Burnunuz tıxanıbsa, bir stəkan suyun içinə... - TƏBİİ ÜSULLAR

Burnunuz tıxanıbsa, bir stəkan suyun içinə... - TƏBİİ ÜSULLARBurun tıxanıqlığı çox zaman sinusitlə bağlı bir problem kimi əlaqələndirilir. Əsasən soyuq və çirkli havalarda daha çox yaranan burun tıxanması bəzilərində xronikiləşmiş hal alır. Apteklərdə satılan burun tıxanması əleyhinə spreylərin də asılılıq yaratdığını bilməyən yoxdur. Çox çətin duruma düşmədikcə istifadəsi məsləhət görülməyən bu spreylərin yerinə təbii vasitələrdən istifadə etməniz daha yaxşı olar. Burun tıxanmasına qarşı təbii üsullar:

Burun tıxanıqlığı zamanı ortamın nəmli olması burun tıxanmasına yaxşı təsir edəcək. Yatdığınız otaqda otaq qızdırıcısının üzərinə, yaxud qarşısına bir stəkan su qoyun. Yaxud nəmli ortam yaratmaq üçün otaqda elə hey bir çaydan qaynadın.

Duzlu su burunu təmizləmək üçün olduqca effektli bir üsuldur. Bir stəkan ilıq suyun içinə bir çay qaşığı duz töküb o su ilə burnunuzu təmizləyə bilərsiniz. Qarışımın içinə bir çay qaşığı soda da əlavə edə bilərsiniz.

Gün ərzində əyninizi, başınızı isti saxlamaq və ya bir yorğanın altına girib tərləmək burun tıxanmasına yaxşı təsir edəcək.

Burnunuz tıxalı olduğu zamanlarda süd içməyin.

Burun dəliklərinə zeytun yağı damcılatmaq burun tıxanıqlığına qarşı çox yaxşı təsir edir.

Burnunuz tıxanıbsa, onu açmaq üçün bir çimdik lavanda çiçəyi yarpaqlarını bir stəkan qaynamış suyun içinə qoyun və 10 dəqiqəyə qədər dəmlənməsini gözləyin. Sonra süzərək əldə etdiyiniz lavandalı suyu tıxanıqlıq keçənə qədər hər gün saat başı tıxalı buruna çəkin.

Bol su içmək burun tıxanmasına yaxşı təsir edir. İstər infeksional, istərsə də allergik burun tıxanıqlığı zamanı bol su içmək mukozanı durulaşdırır.

Atquyruğu otu və nərgiz çiçəyi otunun yarpaqlarını eyni miqdarda götürüb əzin və əldə edilən qarışımı bir miqdar zeytun yağı və su ilə sulandırın. Bir gün saxlayın və süzərək hər saat başı 4-5 damcı buruna damcıladın.

Qarğıdalı saçağını bir miqdar suyun içinə qatıb qaynadın, süzdükdən sonra əldə edilən suyu zeytun yağı və nanə suyu ilə yaxşıca qarışdırın. Hazırladığınız qarışımdan xəstəlik boyunca tıxanıq buruna çəkin.

Sinusitdən qaynaqlanan burun tıxanıqlığına zəncəfil bitkisi çox yaxşı təsir edir. Bu bitki çayını hər gün iki fincan qədər için və ya yeməklə birlikdə istifadə edin.
sagliqtv.az

Xəbərlər     Baxılıb: 2432   Tarix: 11 yanvar 2017
f Paylaş

Oxşar xəbərlər

.

Yuxusuzluğun gözlənilməz səbəbi məlum oldu

"Səliqəsiz insanlar yuxuya getməkdə çətinlik çəkə və keyfiyyətsiz yata bilərlər". -a istinadən xəbər verir ki, bu barədə psixoloq Ana Gerrero Brana "Hola" nəşrinə müsahibəsində danışıb. O, yuxusuzluğu

.

Ətir istifadə edənlərə xəbərdarlıq

Ətirin dəriyə çəkilməsi xərçəngin yaranması riskini artırmır. -a istinadən xəbər verir ki, bu barədə rusiyalı onkoloq Basir Bammatov -ya müsahibəsində danışıb. Lakin o, ətirlərin allergik reaksiyalara və ya dəri qıcıqlanmasın

.

Gözə linza taxdırmazdan əvvəl bunu mütləq bilməlisiniz

"Yeni nəsil göz içi linzalar üçün ciddi yaş məhdudiyyəti yoxdur. Linza seçimində əsas meyar yaş deyil, gözün ümumi vəziyyəti və pasiyentin gündəlik görmə ehtiyaclarıdır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyini

.

Axşam yeməyindən sonra yemək yeyirsiniz? - Bu xəbəri mütləq oxuyun

Gec saatlarda yemək qaraciyər xəstəlikləri riskini 30 faizədək artıra bilər. xəbər verir ki, təxminən 200 min nəfərin məlumatlarının təhlil edildiyi araşdırma gec saatlarda qidalanmaqla qaraciyər yağlanması və sirroz arasınd

.

Bu yaşda ət yemək ömrü uzadır

Çəki çatışmazlığı olan yaşlı insanlarda ət istehlakı 100 yaşa qədər yaşamaq ehtimalını artıra bilər. Tədqiqatçılar müəyyən ediblər ki, bu yaş dövründə ətdən imtina etmək, xüsusilə qadınlar arasında daha qısa ömür sürməkl

.

Qız övladı atanın ömrünü uzadır? - Alimlərdən maraqlı araşdırma

Alimlərin apardığı araşdırmada qız övladlarının ataların uzunömürlülüyü ilə əlaqəli olduğu müəyyənləşib. xəbər verir ki, araşdırmaya görə, atanın hər bir qız övladının olması onun ömrünün orta hesabla 74 həftə, yəni təxminə

.

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

Qanda anemiya və hemoqlobin səviyyəsinin düşməsi xərçəng müayinəsindən keçməyi tələb edir, xüsusən kişilər diqqətli olmalıdır. -a istinadən xəbər verir ki, cərrah İldus Muxametovun sözlərinə görə, kolorektal xərçəngin inkişaf

.

DİQQƏT ! Yuxuda pişik görmüsüzsə ..Ağır xəstəlik gözləyir

Yuxusunda pişik görən adamın, qadın və kişi cinsiyyətinə malik olmasına görə yuxunun təbirləri dəyişir. Əgər bu yuxunu görən adam bir kişisə, bu kişinin normal həyatında diqqətsiz bir şəxsiyyətə sahib olduğu, ətrafındak

.

Dişləri saraldan qidalar

Stomatoloq Karla Fornas rasiondakı müəyyən qida məhsulları səbəbindən diş minasının sarala biləcəyi barədə xəbərdarlıq edib. -a istinadən xəbər verir ki, bu barədə o, "El Confidencial" nəşrinə müsahibəsində danışıb

turlar.az

donlar 2026 maskalar qaşların formalari 2026 payiz geyimleri ehtiraslandiran sozler yasil pomidor tutmasi doğuş sonrası seks kosmetika olumu oğlan evine aid hakisda baldiza aid sağlamlığın sirleri oğlaq