Buster doza vətəndaşları yoluxmadan qorumaqla yanaşı

Buster doza vətəndaşları yoluxmadan qorumaqla yanaşıSon həftələr ölkəmizdə yeni növ koronavirus infeksiyasına (COVID-19) yoluxma saylarında az da olsa, artım qeydə alınır. Yoluxma saylarındakı artıma uyğun olaraq ölüm saylarında da artım müşahidə olunur. Məlum məsələdir ki, bir xəstəliyə və ya infeksiyaya tutulma və ya yoluxma nə qədər çox olarsa, ona mütənasib olaraq ağırlaşma və ölüm halı da artır. Hazırda rəqəmlər 2000-2500 arasında dəyişir. Artımın səbəbləri payız mövsümündə respirator infeksiyaların yayılması üçün mühüm şəraitin olması, "delta" ştamının hakimliyi, bir də bəzi vətəndaşların rəqəmlər azalanda və ya vaksinasiyadan sonra arxayınlaşaraq qorunma tədbirlərinə əməl etməmələridir.
Milli.Az bildirir ki, bunu AZƏRTAC-a müsahibəsində infeksionist Süleyman Kamilov deyib.
İnfeksionistin sözlərinə görə, COVID-19 elə bir xəstəlikdir ki, onu kimin ağır, kimin yüngül keçirəcəyini bilmək olmur: "Düzdür, müəyyən risk qrupları ayırd edilir. Lakin bəzən yaşlı adam bu xəstəliyi yüngül keçirdiyi, sağaldığı halda, gənc insan ya ağır keçirir, ya da dünyasını dəyişir. Ona görə də heç kim arxayınlaşmamalı, qaydalara maksimum dərəcədə diqqətli yanaşmalıdır. Bununla yanaşı, COVID-19 əleyhinə vaksinasiyada aktiv iştirak da önəmlidir. Peyvəndləmədən sonra da vətəndaşlar özlərini qorumalıdırlar. Orqanizmlər individualdır. Peyvənddən sonra qoruyuculuğun 4-6 ay olduğu deyilir. Lakin elə şəxslər var ki, onlarda qoruyuculuq qısa müddətdə zəifləyə bilər. Həmçinin son günlər bir sıra ölkələrdə, o cümlədən Rusiyada "delta" ştamının submutasiyası olan AY.4.2 variantı yayılmağa başlayıb. Yeni ştamın özəlliyi daha sürətli yayılması və yoluxduruculuğunun yüksək olmasıdır. Payız mövsümünü, yeni ştamı nəzərə alaraq həm qorunma tədbirlərinə daha məsuliyyətli yanaşmaq, həm də peyvəndləmədə daha iştirak etmək olduqca vacibdir. Səhiyyə Nazirliyinin tövsiyələrinə uyğun olaraq həssas qruplara aid olanların üçüncü doza ilə vaksinlənməsi məqsədəuyğundur. Lakin iki dozadan 6 ay keçən vətəndaşların buster doza vurdurması onları yoluxmadan qorumaqla yanaşı, ölkədəki epidemioloji vəziyyəti sabit saxlamağa daha yaxşı kömək edəcək. Koronavirusa yoluxan və ya özündə əlamətləri hiss edənləri isə iki həftə ərzində özlərini təcrid etməyə, evdən çıxaraq digərlərini yoluxduraraq ölkədəki vəziyyəti gərginləşdirməməyə səsləyirəm. Bütün qaydalara əməl etməklə, peyvəndləmədə aktiv iştirakla yoluxma sayında azalma müşahidə edə bilərik".
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1792   Tarix: 08 noyabr 2021
f Paylaş

Oxşar xəbərlər

.

Təyyarədə hansı içkilərdən uzaq durmalıyıq?

Təyyarə səfərləri zamanı qəbul edilən bəzi içkilər orqanizmdə narahatlıq yarada, susuzluğu artıra və uçuşun daha yorucu keçməsinə səbəb ola bilər. xəbər verir ki, xüsusilə alkoqollu içkilərdən ehtiyatlı olmaq tövsiyə edilir

.

Mədəsi ağrıyanların nəzərinə

Mədə ağrısı qaraciyər xərçənginin simptomu ola bilər. -a istinadən xəbər verir ki, yuxarı qarın və ya mədə nahiyəsində təkrarlanan ağrı müayinə üçün ciddi bir səbəbdir. Mütəxəssislərin fikrincə, qaraciyər xərçənginin simptomlar

.

Hər gün üzüm yesək, nə olar?

Üzüm həm dadı, həm də zəngin qida tərkibi ilə seçilən meyvələrdəndir. -ın məlumatına görə, tərkibində vitaminlər, minerallar, lif və antioksidantlar olan bu meyvənin müntəzəm, ölçülü miqdarda istehlakı sağlam qidalanmay

.

Səhər yeməyində buna diqqət edin

Səhər yeməyində yoqurta alternativ axtaranlar üçün kəsmik (cottage cheese) yaxşı seçim ola bilər. Mütəxəssislərin fikrincə, zülalla zəngin bu süd məhsulu uzun müddət toxluq hissi yarada və gün ərzində qəfil aclığın qarşısın

.

Dünyada nadir rast gəlinir: "Vampir xəstəliyi" nədir?

Ektodermal displaziya nadir rast gəlinən genetik xəstəliklər qrupuna daxildir. xəbər verir ki, xalq arasında bəzi əlamətlərinə görə "vampir xəstəliyi" kimi tanınan bu vəziyyət dəri, saç, dırnaq, diş və tər vəzilərini

.

Göz linzası ilə bağlı ən çox verilən sual cavablandı

"Göz içi linza (İOL) katarakt əməliyyatı zamanı bulanıqlaşmış təbii büllurun yerinə yerləşdirilən süni linzadır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi "Instagram" hesabında keçirilə

.

Xərçəngə qarşı mübarizədə böyük ümid: Yeni peyvənd hazırlandı

"Merck" və "Moderna" şirkətlərinin birgə hazırladığı eksperimental peyvənd dəri xərçənginin təkrarlanması və ya ölüm riskini 42 faiz azaldıb. xəbər verir ki, "İntismeran autogene" adlanan peyvən

.

Qışda uşaqları xəstə edən soyuq deyilmiş

"Soyuq hava uşağı xəstə etmir. Uşaqların soyuq havada çölə çıxması, düzgün geyindirildikdə faydalıdır. Təmiz hava, fiziki aktivlik, gün işığı və açıq havada hərəkət uşağın ümumi sağlamlığı üçün vacibdir". xəbə

.

Yuxuda sevişmək nəyə yozulur?

Yuxular hələ də sirri açılmayan qaranlıqla dolu dünyadır. Yuxu əsrlərdən bəri araşdırılan, həm alimlərin, həm də mistika ilə məşğul olanların cavabını tapmaq istədiyi tapmacadır. Fərqli və rəngarəng yuxular bəzən də cinsəlikl

turlar.az

qadin sayti yaz geyimleri 2026 aksessuarlar aliment almaq testlər doğuşdan sonra atalar sözləri veten haqqinda kosmetika yemekler laylalar rəksanə aysel dieta