Cem və qozla sadə piroq
Məhsullar:
- 100 qr cem
- 200 qr un
- 100 qr kərə yağı
- 1 yumurta (xəmirə)
- 1 yumurta sarısı (piroqun üzərinə çəkmək üçün)
- 1 ç.q. qabartma tozu
- duz
- 50 qr qoz
- 1 x.q. süd
- 80 qr şəkər tozu
Hazırlanması:
Ələnmiş un, şəkər tozu, yumşaq kərə yağı, qabartma tozu və 1 yumurtanı yaxşı qarışdırın, yumşaq xəmir yoğurun.
Xəmiri 2 hissəyə bölün (2:3 nisbətində).
Xəmiri soyuducunun dondurucu kamerasında 20 dəqiq saxlayın.
Qozu quru tavada bir az qızardın, xırdalayın.
Xəmirin böyük hissəsini yayın, formaya kağız sərin, xəmir qoyun, qıraqları qaldırın.
Xəmirin üzərinə cem qoyun, qoz səpin.
Xəmirin kiçik hissəsini yayın, zolaqlar kəsin, piroqun üzərinə şəbəkə şəklində qoyun, qıraqları bərkidin.
1 x.q. süd, yumurta sarısı, 1 çimdik duzu yaxşı qarışdırın, fırca ilə piroqun üzəinə çəkin.
Sobanı qabaqcadan 180 C qədər qızdırın, piroqu 30-40 dəqiqə bişirin.
Nuş olsun!









8 mart – Beynəlxalq Qadınlar günü münasibətilə təbrik
Kişiləri ehtiraslandıran sözlər
Yuxuda sevdiyin insanı görmək
Öd kisəsi ağrıyanda nə etməli? - 5 MƏSLƏHƏT
Gördüm ki, susduqca daha da çox söyülürəm
Hər gün ət yemək zərərlidir? - ARAŞDIRMA
Bu yerlərdə saxlanılan dərmanlar ZƏHƏRƏ ÇEVRİLİR
Bayram günü qoyun ətini belə yesəniz xəstəxanalıq olacaqsınız
Sabah Rəvan Qarayevin toyudur
Hər gün 2 qaşıq yeyin, görün nə olur
Nazpəri evindən oğurlanan 311 minlik qızıl və pullardan danışdı
Bu sadə vərdişlərlə beyniniz CAVAN QALACAQ
Evdəki bu bitkilər baş ağrısına SƏBƏB OLURMUŞ
Puqaçovanın qəsri muzey ola bilər
Rəvanın üçüncü dəfə ailə qurduğu xanım kimdir?