Burun çəpərinin əyriliyi, simptomları, müalicəsi

Burun çəpərinin əyriliyi, simptomları, müalicəsiNəfəsalmanı çətinləşdirən ilk səbəblərdən biri insanın burun çəpərinin əyriliyidir.

Burun çəpəri iki hissədən - sümük və qığırdaq hissələrindən ibarətdir. Uşağın boyatma və inkişafı zamanı onun sümüklərinin inkişafı qığırdaq toxumasının inkişafından daha sürətli gedə bilər ki, nəticədə burun çəpəri düzgün formalaşmamış olur. Bu burun əyriliklərinin ən çox təsadüf edilən səbəblərindəndir.

Başqa bir səbəb müxtəlif travmalardır. Bəzən burun çəpərinin əyriliyi uşaqda doğuş travması nəticəsində yaranır. Bundan əlavə burun çəpərinin əyriliyi, əsasən yıxılma, buruna, sifətə zərbə və yaxud da üz və kəllə skeletinin formalaşması zamanı onların bir-birinə nisbətən qeyri-mütənasib inkişafı ilə əlaqədar yaranır.

Burun polipəri (burun boşluğunda olan şişlər), tez-tez təkrarlanan və uzun sürən zökəm, uşaqlarda burunda yad cismin uzun müddət ərzində qalması nəticəsində də burun çəpərinin əyriliyi inkişaf edə bilər.

Simptomları

Bu və ya digər səbəbdən burun çəpəri əyri olan şəxslərin ən birinci şikayəti burunun tutulmasından olur. Burun boşluğunda daim quruluq hiss olunur.
Burunun tutulması əsasən gecələr daha çox nəzərə çarpır, insan yuxuda xoruldayır. Eyni zamanda baş ağrıları, tez yorulma, burundan ifrazat, öskürək və xoruldama kimi əlamətlər müşahidə olunur. Burun tutulduqda xəstələr ağızla tənəffüs etməyə məcbur olurlar ki, bu zaman da çirkli, tozlu və soyuq hava kütləsi ağız boşluğuna daxil olaraq faringit, tonzillit, laringit, rinit və bir çox digər xəstəliklərin əmələ gəlməsinə şərait yaradır. Burun çəpərinin əyilməsi sadalanan xəstəliklərin əmələ gəlməsində rol oynamaqla yanaşı, haymoritə, səsin dəyişməsinə və eləcə də, oksigen qəbulunu çətinləşdirdiyi üçün bronxial astmaya, yaşlı və ahıl şəxslərdə ürək-ağciyər xəstəliklərinin inkişafına yol aça bilər.

Burun çəpəri əyriliyinin ağır formaları zamanı qanın tərkibi dəyişilir, insanda davamlı baş ağrıları olur, ürək-damar sistemində müxtəlif pozulmalar əmələ gələ bilər, immunitet zəifləyə bilər (nəticədə insan tez-tez respirator xəstəliklərə tutulur), allergik xəstəliklər inkişaf edə bilər və s.

Diaqnostikası

Diaqnoz çox vaxt xəstənin şikayətlərinə və rinoskopiyaya (burunun daxili müayinəsi) əsasən qoyulur. Rentgenoqrafiya və kompyuter tomoqrafiya (KT) müayinələrinin də aparılması diaqnozu və əyriliyin xarakterini dəqiqləşdirmək və sənədləşdirmək üçün vacib sayılır. Əlavə olaraq, burunun hava keçiriciliyini yoxlamaq üçün rinomanometriya aparıla bilər.

Müalicəsi

Cüzi dərəcədə əyriliklər xəstəni narahat etmədiyi halda, xüsusi müalicə tələb olunmur.
Burun çəpəri əyriliyinin ağır formalarında cərrahi əməliyyata ehtiyac yarana bilər. Bu əməliyyat əsasən içəridən aparılır və burada prinsip əyilmiş sümük və qığırdaq hissələri xaric etməkdən ibarətdir. Çıxarılan hissəciklər nisbətən əyridirsə, onları düzəldərək yerinə qaytarmaq olar. Həddindən çox əyilmiş sümüklər isə xaric olunur. Əməliyyat həm yerli, həm də ümumi anesteziya altında aparıla bilər. Əməliyyatdan sonra adətən tənəffüs bərpa olunur, ancaq burada vacib olan tənəffüsü çətinləşdirən yanaşı xəstəliklərin olub-olmaması və onların da vaxtında müalicəsinin aparılmasıdır.

Əməliyyatdan sonra xəstənin burun boşluğuna xüsusi tamponlar yerləşdirilir və bu tamponlar burunda 24-48 saat ərzində qalır. Hal hazırda xüsusi lateks və ya içərisində kiçik borucuq olan gel tamponları istifadə olunur ki, xəstə əməliyyatdan dərhal sonra burunla nəfəs ala bilir.

Əməliyyatdan təxminən 1-2 həftə sonra xəstənin əmək qabiliyyəti bərpa olunur. Lakin 1 ay ərzində ağır fiziki yükləmələrdən uzaq olmaq lazımdır.

Sağlamlıq     Baxılıb: 31544   Tarix: 23 oktyabr 2015
f Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Vanil bitkisinin faydaları: Sinirləri dincəldir, öskürəyı xırp kəsir

V. Vanil bitkisi Meksika mənşəli bitkidir. Səhləbkimilər fəsiləsinə aid olan və Meksika meşələrinin sahilyanı ərazilərində bitən dırmanma bitkisidir. Ətrafındakı digər ağaclarda 2-3 sm qalınlığında tumurcuqları ilə 10 metr

.

Qadınların intim gigiyenası. 4 VACİB QAYDA

Həkim-ginekoloqlar qadınlar tərəfindən intim gigiyenaya riayət edilməsini qadın reproduktiv sistemi xəstəliklərinin profilaktikasının vacib hissəsi hesab edirlər.  bildirir ki, intim gigiyena qaydalarını bilməmək və ya onlar

.

İdeal Dieta: 1 həftəyə 5 kq arıqla!

Əgər həqiqətən də 1 həftəyə 5 kq arıqlamaq istəyirsinizsə, əmin olun ki, bu sizdə alınacaq. Amma bir şərtlə ki, sizə təqdim etdiyimiz bu möcüzəli dietaya əməl edəsiniz. Bunu əsas sirri odur ki, 7 gün ərzində siz qida qəbu

.

Kakos yağının - 5 UNİKAL FAYDASI

Kakos yağı xüsusilə son beş ildə populyarlıqda böyük artım müşahidə edən bitki mənşəli məhsullardan biridir. Həm supermarketlərdə, həm də kosmetika mağazalarında bankalarda kokos yağı tapmaq mümkündür. Bundan əlavə, qablaşdırıla

.

Əsəblər sakitləşir, baş ağrısı dayanır - 1 dəqiqə vaxt lazımdı

Hamının hər an qarşılaşa biləcəyi sağlamlıq problemlərindən biri olan başağrısı bəzən dərman atmaqla da keçmir. Ancaq onun qarşısını təbii üsullarla almaq mümkündür. Bununla bağlı orta əsrlər dövrünün ən böyük təbiblərində

.

Cinsi gücü artırmaq üçün - 10 TƏBİİ VASİTƏ

Bitki çayları:. Bədəndə maye axını sürətləndirən bitki çayları içdiyiniz zaman qan dövranı sürətlənir, ehtiras və həyəcan artır. Enerji səviyyəsini də artıran bitki çayları cinsi həyatı canlandırır. Jenşen:. Ginseng min illərdi

.

Cavan və gözəl qalmaq üçün - Möhtəşəm ƏDVİYYAT

Sarıkökün sağlamlıq üçün misilsiz faydaları elmdə çoxdan sübut olunub. Bu ədviyyat mikrob və virus əleyhinə təsir edir, orqanizmdə iltihabları azaldır, güclü antioksidant olduğundan xərçəngin riskini azaldır, qaraciyər üçü

.

Dırnaq boyası xanımlarda hansı xəstəliyi yaradır?

Hər bir qadın əllərinin gözəl və səliqəli görünməsini arzu edir. Dırnaqlar isə boyanmış olduqda təbii ki, çox gözəl görsənir. Məhz bu səbəbdən, müasir dövrdə bir çox xanımların istifadə etdiyi dırnaq boyalarının müxtəli

.

Qızlıq pərdəsi haqqında hər şey - 12 MƏLUMAT

1. Qızlıq pərdəsi nədir?. Qızlıq pərdəsi uşaqlıq yolunun girişinə yaxın yerdə, adətən 2-4 sm dərinliyində yerləşən nazik arakəsmədir. Qızlıq pərdəsinin aybaşılar zamanı menstrual ifrazatların orqanizmi tərk edə bilməsi üçü

turlar.az

adlarin menasi donlar 2026 geyim şəkilləri uz maskalari qadinlar haqqinda maraqli melumatlar kişi xəyanəti yoğun bağırsaq xəstəlikləri kosmetika faydalı maskalar opusme uşaq nece olur vətən həsrəti hekaye janri