Bürclər Mart ayı üçün nə deyir?
Qoç - Qoç bürcünün idarəçisi olan Mars Mart ayının 1dən geri getməyə başlayacaq. Bu təbiətə zidd hərəkət (20 May 2014ə qədər davam edəcək) qarışıq vəziyyətlərə, gözlənilməz hadisələrə gətirib çıxaracaq və vəziyyət birdən inkişaf edəcək. Marsın geri getməyinin başqa bir təsiri, Qoç bürcünün əlaqələr evində özünü göstərəcək və sizdə keçmişə yönəlmə meyli meydana gələ bilər: köhnə bir əlaqə ön plana keçə bilər və ya təhlil edilməmiş problemlər özbaşına həll edilə bilər və yenidən danışıla bilər. Mars ehtiras deməkdir, hətta münaqişəli xarakterə sahib bir planetdir. Sevgi-nifrət, qısqanclıq, rəqiblik kimi duyğuların inkişafı onun xarakteristikasını göstərir. Bir neçə sözlə söyləyə bilərik ki, 2014 ilinin Mart ayında Mars sizin əlaqələrinizin enerjisinə doğru fokuslanacaq və onların nə qədər güclü olub olmadığını test edəcəkdir. Bunun sizə yeni bir eşq gətirməyəcəyini söyləyə bilmərik. Qoç bürcünün iş evinin hamisi olan Merkuri Mart ayına başlamadan bir neçə saat əvvəl öz normal hərəkətinə geri dönəcək və səhv başa düşülmələr aydınlanacaq, hər şey normala dönəcək. Sizin inkişaflarınıza yoldaşlarınız və sizi dəstəkləyənlər cəsarət verəcəklər və onlar bərabərində məşhurluq gətirəcək. 2014-cü ilin Mart ayında proyektlərə qatılma baxımından üstünlük əldə edəcəksiniz və bununla əlaqəli hərəkətlilik olacaq və siz maraq sahənizi, istək və arzularınızı paylaşa biləcəyiniz insanlarla bir araya gələcəksiniz. Yenə də elə düşünməyin ki, hər kəs sizi sevir! Marsın Qoç bürcünün əlaqə evində geri getməsi köhnə düşmənlikləri ön plana keçirəcək və dostluqlar, iş əlaqələri hücuma məruz qalacaq və qarşıdurmalar yaşanacaq. Sizin xəyanət və böhtana da məruz qalmayacağınız deyilə bilməz. Qazanclar 2014-cü ilin Mart ayında lazım olduğu qədər olacaq, lakin maliyyə müəssisələrinə gəlincə diqqətli olun! Çöldə hər şey yaxşıya doğru gedirmiş kimi görünür, lakin heç kim sizin təhlükədə olmadığınızı söyləyə bilməz. Stress Mart ayında Qoç bürcünün ən pis düşmənlərindən biri olacaq, tədbirsizlik və ifrata meyl sizi istənməyən vəziyyətlərlə qarşı-qarşıya qoyacaq. Qəza, hadisə riskiniz artacaq və xəstəliklərə məruz qalma riskiniz isə ayın ikinci yarısı çoxalacaq.
Buğa - Saturn planetinin Buğa bürcünün evlilik evindəki məhdudlaşdırıcı mövqeyi azmış kimi, Buğa bürcünün evlilik evinin hamisi olan Mars Martın 1dən Mayın 20inə qədər geri getməyə başlayacaq. Geri getmə təbii olmayacaq və anormal vəziyyətlər, düyünlər və başqa narahatlıqları özü ilə gətirəcək. Sizin bütün bu problemlərin öhdəsindən gəlməniz üçün çox yaxşı əhvalınız və çox güclü əlaqəniz olmalıdır. Bunlara sahib olsanız belə 2014-cü ilin Mart ayında hələ də problemlərlə qarşılaşa bilərsiniz. Sizə yaxın olan birinin tibbi və ya professional problemləri harmoniyanızı pozacaq və əgər çöldən gələn bir sıra xoş olmayan və ağır ittihamlarla qarşılaşmaq məcburiyyətində qalsanız, bu da sizin əhvalınızı poza bilər. Yaxşı ki Buğa bürcü şanslı və güclü bürcdür, beləcə siz bütün bunların öhdəsindən gələ bilərsiniz. Hərəkətlilik, başlanğıclar və hətta stress planeti olan Mars Martın 1də Buğa bürcünün iş evində geri getməyə başlayacaq. Təsirlər müsbət olmayacaq. Düyünlərlə, enerji və motivasiya əskikliyi və ya işlərdə əlaqə əskikliyi ilə qarşılaşa bilər, nizamsızlıq və davamlı hərəkətlilik, böhran vəziyyətləri, iş yoldaşlarınızla əlaqələrinizdə razılaşa bilməmə, rəqabət və ya başqa əskikliklər, iş qəzaları və ya başqa stressli vəziyyətlər meydana gələ bilər. Qısacası əlaqələriniz normal parametrlər içərisində inkişaf etməyəcək və sizə müvəffəqiyyətə çatmaq üçün intizam və plan lazım olacaq. Bütün başağrıdıcı hadisələrə baxmayaraq Mart 2014 promosiya və müvəffəqiyyət üçün fürsətlərin doğulduğu ay olacaq. Maliyyə baxımından vəziyyətiniz çox yaxşı olacaq, lakin Mart ayının ikinci yarısı siz çalışıb hisslərinizə nəzarət etməli və mülayimliyinizi qorumalısınız. Buğa bürcünün sağlamlığı Mart ayında yaxşı olmayacaq. Geri gedən Mars köhnə xəstəlikləri geri gətirəcək və asanca yeni xəstəliklərə tutulma riskiniz artacaq. Mars qəzalar, əzələ problemləri, yoluxucu, kəskin xəstəliklər, yanıqlar və qan xəstəliklərini də özü ilə gətirəcək.
Əkizlər - Eşq və evlilik planeti olan Venera 4 aylıq kölgəli bir mövqedən sonra, sonunda doğru düzgün mövqedə irəliləyəcək. Əkizlər bürcünün əlaqələr evinin idarəçisi olan Yupiter, Veneradan yaxşı dəstək alır. Və əkizlər bürcünün "Müdiri" olan Merkuri Mart ayının birinci dövrü Veneraya yaxın mövqedə olacaq və ayın ikinci dövrü o Yupiterə kömək əlini uzadacaq. Hər şeylə əlaqə qura biləcək və nəticəyə vara biləcək qədər ağıllı olmanız lazım deyil. Mart ayında sizin əlaqələriniz yaxşı inkişaf edəcək. Dayanın! Bu dayanıqlı və bütün çətinliklərə sinə gərmiş əlaqələr üçün etibarlıdır. Yarımçıq eşq hekayələri, romantik, ehtiraslı hisslər və eşq macəraları dramatik bir şəkil alacaq, problemlərə gətirib çıxaracaq və narahatlıq verəcək. Mart ayında Əkizlər bürcünün cinsi yönü sürət qazanacaq, cinsi yolla bulaşan xəstəlikləri göz ardı etmək olmaz. Ciddi iş təkrarlarına tabe olacaqsınız və xeyli çətin işlərə məruz qalacaqsınız, lakin bu sizi xeyli məmnun edəcək. Əkizlər bürcünün iş evində yerini alan Saturn sizdən səy, israr və mükəmməllik tələb edəcək. Yaxşı ki, Saturnla birlikdə, 'Böyük köməksevər', genişləmə və vədləri yerinə yetirmə planeti olan Yupiter də Əkizlər bürcünün pul evindədir. Siz artıq səylərinizin məhsulunu yığa bilərsiniz. Bu son deyil, 2014-cü ilin Mart ayında Saturn da müvəffəqiyyət və yüksəliş vəd edən və bu bürcün karier evində yerləşən Günəşlə yaxşı əlaqələr içində olacaq. Başqa bir deyişlə siz pulla bərabər şöhrət də qazanacaqsınız. Əgər Əkizlər bürcünün idarəçisi olan Merkurinin Fevral ayının sonunda irəli getməyə başlamasını da bura əlavə etsək, bu Əkizlər bürcünün zodiakın ən üst mövqesində olduğunu göstərir və sizin üçün Mart ayı ən gəlirli aylardan biri olacaq. Nə qədər məşğul olmanız problem deyil, lakin sağlamlığınıza diqqət yetirməlisiniz! Fəaliyyətlərinizi elə təşkil edin ki, istirahət etməyə zamanınız olsun. Mart ayında əlverişsiz vəziyyətlərdən - soyuq, rütubət, faydasız işıq, yüksək desibelli səsdən uzaq dayanmanız tövsiyə olunur, bütün bunlar stressə gətirib çıxara bilər.
Yengəc - 5 Mart 2014də Venera Yengəc bürcünün evlilik evində 4 ay qaldıqdan sonra oranı tərk edəcək, o hər bürcdə aşağı yuxarı 4 həftə keçirir. Veneranın Yengəc bürcünün evlilik evində bu qədər uzun qalmasının məqsədi var. Böyük ehtimalla məqsəd sizin diqqətinizi daha yaxından maraqlanılması lazım olan əlaqənin bəzi ölçülərinə yönəldəcək. Veneranın Yengəc bürcünün evlilik evində bu qədər çox qalmasının məqsədi sizə dözümlü ola bilmə dərsi vermək istəməsi də ola bilər və hisslərinizi necə ifadə və qəbul etməyi sizə öyrədəcək. Və ya bu planet sizi, sizin tərəfinizdən o insandan gözləmələrinizin nə olduğundan və ya başqa bir şeydən xəbərdar edəcək. Əsas olaraq siz Noyabr ayından indiyə qədər inkişaf edən hadisələrin iç üzünü anlayacaqsınız və bu da Veneranın mesajıdır. İrəlilədikcə hadisələr bir azcıq açılacaq, işıqlanacaq. Əgər açılmasa Venera sizi yeni bir eşq üçün hazır vəziyyətə gətirəcək. Veneranın Oğlaq bürcündən fövqəladə dərəcədə üzün müddətli keçişi, tək romantik deyil professional əlaqələri də əhatə sahəsinə almaqla, bir sıra uzaqlaşmalarla: yoldaşlıq, əlaqələr, müştərilər və s. sona çata bilər. Bunun Yengəcin maliyyə məsələlərinə bu və ya başqa yolla təsir etməyəcəyi gözlənilə bilməz. Bəzi maddi inkişaflar olacaq ki, bu mövzuda Yengəc bürcünün evlilik evinin idarəçisi olan Günəşin harmoniya içində olan mövqeyi əsas rol oynayacaqdır. Müvəffəqiyyətə gəldikdə isə Mart 2014də o çox da uzaq olmayacaq. İsrar edəcəksiniz və keçən aydan daha istəkli, həvəsli olduğunuz bəzi addımları atacaqsınız. Ən maraqlı hadisələr işlə, təhsillə, rəsmi işlərlə, qısa səyahətlərlə, uzaq məsafəli səyahətlərlə bağlı olacaq. Mədəni fəaliyyətlər üçün cəsarət qazanacaqsınız. Bəzi narahatlıqlarınız olsa belə, Mart ayında siz sağlamlıq baxımından problem yaşamayacaqsınız. Ümumiyyətlə yaxşı olacaqsınız lakin çox yüklənməyin, bədəninizin tarazlıq əskikliyinə səbəb olacaq riskli işlər görməyin. Etməniz lazım olan şey, lazım olduğu zaman idman və diyetə başlamaq, çünki siz Mart ayında asanlıqla kilo ala bilərsiniz.
Aslan - Uzun müddətli gözləmədən sonra, sonunda Venera Aslan bürcünün iş evini tərk edərək bu bürcün evlilik evinə girir. Bu yaxşı xəbərdir, çünki Venera xoşbəxt yazın başlaması üçün harmoniya, təsir və cazibə gətirəcək. Üstəlik Fevral ayının sonunda Merkuri irəli hərəkət etməyə başlayacaq və hələ də Aslan bürcünün evlilik evində olacaq. Mart ayında əlaqə yenidən işıqlanacaq, yaxşı və aydın olacaq. İlk təəssüratları və fikirləri paylaşmaq, mövzuları müzakirə etmək üçün, eşqbazlıq, məktublaşmaq və romantiklik baxımından ayın birinci dövrü xüsusilə uyğun olacaq. Bu ay əylənmək, ictimailəşmək və sizin üçün bir şeylər ifadə edən insanlarla tanış olmaq üçün mükəmməl bir aydır. 5 Martda Venera 4 aylıq bir müddətdən sonra Aslan bürcünün iş evini tərk edəcək və bunun da yoldaşlarla əlaqələr baxımından rahat iş mühiti, qabiliyyət və yaradıcılığınızı göstərmək baxımından çox böyük bir əhəmiyyəti olacaq. Venera sizə fürsət və xeyriyyəçilik, mərhəmət bəxş edəcək, lakin bu planet səyi sevmir. Venera olmayanda işlər köhnə gözəlliyini itirəcək daha quru və tələblərlə dolub daşacaq lakin professional və dinamik olacaq. Müvəffəqiyyətə səylə çatacaqsınız lakin yaxşı iş əlaqələri, iş yoldaşlıqları və dostluqlar da bu işdə əsas rol oynayacaq. Mart ayı kontraktlar baxımından gəlirli ay olacaq və Aslan bürcü insanlarına yeni müvəffəqiyyətlər və ya komanda proyektləri gətirəcək. Maliyyə baxımdan əlavə gəlir təmin edə biləcəksiniz və keçən həftələrdə xeyli qarışıq olan işlər işıqlanacaq. Aslanın canlılığı, həyat sevərliyi Martın ilk 20 günlüyündə gözləmələri qarşılamayacaq, mənəvi rahatlıq da olmayacaq. Əgər sizin hər hansı bir praktik əskikliyiniz olmazsa, çox ciddi sağlamlıq problemləriniz ortaya çıxmayacaqdır. Hər halda özünüzə diqqət yetirməniz lazım olacaq və əgər hər hansı bir xəstəliklə boğuşursunuzsa reseptə uyğun müalicə görməniz lazım gələcək.
Qız - Günəş Qız bürcünün evlilik evindən keçir, bu səbəblə Mart 2014 romantik baxımdan əhəmiyyətli bir ay olmalıdır. Bu dövr inkişaf edən hadisələr evlilik həyatının sizin üçün nə qədər əhəmiyyətli olduğunu, ictimai olduğunuzu və özünüz üçün nə qədər uyğun bir yoldaş seçdiyinizi göstərəcək. Digər tərəfdən yanınızda olan o adam sizin üçün fərqli biridir, müvəffəqiyyət və iş birliyində sizə kömək olur. Əgər bir əlaqəniz yoxdursa Mart ayında onun üçün çox darıxacaqsınız, lakin yenə də yeni bir əlaqəyə başlaya bilmək üçün fürsətiniz çoxalacaq. Üstəlik Mart ayında Merkuri ikinci dəfə Qız bürcünün evlilik evinə girəcək (o birinci dəfə Fevral ayının birinci dövrü bunu etməyi sınadı). Bu israr bəzi köhnə problemləri analiz edərək həll etmək mənasına gəlməkdədir. Professional baxımdan Mart 2014 başqaları ilə interaktiv münasibətləriniz ilə xatırlanacaq: iş yoldaşlarınız, əmriniz altında olan insanlar, məsləhətçilər, rəqiblər və s. Bu elə bir dövr olacaq ki, siz az qalsın hər şeyi başqaları ilə birlikdə edəcəksiniz və onlar sizi motivasiya edəcəklər. Meydan oxumalar ön planda olacaq, lakin sizin onların öhdəsindən gələ bilmək üçün lazım olduğu qədər gücünüz var. Məsuliyyətdən doğan problemlər Qız bürcünün iş sahəsində görüləcək: kim, nə, nə vaxt və necə iş görməlidir. Birinci dəfə deyil ki, belə bir problem yaşanır, lakin problemin işıqlanacağı dövr bu aydır. Yazma və danışma (ümumiyyətlə əlaqə), intellektual və artistik fəaliyyətiniz artacaq. Maliyyə baxımdan sizin bu dövrdə çox diqqətli olmanız gərəksə belə, (çünki hər şey fərqli inkişaf edə bilər, qarışıqlıq, gözlənilməz hadisələr ola bilər), 1 Mart və 20 May aralığında Mars Qız bürcünün pul evində geri gedəcək. Hətta siz mükəmməl görünüşə də sahib olmayacaqsınız, bədəniniz sabit balanslı olacaq, beləliklə narahat olmanız lazım gəlməyəcək. Yenə də Mart tibbi baxımdan Qız bürcünün insanlarının içində xüsusi bir maraq yaradacaq. Bu ay köhnə problemlər həll ediləcək, həllər tapılacaq və çarələr təqdim ediləcək. Bu ay həm də bədən baxımı, sağlamlığa uyğunluq və gözəllik üçün yaxşı bir aydır.
Tərəzi - Mars Dekabr 2013də Tərəzi bürcünə girdi və İyul 2014ə qədər orada qalacaq. Bu əlaqələr baxımından əhəmiyyətli bir dövr olacaq, çünki Mars qismən Tərəzi bürcünün əlaqələr evinin idarəçisidir. 2014-cü ilin Mart ayında Xüsusi bir şey reallaşacaq: Mars geri getməyə başlayacaq və düyünlər, gərginlik, bəzi şeylərin inkişafında gözlənilməz dəyişikliklər, keçmişdəki bəzi səhv razılaşmalar, köhnə sevgilərin oyanışı filan və s. Geri getmə təbii bir şey deyil, bunun üçün də Marsın geri getməsi Tərəzi bürcünün insanları üçün bütün anormallıqları təmin edəcək. İndi doğulan eşqlər uzun sürməyəcək və çox pis bir şəkildə sona çatacaq. Evlilik kimi əhəmiyyətli qərarlar qəbul etmək uyğun deyil. 20 Maya qədər gözləsəniz yaxşı olar, çünki Mars bu tarixdən etibarən irəli getməyə başlayacaq. Hələlik kiçik şeylərdən zövq alın və hadisələrə qarışmayın. Marsın Tərəzi bürcündə geri getməsi sizin iş xəritənizi dəyişə bilər və sizin professional həyatınıza təsir edə bilər! Hər zamankından fərqli bir şeylər olacaq: bir sıra tənbəllik, motivasiyanızın azalması və ya əksinə, arzularınızın çoxalması, təcavüzkar hərəkətlər görülə bilər. Enerjinizə və hərəkətlərinizə necə nəzarət edəcəyiniz, cəsarət və riskin öhdəsindən necə gələcəyiniz haqqında diqqətlə düşünsəniz yaxşı olar. Bu dövr yeni proyektlərə başlamaq tövsiyə olunmur, amma bəzi köhnə proyektlərlə məşğul olmaq gəlirli ola bilər. Mövqenizdən istifadə edərək işlərinizi yenidən təşkil etmək üçün, inkişafınıza təsir edən bəzi şeyləri təşkil edə bilərsiniz. Bir azcıq diqqət yetirsəniz müvəffəqiyyətli ola bilərsiniz. Tərəzi bürcünün qazancı 2014 ilinin Mart ayında lazım olduğu qədər olacaq, amma puldan diqqətlə istifadə edin. Marsın geri getmə hərəkəti Tərəzi bürcünə enerji coşqunluğu gətirəcək və bu sağlamlıq üçün risk yarada bilər. Tərəzilər üçün ən təhlükəsiz həll sakit həyat sürmək və təhlükədən uzaq olmaqdır. Mineral, vitaminlərlə zəngin olan balanslı diyet, qəhvə, spirt və başqa təsirli içkilərdən uzaq fiziki fəaliyyətlər yaxşı gələ bilər.
Əqrəb - Mühit bir azcıq durulacaq, hava daha fərah olacaq. 4 ay Oğlaq bürcündə qalan eşq planeti və Əqrəb bürcünün evlilik evinin idarəçisi olan Venera Dolça bürcünə girir. Dolça bürcündə olan Venera sizə daha orijinal sevgi və evlilik həyatı haqqında daha uyğunsuz fikirlər verəcək; o müstəqilliyi sevir, xüsusi yerlərə ehtiyac duyar və yeni şeyləri təcrübədən keçirməkdən qorxmaz. Digər tərəfdən Günəş Əqrəb bürcünün erotik və macəra evindən keçəcək, əgər siz belə şeylərə açıqsınızsa, bu səbəblə o sizə eşq hekayəsi yaşadacaq. Səyahət edərkən və uzaqdan biri ilə əlaqəni bura qatmaq olmaz. Əgər sizin artıq sabit bir əlaqəniz vardırsa, o zaman bu sizin sevgilinizin sizə olan münasibətində yaxşıya doğru bir yüksəliş, həyat dolu olması və yeni bir şeyləri təcrübədən keçirməsi mənasını verməkdədir. Mart 2014 Əqrəb bürcünün yaradıcılığına və qabiliyyətinə işıq tutacaq. Üstəlik həvəsləndirmə fəaliyyətləri üçün uyğun bir zamandır. Əgər imicinizi gücləndirmək istəyirsinizsə, hər hansı bir mövzuda münasibətinizi bildirin, kitabınızı, məhsulunuzu, fikirlərinizi insanlara təqdim edin, o zaman artıq zaman xərcləməyin və bunların arxasından getməyin! Hazırlıqlı olun, doğru yerdə doğru zamanda olmaq lazımdır, beləcə fürsətlərdən faydalana bilərsiniz. Xarici ölkələr və insanlar, uzaqdan iş yoldaşlıqları və iş səyahətləri gəlirli olacaq, amma torpaq, həyat sahəniz ilə bağlı başlanğıclar etsəniz sizin üçün daha yaxşı olacaq. Əqrəb bürcü Mart ayında bahalı hobbilərlə məşğul olmasa və təhrik edici şeylərə uymasa, pul ilə əlaqədar heç bir problemi olmayacaq. Siz hətta köhnə problemləri də həll edəcəksiniz və pul və ya torpaq sahibi olacaqsınız. Əqrəb bürcünün sağlamlığı 2014-cü ilin Mart ayında xeyli problemli olacaq, beləcə diqqətli olmanız lazımdır. Xüsusilə yoluxucu və infeksion xəstəliklərdən və hər cür qəzalardan, kəsik, yanıq, zədələrdən çəkinin! Ürəyimizi və beyninizi yormamaq üçün sakit və tənha olmanız lazımdır.
Oxatan - Oxatan bürcünün cütlər evinin idarəçisi Merkuri, 2014 Fevral ayı sonuna qədər düzgün hərəkətinə davam edəcək və yavaş yavaş sürət qazanacaq. Bu cütlər üçün yaxşı bir xəbərdir, çünki bu müddətdə bir neçə həftəlik qarışıqlıq, naməlumluq və ya səhv başa düşülmələrdən sonra, hər şey normallaşacaq. Yenə də, elə görünür ki, hələ həll edilməsi lazım olan bəzi problemlər olacaq, amma narahat olmayın doğru yoldasınız. Keçmiş problemlərin bir qisimi ev, valideynlər ya da əmlak ilə əlaqəlidir. Elə isə, ayın ikinci qisimindən sonra bu mövzularda diqqətli olmaqda fayda vardır, xüsusilə 17 Mart 2014dən sonra. Bu müddət boyunca əlaqələr, ev ya da ailə haqqında əhəmiyyətli qərarlar almasanız daha yaxşı olar. Qərarlar çox subyektiv və görünüş aldadıcı ola bilər. Yeni, ehtiraslı əlaqələr sürprizlərə açıq ola bilər. Oxatan bürcü üçün Mart 2014də məlumat və ünsiyyət prioritet olacaq. Zehni fəaliyyətləri bəyənməklə idarə edəcək və sahib olduğunuz istifadə asanlığı sayəsində anlama, tənzimləmə, yazma, tərcümə etmə, hesablama və ya şəkil çəkmə ilə əlaqədar vəzifələri mükəmməl və rahat şəkildə görəcəksiniz. Ayrıca bir natiq və ya bir mediator olaraq müvəffəqiyyət qazana bilərsiniz. İş yığıncaqları və gəzintiləri qazanclı olacaq. Və öz əllərinizlə bir şeylər meydana gətirmək istəyirsinizsə, artıq çox gözəl şeylər yarada biləcəksiniz. Status və inkişafla əlaqəli əhəmiyyətli məqsədlərə gəlincə, qismən pis keçən bir dövrdən sonra hərəkətli dövrlər başlayır. Bununla birlikdə, Mart 2014də işinizi diqqətlə analiz etməniz və tələsməməniz yaxşı olar, çünki nə etməniz lazım olduğu hələ müəyyən deyil. Bir şey daha: Oxatan insanları üçün bu müddət qrup fəaliyyətləri yerinə müstəqil fəaliyyətlər üçün daha uyğun olacaq. Mali baxımdan, Mart 2014də çox da əhəmiyyətli dəyişikliklər olmayacaq. Oxatanın səhhəti yaxşılaşacaq, stress azalacaq və əhvalı getdikcə daha yaxşı olacaq. 2014 Mart ayında gəzintilər edəcək, əyləncəli bir ruh halı içində olacaqsınız və maraqlandığınız və xoşlanacağınız işləri etmək üçün fürsətiniz olacaq. Əgər fiziki məşqlərinizə qış mövsümündə ara verdinizsə, bundan belə nizamlı olaraq məşq etməyə yenidən başlamaq üçün ideal bir zamandır.
Oğlaq - Venera, eşq və cütlər planeti, 5 Mart 2014 tarixində ümumiyyətlə bir bürcdə keçirdiyi müddətdən dörd qat daha uzun bir müddət - dörd ay - sizin bürcünüzdə qaldıqdan sonra Oğlaq bürcünü tərk edəcək. Sizin üçün bu nadir hadisənin nə kimi əhəmiyyəti olduğunu görmək üçün, şəklin bütününə nəzər salma zamanıdır. Qəribədir ki, Veneranın bürcünüzü tərk etməsi bir az rahatlama gətirə bilər. Venera Oğlaqda özünü rahat hiss etmirdi və digər planetlər ilə də yaxşı əlaqələr içində deyildi. Yenə də Oğlağın əlaqələr evində hələ Yupiter, Böyük yardımsevər iştirak edəcək və bu kifayətdir. Mart 2014 tarixində, romantik fürsətlər hər hansı bir zamanda ortaya çıxa bilər və bir əlaqə varsa, bu inkişaf edə bilər. Ancaq, ətrafınızdakı hər kəsə lazım olandan daha çox sual soruşmayın! Çox yüksək tələb və gözləmələriniz xoşbəxtliyinizə kölgə sala bilər. Bir problem olduğu zaman, müzakirə edin! Ünsiyyət az qala hər şeyi həll edə bilər. Venera 5 Mart 2014 tarixində Oğlağın pul evinə girəcək. Keçən ayın sonunda xətti hərəkətinə davam edən Merkuri hələ də oradadır. Bu da ortaqların, iştirakçı ya da dostların məsul olacağı yaxşı bir dəyişiklik olacaq deməkdir. Qısaca başqalarından kömək görəcəksiniz. Oğlağın karier evində olan Mars, hərəkət və üstünlük planeti, 1 Mart 2014 tarixində retroqrad hərəkətinə başlayacaq və 20 May 2014-cü ilə qədər geri getmə dövrəsində olacaq. Bu çox yaxşı bir xəbər deyil, çünki Marsın retroqrad hərəkəti, gecikmələr, məqsədlərdən sapma və ya başqa qarışıqlıqlar gətirə bilər. Ənənəvi astrologiyada Mars retrograd olduğu dövr, nə yeni başlanğıclar, nə də böyük müvəffəqiyyət üçün əlverişli deyil. Amma köhnə bir proyekti davam etdirmək üçün yaxşı ola bilər və qətiliklə özünüzü yenidən təşkil etmək ya da məqsədlərinizi yenidən nəzərdən keçirmək, karierinizin zəif nöqtələrini analiz etmək və bunların aradan qaldırılması üçün uyğundur. Merkuri, Oğlağın xəstəliklər evinin idarəçisi, 28 Fevral 2014 tarixində düz hərəkətinə yenidən başladı və beləcə əgər sizin sağlamlıq problemləriniz oldusa onlara artıq həllər tapıla bilər. Hələ istirahət etmə zamanı gəlmədi, çünki vəziyyət tamamilə həll edilmiş deyil. Hələ ki, hərəkət etməniz lazımdır və bu da bir gəzinti ya da bəzi xərclər mənasına gəlməkdədir. Mart 2014ün ikinci hissəsində zəhərlənmələr, infeksiyalar ya da yoluxucu xəstəliklərə diqqət!
Dolça - Mart 2014də havada eşq qoxusu olacaq. Merkuri, Dolçanın ehtiras və erotizm evinin idarəçisi, 5 Mart 2014 tarixindən Dolça bürcündə olan eşq planeti Veneranın yanında yerini alacaq. Sizin hisslərinizin açıq olacağı bir ay gözləmək lazımdır. Sizin tərəfinizdə olan Merkuri və Venera sayəsində siz seksual olacaqsınız, cazibə və ovsunlama mövzusunda böyük bir güc ortaya qoyacaqsınız, diqqətləri çəkəcək və hər hansı bir səy olmadan asanca bəzilərini başdan çıxara biləcəksiniz. Eyni zamanda sevgi hissi getdikcə yüksələcək və siz yaxınlıq və həssaslıq mövzusunda böyük bir ehtiyac hiss edəcəksiniz. Təriflər, eşq məktubları alacaqsınız, romantik potensialınızla fürsətləriniz olacaqdır. Lakin asanca tələyə düşə bilərsiniz, çünki zövqlər istiqamətində meyl böyük olacaq və siz başdan çıxarıcı təkliflərə asanca "xeyr" demək mövzusunda çətinlik çəkirsiniz. Əgər möhkəm bir əlaqə içindəsinizsə, Mart 2014 birlikdə uyğunlaşma, birlik və əylənmək üçün möcüzəli bir ay olacaq. Bu şanslı ay, məhsuldar işləriniz və gözəl qazanclarınız ola bilər. Dolçanın iş və gündəlik hadisələr evində olan Yupiter tərəfindən borc verilən enerji və coşğuya əlavə olaraq, eyni zamanda Venera sizə öz cazibəsini verəcək. İnsanlar sizi sevəcək, sizə heyranlıqla baxacaq, yaxşı davranacaq və sizə yaxşılıq edəcək, əməkdaşlıq təklifləri və yeni müqavilələr təklif edəcəklər. 17 Mart 2014-cü ilə qədər siz həm də Merkurinin varlığından zövq alacaqsınız: zehininizdə fikirlər çox sayda gələcək, çox iti olacaq, həm yazı həm danışma zamanı özünüzü ifadə etmənizdə böyük asanlıq olacaq. İşlər, universitetlər, araşdırma təşkilatları, nəşriyyat və mədəniyyət təşkilatları ilə təmaslar söz mövzusu olduğunda işlər bir az daha çətin gedə bilər. Gəzintilər və uzaqdakı insanlar ilə təmaslara Mart 2014də tədbirli yaxınlaşmanız lazımdır, çünki onlar pis hadisələr və çətinliklər gətirə bilər. Sizin formanız mükəmməl olacaq, xüsusilə Mart 2014ün ilk iki həftəsi içində enerji və canlılığınız dolub daşacaq. Sizin cazibədar, yaxşı bir ruh halınız olacaq. Nəzəri olaraq, sağlamlıq mövzusunda narahatlığınız olmamalıdır. Bütün bunlara baxmayaraq Dolça insanlarının idarəsini itirməməsi lazım olan ifrata meyldən bəhs etmək olar. Xüsusilə şirniyyat, ləzzətli yeməklər, yağlı və ya yüksək kalorili qidalara olan ehtirasınızı idarə altında tutmanız lazım gələcəkdir.
Balıq - Mart 2014ün ilk hissəsində, Balığın romantik həyatında möhtəşəm ya da çöldən görünəcək şəkildə yaxşı bir şey olmayacaq. Həm eşq planeti Venera həm də Merkuri, Balığın cütlər evinin idarəçisi, gizli bir kölgəli evdə olacaq, bu da hərəkətlərin gizli qalmasına və ya önlənməsinə səbəb olacaq. Yəni böyük ehtimalla heç bir əhəmiyyətli şey olmayacaq və ya bir şey olsa da elə olacaq ki, baş qarışdırıcı, qeyri-qanuni, qadağan, həll edilməsi çətin, gizli bir tərəfi də olacaq. Hadisələr Merkurinin Balıq bürcünə girməsiylə ilk dəfə Mart 2014ün ikinci hissəsində səthə çıxmağa başlayacaq. Bütün bunlara baxmayaraq, hələ Aprelin əvvəlinə belə həll edilməsi lazım olan bir çox iş qalacaq. Hətta belə olsa belə çox da narahat olmanıza ehtiyac yoxdur. Yupiter Balığın eşq vəziyyətini mühafizəyə alacaq və Venera önümüzdəki ay üçün gözəl sürprizlər hazırlayacaq. Mart 2014 müvəffəqiyyət və peşə qazancları ilə gələcək. Tam olaraq Balıq bürcündə olan Günəş, sizin xüsusiyyətlərinizi vurğulayacaq, sizə möhtərəmlik borc verəcək, lider və təşkilatçılıq xüsusiyyətlərinizi vurğulayacaq və sizə tərif və heyranlıq gətirəcək. Balığın karier evinin idarəçisiylə gündəlik vəzifələr evinin idarəçisi arasında yaxşı bir koordinasiya olacaq və bu da səylərinizin gözlə görülən, praktik vəziyyətinizə təsir etməsi və prestijinizi artırmağa xidmət etməsi mənasına gəlməkdədir. Təəssüf ki, Balığın maddi vəziyyəti Mart 2014dəki kimi yaxşı olmayacaq. Mars Balığın pul evlərinin birində retroqrad hərəkətə başlayacaq ki, bu da səhv anlamalara gətirib çıxara bilər. Maliyyə problemləriylə qarşılaşmaq məcburiyyətində qalmamaq üçün, mümkün olduğunca instinktiv mali davranışlarınıza əngəl olmanız, ödəmələrinizi zamanında etməniz, sığortalarınızı yeniləməniz və əhəmiyyətli cəhdlərinizi 20 May sonrasına təxirə salmanız lazım gələ bilər. İndi borc pul istəmək heç yaxşı bir fikir deyil. Mart 2014 Balıq üçün olduqca baş qarışdırıcı olacaq. Formanız yaxşı bir vəziyyətdə olsa belə, yenə də çətinliklərlə qarşılaşma riski olacaq. Əvvəlcə istirahət etmək çətin olacaq hətta tərsinə, özünüzü narahat, böhrana düşmüş kimi hissetməniz mümkündür. Duyğularınızı itiləşdirəcək yüksək hissetmə həssaslığınız olacaq, lakin onunla birlikdə hər cür burulğana açıq olacaqsınız. Bir böhran vəziyyəti və ya qəza vəziyyətiylə qarşılaşmanız mümkündür.
f Paylaş