Cərrahların pasiyentlərin qarnında unutduqları - qayçı, bint, dəsmal, telefon

Cərrahların pasiyentlərin qarnında unutduqları - qayçı, bint, dəsmal, telefonBütün dünyada cərrahların əməliyyat zamanı pasiyentin qarnında hər hansı bir alət, sarğı materialı və s. saxlaması halları qeydə alınır.
Təbii ki, bu cərrahın diqqətsizlik və məsuliyyətsizliyindən xəbər verir və qəti şəkildə yolverilməzdir. Lakin hər bir pasiyent belə halların mümkün olduğunu bilməlidir. Nəzərə almaq lazımdır ki, əməliyyat yarasında unudulmuş hər hansı əşya tək ağrı və digər xoşagəlməz hisslərə deyil, pasiyentin əməliyyatdan sonra həlak olmasına da səbəb ola bilər.
Saglamolun.az sizə bir neçə belə fakt təqdim edir.
- 2019-cu ildə Şimali Osetiyada (Rusiya Federasiyası) Eveta Qobeeva adlı qadının qarnından qayçı çıxarılıb. Bu qayçı Evetanın qarnında qeysəriyyə əməliyyatı zamanı qalıb və qadın belə vəziyyətdə 23 il (!) yaşayıb. Bütün bu illər ərzində qadın ağrılardan əziyyət çəkirdi. Qayçı təsadüf nəticəsində rentgenoloji müayinə zamanı tapılıb. Evetanın ailəsi xəstəxananı məhkəməyə verib.
- 2015-ci ildə İordaniyanın Aman şəhərində qeysəriyyə kəsiyi əməliyyatından sonra 36-yaşlı qadın qarında güclü ağrılar və müəmmalı titrəmə hiss etməyə başladı.
Rentgen zamanı qadının qarnında unudulmuş... telefon aşkar olunub və qadın yenidən əməliyyat olunub.
- 2014-cü ildə Qazaxstanda pasiyentin qarnından 20 sm uzunluğunda qayçı xaric olunub. Bu qayçı 12 il bundan əvvəl əməliyyat zamanı xəstənin qarnında unudulub. Bu illər ərzində xəstə daim qarnında ağrılar hiss edirdi.
- 2012-ci ildə Ukraynada Vinnisa vilayətində əməliyyat zamanı pasiyentin qarnında 4 m uzunluğunda bint unudulub. Əməliyyatdan sonra kişi uzun müddət ərzində özünü pis hiss edirdi, çox arıqlamışdı. Xoşbəxtlikdən pasiyent vaxtında digər xəstəxanaya müraciət edib və "səhv"i düzəltmək mümkün olub. Əks halda pasiyent həyatını itirə bilərdi.
- Petrozavodsk sakini olan 33-yaşlı qadının isə bəxti gətirmədi. Ginekoloji əməliyyat zamanı onun qarnında unudulmuş dəsmal güclü iltihabın, toksiki şokun inkişafına səbəb olub ki, nəticədə qadın ölüb. Bu hadisə 2011-ci ildə baş verib.
- 2007-ci ildə Hindistanda əməliyyat zamanı 60-yaşlı kişi pasiyentin qarnında qayçı unudulub. 2 il ərzində kişi qarında olan ağrılardan əziyyət çəkirdi.
- 25 il ərzində Braziliya sakini Sueli di Paulu qarında kəskin ağrılardan əziyyət çəkirdi və daim mədə dərmanları qəbul edirdi.
Təsadüfən rentgen müayinəsi zamanı qadında mədənin yanında 15-sm-lik dəmir pinset aşkar olunub.
- Amerika cərrahları əsl "rekorda" imza atıblar. 2000-ci ildə Vaşinqtonda Donald Çerç adlı pasiyentin qarnından şiş çıxarılıb. Əməliyyatdan sonra pasiyent daim qarında ağrılardan şikayətlənirdi. Əməliyyatdan 2 ay sonra ailə həkimi Donaldın qarnını əli ilə yoxladıqda orada bərk bir şey hiss edib. Rentgen müayinəsindən sonra məlum olub ki, kişinin qarnında 32 sm-lik retraktor qalıb.
Xəstəxana Donald Çerçə 100 min dollar kompensasiya ödəyib.
- 2006-cı ildə Tula vilayətində (Rusiya Federasiyası) xəstəxanaların birində qeysəriyyə kəsiyi əməliyyatından sonra qadının qarnında iynə qalıb.
- 2004-cü ildə Ufa şəhərində (Rusiya Federasiyası) cərrah yaşlı qadının qarnında 18 sm uzunluğunda borucuq unudub. Uzun müddət ərzində səbəbi məlum olmayan ağrılardan əziyyət çəkən qadın əməliyyatdan 9 ay sonra ölüb.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1024   Tarix: 12 fevral 2022
f Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Mixək çayının yaddaşa faydası

Mixəkdə olan "eugenol" adlı maddə antioksidant və iltihabəleyhinə xüsusiyyətləri ilə araşdırılır. -a istinadən xəbər verir ki, bəzi heyvan tədqiqatlarında mixək tərkibli maddələrin yaddaş göstəricilərinə və stressl

.

Bu qidalar beyin damarlarına zərər verə bilər

Çox emal olunmuş qidaların qəbulu orta yaşlı insanlarda beyin damarlarının zədələnməsinə səbəb ola bilər. . xəbər verir ki, Kanadada aparılan və "JAMA Network Open" jurnalında dərc olunan araşdırmada 35-69 yaş aras

.

Həkimlər ən zərərli qəhvə növünü açıqladılar - Ürək üçün təhlükəlidir

Qəhvə sağlamlıq üçün faydalı içki hesab edilsə də, onun hazırlanma üsulu və tərkibinə əlavə edilən maddələr ürək-damar sisteminə mənfi təsir göstərə bilər. Kardioloqlar xüsusilə şəkərli qəhvə içkilərinin təhlükələri barəd

.

İtirilmiş dişlər yenidən çıxa bilər - İnqilabi kəşf

Yapon alimləri dişlərin təbii yolla yenidən inkişafını stimullaşdıran eksperimental dərman üzərində işləyirlər. Bu preparat gələcəkdə stomatologiyada implant və protezlərə alternativ ola bilər. xəbər verir ki, bu barədə "Th

.

Gözə linza taxdırmazdan əvvəl bunu mütləq bilməlisiniz

"Yeni nəsil göz içi linzalar üçün ciddi yaş məhdudiyyəti yoxdur. Linza seçimində əsas meyar yaş deyil, gözün ümumi vəziyyəti və pasiyentin gündəlik görmə ehtiyaclarıdır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyini

.

Yeməkdən sonra bunu etmək çox faydalıdır - 10 dəqiqə bəs edir

Yeməkdən sonra qısa müddətli gəzinti qan şəkərinin yüksəlməsini məhdudlaşdırmağa və sağlamlığa müsbət təsir göstərməyə kömək edə bilər. xəbər verir ki, mütəxəssislərin tövsiyəsinə görə, yeməkdən sonra ilk 15 dəqiqə ərzind

.

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

Gecə yuxu zamanı ayaq əzələlərində qəfil və ağrılı qıcolmalar bir çox insanda müşahidə olunur. xəbər verir ki, bu hal bəzən sadə səbəblərlə bağlı olsa da, tez-tez təkrarlanması müəyyən sağlamlıq problemlərinin əlaməti ol

.

Yuxudan duran kimi bunu edin

Mütəxəssislərin fikrincə canlı və sağlam beyinə sahib olmaq üçün səhərlər müəyyən vərdişləri müntəzəm olaraq tətbiq etməlisiniz. axşam.az-a istinadən bildirir ki, yaşınızdan asılı olmayaraq, gündəlik vərdişləriniz beyninizi

.

Xərçəngə səbəb ola bilən bakteriya bu imiş - Diqqətli olun

Xərçəng riskinə təsir edən amillərlə bağlı yeni araşdırma diqqətçəkən nəticə ortaya qoyub. xəbər verir ki, "The Lancet Oncology" jurnalında dərc edilən araşdırmaya görə, 2024-cü ildə dünyada diaqnoz qoyulan bütü

turlar.az

kosmetik vasiteler gözəllik məhsulları qis geyimləri 2026 gürcü mətbəxi arıqlamaq üçün çaylar ayaqda qabar plov reseptləri kosmetika geyim sağlamlığa aid atalar sözləri masqalar gəncə bayatı