Cavanlar koronavirusu daha ağır keçirir - TƏBİB
Əvvəl cavan insanlarda koronavirus xəstəliyinin daha çox asimptomatik formada keçdiyinin şahidi olurduq. Amma indi bu yaş qrupunda COVİD-19 virusunun daha ağır formasını müşahidə edirik.
Bunu Trend-ə TƏBİB-in İnfeksiya xəstəlikləri üzrə işçi qrupunun rəhbəri Vasif Əliyev deyib.
Onun sözlərinə görə, klinik təcrübələrdə artıq uşaqların da bu xəstəliyi yüksək temperatur ilə keçirdiyi məlum olub.
V.Əliyev qeyd edib ki, COVİD-19-un əlamətlərinin insanlarda hansı səviyyədə müşahidə edilib-edilməməsi individualdır. Çünki virusa xas olan əlamətlərin hamısı eyni insanda görünməyə də bilər:
"Şərt deyil ki, virusa xas bütün əlamətlərin hamısı bir insanda müşahidə edilsin. Ola bilər ki, insanda bu əlamətlərin heç biri olmasın, amma virus daşıyıcısı olsun. Klinik simptomları olan xəstədə belə bu əlamətlər çox da, az da görünə bilər. Məsələn, iy və dadbilmə bəzilərində olmaya bilər. Amma elə şəxslər ola bilər ki, onda bu əlamətlər uzun müddət müşahidə olunsun və gec bərpa edilsin. Digər tərəfdən, hərarətin ən çox rast gəlinən simptom olmasına baxmayaraq, koronavirus xəstələrində hərarət qeydə alınmaya da bilər. Buna görə də şərt deyil ki, koronavirusa yoluxan hər bir kəsin hərarəti yüksək olsun". /publika.az









Uşağın cinsiyyətini Çin təqvimi ilə hesablayın! - 95% DOĞRU
Azərbaycan toylarında yengə nə üçün lazımdır?
Qara zirə (Çörək otunun) faydaları
Cinsi əlaqə zamanı nə etmək lazımdır?
Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları
Yuxuda sevişmək nəyə yozulur?
Muraddan oğulları ilə bağlı paylaşım - FOTO
Aparıcı Elgiz Əkbər qayıdır - Burada veriliş aparacaq
Yeni boşanan aktrisa məşhur serialda
"Survivor" dördüncüsü ailə qurdu
Stress bu xəstəliyini kəskinləşdirə bilər
Maşında ürəkbulanma niyə yaranır? - Səbəb
4 saatdan çox yol gedirsinizsə, bu təhlükə sizi gözləyir - Ölə bilərsiniz