Burnunuz axanda bunları etməyin! 6 səhv

Burnunuz axanda bunları etməyin! 6 səhvZökəm (rinit) soyuqdəymə və qrippin ən birinci əmələ gələn simptomlarındandır.
Zökəmin müalicəsi zamanı etdiyimiz bəzi səhvlər müxtəlif ağırlaşmalara yol aça bilər.
Saglamolun.az zdr.ru-ya istinadla sizə zökəmin müalicəsi ilə bağlı olan vacib məlumatları təqdim edir:
1. Damardaraldıcı burun damcılarından uzun müddət ərzində istifadə etmək olmaz!
Bu damcılar 5 gündən çox istifadə olunmamalıdır. Əks halda bu yerli immunitetin pozulmasına, iybilmənin azalmasına, burun damcılara öyrəşməsinə səbəb ola bilər.
2. Zökəmi müalicə etmək lazımdır!
Bəzən xəstələr zökəmi müalicə etmirlər. Lakin bu da səhvdir. Müalicə olunmadıqda zökəm sinusitlər, haymorit kimi ağırlaşmaların inkişafına səbəb ola bilər.
3. Xalq təbabəti vasitələri ziyan vura bilər!
Mütəxəssislər zökəm zamanı soğan şirəsi və s. bu kimi yandırıcı vasitələrdən istifadə etməməyə çağırır. Bu vasitələr burunun selikli qişasını yandırır, iybilmə reseptorlarına ziyan vurur, burunun faydalı mikroflorasını öldürür.  
4. Zökəm zamanı burunu isitməyin!
Zökəm zamanı burunu qrelka, bişmiş isti yumurta və s. ilə qızdırmaq olmaz. Bu iltihabı daha da artırır, patogen orqanizmlərin çoxalmasına səbəb olur.
5. Antibiotiklərdən istifadə etmək olmaz!
Soyuqdəymə və qripp zamanı antibiotiklərdən istifadə olunmur. Soyuqdəymə və qrippin səbəbi müxtəlif viruslardır ki, onlara antibiotiklər təsir etmir, yəni onları öldürmür. Antibiotiklər yalnız bakterial infeksiyalara qarşı istifadə olunur.
İstənilən halda antibiotikləri yalnız həkim lazım olan müayinələrdən sonra təyin edə bilər. Özünə müstəqil şəkildə antibiotik "təyin edən" insan öz sağlamlığını və hətta həyatını təhlükəyə salmış olur. Bütün dünyada bakteriyaların antibiotiklərə qarşı həssaslığının azalması ciddi problemə çevrilib. Alimlərin fikrinə görə, gələcəkdə bu çox ciddi fəsadlara səbəb ola bilər.
6. Parça burun dəsmallarından istifadə etməyin!
Zökəm zamanı yalnız birdəfəlik kağız burun dəmallarından istifadə edin. Parça burun dəsmallarında mikroblar yığılır və dəsmallar nəticədə infeksiya mənbəyinə çevrilir. 
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 982   Tarix: 23 fevral 2022
f Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Çox öskürənlər bunu oxusun

Uzun müddət davam edən öskürək bir çox insanın qarşılaşdığı problemlərdən biridir. Bəzən adi soyuqdəymədən sonra yaranan öskürək həftələrlə davam edə bilər. Lakin öskürəyin səbəbi hər zaman tənəffüs yolu infeksiyası olmur

.

Gözə linza taxdırmazdan əvvəl bunu mütləq bilməlisiniz

"Yeni nəsil göz içi linzalar üçün ciddi yaş məhdudiyyəti yoxdur. Linza seçimində əsas meyar yaş deyil, gözün ümumi vəziyyəti və pasiyentin gündəlik görmə ehtiyaclarıdır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyini

.

Bu günkü çəki gələcəkdə yaddaşa təsir edə bilərmi? - ARAŞDIRMA

Orta yaşlarda piylənməsi olan insanların yaşlılıq dövründə demensiyaya tutulma riskinin 33 faiz daha yüksək olduğu müəyyən edilib. xəbər verir ki, bu nəticə 19 uzunmüddətli araşdırmanın, ümumilikdə 589 min 649 nəfərin məlumatlarını

.

Duru yağ zərərlidir? – Mütəxəssis açıqladı

Duru yağların zərərli olduğunu demək olmaz. Çünki duru yağ etibarlı və keyfiyyətli, mənşəyi bəlli olan xammaldan - zeytun, günəbaxan və qarğıdalıdan istifadə olunaraq hazırlanırsa, bizim region üçün istifadəyə daha uyğundur

.

Bu giləmeyvələr hipertoniyanın yaranmasının qarşısını alır

Quşüzümü və mərcangilə hipertoniya və aterosklerozun yaranmasının qarşısını almağa kömək edir, eləcə də sidik yolu infeksiyalarına qarşı profilaktik vasitə kimi xidmət edir. -a istinadən xəbər verir ki, bu barədə rusiyal

.

Həkimlər ən zərərli qəhvə növünü açıqladılar - Ürək üçün təhlükəlidir

Qəhvə sağlamlıq üçün faydalı içki hesab edilsə də, onun hazırlanma üsulu və tərkibinə əlavə edilən maddələr ürək-damar sisteminə mənfi təsir göstərə bilər. Kardioloqlar xüsusilə şəkərli qəhvə içkilərinin təhlükələri barəd

.

İtirilmiş dişlər yenidən çıxa bilər - İnqilabi kəşf

Yapon alimləri dişlərin təbii yolla yenidən inkişafını stimullaşdıran eksperimental dərman üzərində işləyirlər. Bu preparat gələcəkdə stomatologiyada implant və protezlərə alternativ ola bilər. xəbər verir ki, bu barədə "Th

.

Tünd kişmiş cavanlaşdırır

Tünd kişmişin faydalı xüsusiyyətləri onların yüksək antioksidan tərkibi ilə izah olunur. -a istinadən xəbər verir ki, diyetoloq Yelena Solomatinanın açıqlamasına görə, tünd kişmiş antioksidant xüsusiyyətləri təsirli polifenolları

.

DİQQƏT ! Yuxuda pişik görmüsüzsə ..Ağır xəstəlik gözləyir

Yuxusunda pişik görən adamın, qadın və kişi cinsiyyətinə malik olmasına görə yuxunun təbirləri dəyişir. Əgər bu yuxunu görən adam bir kişisə, bu kişinin normal həyatında diqqətsiz bir şəxsiyyətə sahib olduğu, ətrafındak

turlar.az

kosmetika mehsullari geymler 2026 sac duzumleri xina ucun bayatilar piroq reseptləri kosmetologiya uşaq və təhsil kosmetika vətənə aid bayatılar 8 mart qz eviyçun hakışta bakire vətən həsrəti