Bunu bilənlər dəhşət içində: Görün insan hansı səbəbdən əsnəyirmiş

Bunu bilənlər dəhşət içində: Görün insan hansı səbəbdən əsnəyirmişBunu oxuyarkən siz əsnəyə bilərsiniz, çünki əsnəmək yoluxucudur. Bunun səbəbinə cavab tapmaq üçün tədqiqatçılar beynimizdə nə baş verdiyinə baxıblar.
Britaniyanın Nottingham Universitetindən bir qrup alim bu prosesin beynin motor funksiyasından məsul olan hissəsində baş verdiyini aşkar edib.
İlkin motor korteksi Turetta sindromu kimi bir çox hallarda əsas rol oynayır.
Beləliklə, alimlər yoluxucu əsnəmək anlayışının bu pozulmaları başa düşməyə kömək edəcəyini söyləyirlər.
Yoluxucu əsnəmək ekofenomen-nin ümumi formasıdır- başqasının söz və ya hərəkətlərinin avtomatik təqlid edilməsidir.
Ekofenomen Turetta sindromunda olduğu kimi, epilepsiya və autizm də daxil olmaqla, digər hallarda da müşahidə olunur. Fenomen halında beyində nə baş verdiyini izləmək üçün alimlər 36 könüllünü başqalarının əsnəməyinə baxarkən izləyiblər.
"Həssaslıq"
Current Biology jurnalında dərc olunmuş tədqiqatda bəziləri əsnəməyin gözəl olduğunu, bəziləri isə bu istəyi boğduqlarını deyiblər.
Əsnəməyi boğmaq hər insanın motor korteksinin necə işlədiyini və onun həssalığını göstərir.
Xarici transkranial maqnit stimulyasiyasından (TMS) istifadə edərək, motor korteksində həssaslığı artırmaq mümkündür belə ki, insanların əsnəməyə meyli də artır.

Tədqiqatçılar transkranial maqnit stimulyasiyasından tədqiqatda istifadə ediblər.
Tədqiqatda işləyən koqnitiv neyropsixoloji professor Georgina Jackson tapıntının daha geniş şəkildə istifadə olunacağını söyləyib.
"Turetta sindromunda əgər biz həyəcanlılığı azalda bilsək, tikləri(əzələ, baş, çiyinlərin və s qeyri-ixtiyari şəkildə atması) də azalda bilərik, buna görə də, onun üzərində işləyirik".
Araşdırmada iştirak edən bir başqa professor Stephen Jackson "Əgər biz kortik həyəcan verən dəyişikliklərin neyron pozğunluqlara necə səbəb olduğunu tapa bilsək, biz onları potensial olaraq, tərsinə çevirə bilərik"- söyləyib.
"Biz beyin şəbəkələrində tarazsızlığı modulyasiyasında təsirli ola biləcək TMS-dən istifadə edərək, potensial dərmansız, fərdi müalicə üsulları axtarırıq"- o əlavə edib.
Empati və əsnəmək arasında əlaqəni tədqiq edən, Albany-dəki Nyu-York Dövlət Universitetinin psixoloq həkimi Andrew Gallup deyir ki, TMS-dən istifadə olunması yoluxucu əsnəməyin tədqiqində yeni bir yanaşma olub.
O əlavə edib ki, bizim hələ də niyə əsnədiyimiz ilə bağlı nisbətən daha az məlumatımız var.
Müxtəlif tədqiqatlar yoluxucu əsnəmə və empati arasındakı əlaqəni irəli sürür, lakin bu əlaqəni dəstəkləyən tədqiqatların nəticələri qarışıq və ziddiyətlidir.
Yeni tapıntılar yoluxucu əsnəmənin empati ilə əlaqəsi olmadığına dair daha çox sübutlar təqdim edir.

Mənbə: BBC Azərbaycan

Sağlamlıq     Baxılıb: 2165   Tarix: 04 sentyabr 2017
f Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Vaginizm nədir və kişilərdə ilk gecə qorxusu - ARAŞDIRMA

Cəmiyyətimizdə "ilk gecə" adlanan ilk vaginal əlaqə hər bir cütlük üçün çox vacibdir. Qızlıq pərdəsi ilə bağlı mənalar və ilk gecə ilə bağlı yanlış təsəvvürlər bir çox narahatlıqlara səbəb olduğu üçün ümumiyyətl

.

Qarazirə hər dərdin çarəsi olan bitki

Ölümdən başqa hər dərdin çarəsi sayılan çörək otu toxumu və qara zirə son 10 ildə daha çox məşhur olmuşdur. Məşhurluğun səbəbi isə hər kəsin real şəkildə faydalana bilməsidir. Çprkotu toxumu və yağını kimlər istifadə ed

.

Siqareti tərgitməyə kömək edən bitki

Siqaret cəkməyə insanı sovq edən nikotindir. Nikotin insanı siqaretdən asılı eden kimyəvi maddədir. Məhz bu asılılığa görə siqareti tərgitmək bir çox hallarda çox çətin olur. Bəzi bitkilər bu işdə kömək edə bilər. Belə bitkilərdə

.

Dəri niyə qaşınır? 15 ƏN YAYILMIŞ SƏBƏB

Dərinin qaşınması bir çox xəstəliklərin və pozulmaların əlaməti ola bilər. Bəzən bu simptom çox ciddi xəstəliyin ilk simptomu kimi meydana çıxır. Bu səbəbdən əgər sizi "səbəbsiz" qaşınma narahat edirsə, mütləq həkim

.

Səhər günəşinin depressiyada olan qadınlara faydası

Habertürk saytının məlumatına görə, Ankara Universitesi Tibb Fakültəsi Psixi Sağlamlıq və Xəstəlikləri Fundamental Elm sahəsi üzrə tədris üzvü, prof. dr. Oğuz Erkan Berksun mövsümi keçid dövrlərində biloji saatın pozulmas

.

İntimdən sonra qadınların sevmədiyi şey - Kişilər niyə yatmaq istəyir?

Orqazmdan sonra dincəlmək istəyi yaradan hormonlardan biri də sevgi hormonu adlanan oksitosin hormonudur. Cinsi əlaqə zamanı artan bu hormon orqazmı tətikləyir. Həm kişilər, həm də qadınlar tərəfindən ifraz olunan oksitosi

.

Cinsi zəifliyi aradan qaldıran möcüzəvi QARIŞIQ

Son dövrlər stres, əsəb və digər səbəblər kişilərdə cavan yaşlardan cinsi zəifliyi və impotensiyaya səbəb olur. Ölkə.az bildirir ki, bu yaxınlarda alimlər cinsi zəifliyi aradan qaldıran maraqlı qarışıq barədə məlumat yayıblar

.

Kişilər bu süddən içsə qadınlar məmnun qalır - Cinsi gücünü artıran vasitə

Badam hələ qədim zamanlardan kişilərdə cinsi gücünü artıran vasitə kimi tanınır. Badamın tərkibində olan nadir arginin aminturşusu təbii potensiya stimullaşdırıcısıdır. Həmçinin badam testosteronun ifrazını artıran maqneziu

.

Dırnaq boyası xanımlarda hansı xəstəliyi yaradır?

Hər bir qadın əllərinin gözəl və səliqəli görünməsini arzu edir. Dırnaqlar isə boyanmış olduqda təbii ki, çox gözəl görsənir. Məhz bu səbəbdən, müasir dövrdə bir çox xanımların istifadə etdiyi dırnaq boyalarının müxtəli

turlar.az

makiyaj instagram reseptler yemek reseptleri sarmisaqin faydasi hakışta xınayaxdı dostluq haqqında atalar sözləri laylalar kosmetika veten haqqinda bayati porno hakisdalar şirin qoğal sirniyatlar