq antisellülit əleyhinə masaj etdirtməlidirlər...

Lalə Cahangirova – Dermatoloq, uzman həkim

e-tibb.az

Gözəllik və Moda     Baxılıb: 2425   Tarix: 26 aprel 2019
f Paylaş

Oxşar xəbərlər

.

Saçınız nazikdirsə, heç vaxt belə kəsdirməyin

Hansı saç düzümləri incə saçları daha az həcmli göstərir: niyə stilistlər gündəlik görünüşlərdə bu formalardan çəkinməyi məsləhət görürlər. Beləliklə, bu modelləri təqdim edirik:. İncə saçlar üçün hansı saç kəsimləri uyğu

.

"TikTok"un diktə etdiyi 5 makiyaj trendi

Artıq demək olar ki, hər bir xanım sosial şəbəkələrdən ilham mənbəyi kimi istifadə edir. Tətbiqlərə hər dəfə daxil olanda biz müxtəlif istedadlı və yaradıcı blogerlərin paylaşdığı videolara heyran qalırıq, həmçinin yeni makiya

.

Birinə bənzəməyə çalışarkən bir-birimizə oxşadıq

20 aprel Dünya Birinə Bənzəmə günüdür. Qadınlardan danışmaq istəyirəm. Özünü bəyənməyib kiməsə oxşamağa çalışan qadınlardan. Birinə bənzəmək istəyərkən bir də baxdılar ki, bir-birinə bənzəyirlər. Nə üçün? Mən deyim, siz d

.

Bu yağdan istifadə etməklə saç və kirpiklərinizi uzada bilərsiniz

Əgər sizin saçlarınız zəif görünür, tökülür və parlaqlığını itiribsə o zaman aşğıdakıları diqqətlə oxuyun. Siz saçlarınızın itirilmiş sağlamlığını bərpa etmək üçün bahalı kosmetik vasitələrdən və kimyəvi dərmanlardan ço

.

XIX əsrdə qadınların gözəllik üçün istifadə etdiyi təhlükəli üsullar

XIX əsrdə qadınlar gözəl görünmək üçün müxtəlif üsullardan istifadə edirdilər, lakin həmin dövrdə kosmetikanın tərkibi bu günlə müqayisədə xeyli təhlükəli idi. Elmi biliklərin kifayət qədər inkişaf etməməsi səbəbindən bi

.

50 yaşdan yuxarı qadınlara yaraşmayan saç kəsimləri

Uğursuz saç kəsimi ən düşünülmüş obrazı belə poza bilər. Yetkin yaşda çox qısa, ağır və həcmiz (yəni yastı) saç modellərindən uzaq durmaq tövsiyə olunur. Əvəzində düzgün seçilmiş saç düzümü təbii gözəlliyi vurğulayır və insanı

.

Baxımlı qadın görüntüsü yaradan 10 sadə detal

Baxımlı görünmək hər zaman bahalı geyimlər, çoxsaylı kosmetik vasitələr və ya hər gün gözəllik salonuna getmək demək deyil. Bəzən qadının ümumi görünüşünü dəyişən çox kiçik detallar olur. Təmiz və səliqəli saç, baxımlı əllər

.

40 yaşından sonra necə düzgün makiyaj etmək olar?

Zamanla dərimiz dəyişir, parlaqlığını itirir və göz ətrafında incə qırışlar görünməyə başlayır. Mütəxəssislər 40 yaşdan yuxarı qadınların təravətli və gənc görünüşünü necə qoruya biləcəyinin sirlərini bölüşüblər. Parıltısı

.

Duru gözəllikdən ifrat çirkinliyə: norma nədir?

Son illərdə qadınların ən çox seçdiyi estetik əməliyyatlardan biri olan ombaböyütmə estetikası ilə bağlı çox müzakirələr aparılır. Səbəbi də sadədir – qəribə bədən quruluşuna malik, sinəsi irəli, arxası geri, əyri görünüşl

turlar.az

geyim necə seçməli həkim məsləhəti kosmetoloq ana və uşaq şir bürcü atalar sozu veten haqqinda qış geyimləri kosmetika bahar webnem tovuzlu vusale elizade olumu yutube