"Buster" doza ilə peyvəndlənənlər COVID-19-a yoluxduqları halda xəstəliyi daha yüngül keçirirlər

Dünyada yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə müxtəlif növ peyvəndlərdən istifadə edilir. Azərbaycan dünya dövlətləri arasında COVID-19 əleyhinə vaksinasiya prosesinə ilk başlayanlardandır. Ölkədə bu il yanvarın 18-dən etibarən başlayan peyvəndləmə prosesində 4 növ peyvənddən istifadə edilir. Prezident İlham Əliyevin koronavirusla mübarizədə düzgün qurduğu strategiya nəticəsində ölkəyə fərqli platformalarda hazırlanan vaksinlər gətirilib və qeyd olunur ki, kifayət qədər vaksin ehtiyatı var. Mütəxəssislərin fikrincə, həmin vaksinlərin hər biri koronavirusun mövcud olan ştamlarına qarşı effektivdir.
Milli.Az bildirir ki, bu sözləri AZƏRTAC-a açıqlamasında Azərbaycan Tibb Universitetinin Yoluxucu xəstəliklər kafedrasının həkim-mütəxəssisi Rəna Həmzəyeva deyib.
O bildirib ki, Azərbaycanda istifadə edilən vaksinlər, həmçinin COVID-19-un "delta" ştamının submutasiyası hesab edilən AY.4.2-yə qarşı da effektivdir: "İstifadə olunan vaksinlər təkcə indi mövcud olanlara qarşı deyil, gələcəkdə yarana biləcək ştamlarla yoluxma zamanı da istifadə edilə bilər. Çünki virus dəyişmir, sadəcə olaraq, mutasiyaya uğrayır. Mutasiya nəticəsində isə fərqli ştamlar yaranır. Ona görə də orqanizmdə yaranmış immunitetin zəifləməsinin qarşısını almaq lazımdır. Bu da, əlbəttə ki, "buster" doza ilə mümkündür. "Buster" doza qüvvətləndirici hesab edilir və koronavirusa qarşı yaranmış anticisimlərin uzunömürlü olmasını təmin edir".
R.Həmzəyeva qeyd edib ki, "buster" doza kimi istənilən növ peyvənd seçilə bilər: "Lakin "Pfizer" peyvəndinin effektivliyinin daha çox olduğunu nəzərə alaraq, qüvvətləndirici doza kimi "Pfizer" seçmək məsləhətdir. Əvvəlki iki dozanın hansı vaksin növündən olması fərq etmir. Əsas odur ki, orqanizmdə yaranmış anticisimlərin sintezini sürətləndirmək üçün üçüncü doza vaksin istifadə edilsin. Belə olan halda, vətəndaşların, xüsusilə də risk qrupuna daxil olanların koronavirusa yoluxma ehtimalı azalar. Həmçinin "buster" doza ilə peyvəndlənənlər COVID-19-a yoluxduqları halda xəstəliyi daha yüngül keçirə bilərlər".
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1054   Tarix: 14 noyabr 2021
f Paylaş

Oxşar xəbərlər

.

Nahardan sonra yuxunuz gəlirsə, səbəb təkcə yorğunluq deyil

Nahardan sonra güclü yuxululuq hissi bir çox insana tanışdır. Bəzən bu, orqanizmin təbii bioloji ritmləri ilə bağlı olur. -a istinadən bildirir ki, ancaq gündüz yuxululuğu davamlı və çox güclüdürsə, bəzi sağlamlıq problemlərini

.

Qəhvəni bu saatda için

Kardioloq və terapevtlər qəhvə qəbulunda təkcə miqdarın deyil, içkinin hazırlanma üsulu və qəbul edildiyi saatın da vacib olduğunu bildiriblər. xəbər verir ki, mütəxəssislərin sözlərinə görə, kofein qəbulunu 15:00-16:00 radələrind

.

Marketlərdəki bu qidalar ürək xəstəliyi riskini artırır

Yüksək səviyyədə üzərində E-rəqəmləri olan emal olunmuş qidaların istehlakı ürək xəstəliyi riskini artıra bilər. -a istinadən xəbər verir ki, təxminən 100.00 qadından ibarət bir qrup üzərində işləyən tədqiqatçılar daha yüksə

.

Ətir istifadə edənlərə xəbərdarlıq

Ətirin dəriyə çəkilməsi xərçəngin yaranması riskini artırmır. -a istinadən xəbər verir ki, bu barədə rusiyalı onkoloq Basir Bammatov -ya müsahibəsində danışıb. Lakin o, ətirlərin allergik reaksiyalara və ya dəri qıcıqlanmasın

.

DİQQƏT ! Yuxuda pişik görmüsüzsə ..Ağır xəstəlik gözləyir

Yuxusunda pişik görən adamın, qadın və kişi cinsiyyətinə malik olmasına görə yuxunun təbirləri dəyişir. Əgər bu yuxunu görən adam bir kişisə, bu kişinin normal həyatında diqqətsiz bir şəxsiyyətə sahib olduğu, ətrafındak

.

Xərçəngə səbəb ola bilən bakteriya bu imiş - Diqqətli olun

Xərçəng riskinə təsir edən amillərlə bağlı yeni araşdırma diqqətçəkən nəticə ortaya qoyub. xəbər verir ki, "The Lancet Oncology" jurnalında dərc edilən araşdırmaya görə, 2024-cü ildə dünyada diaqnoz qoyulan bütü

.

Qəhvə sevənlər bunu mütləq oxusun

Kofeinin orqanizmə təsiri ilə bağlı yeni araşdırma aparılıb. London Kral Mariya Universitetinin alimləri müəyyən ediblər ki, kofein hüceyrələrin enerji çatışmazlığına cavab verən qədim mexanizmini aktivləşdirə bilər. Alimlə

.

Yuxuda sevişmək nəyə yozulur?

Yuxular hələ də sirri açılmayan qaranlıqla dolu dünyadır. Yuxu əsrlərdən bəri araşdırılan, həm alimlərin, həm də mistika ilə məşğul olanların cavabını tapmaq istədiyi tapmacadır. Fərqli və rəngarəng yuxular bəzən də cinsəlikl

.

Diabet xəstələri banan yeyə bilər?

Yaşıl və həddindən artıq yetişmiş banan qanda qlükoza səviyyəsinə fərqli təsir göstərə bilər. xarici mediaya istinadən xəbər verir ki, bananlar çox vaxt şəkərli diabet zamanı rasiondan çıxarılmalı məhsullar sırasında göstərilir

turlar.az

geyim dəbləri geyim şəkilləri gözəllik məhsulları xolesistit yay koftalari kokteyllər sepgilere qarsi maska kosmetika dovsan bayatilar vetene aid atalar sozleri hakisda novruz hakista