Çilli dərili xanımlarımız üçün effektli məsləhətlər

Çilli dərili xanımlarımız üçün effektli məsləhətlərÇilli dərili xanımlarımız üçün effektli məsləhətlər

Çillər günəşin zərərli şüaları səbəbiylə və ya genetik olaraq yaranan qəhvəyi rəngli kiçik ləkələrdir. Çillər xarakterlərinə görə 2 qrupa ayrılır. Birincisi, ümumilikdə uşaqlarda rast gəlinən və günəşin zərərli şüalarının birbaşa təsir etdiyi bölgələrdə yaranan çillərdir. Digəri daha da irəli yaşlarda ortaya çıxan, tünd rəngli çillərdir. Bunlara daha çox lentigolar deyilir. Lentigolar öz özünə yox olmur. Müalicə ilə təmizlənmələri mümkündür. Aparılan araşdırmalarda çillənmədə genetik faktorlar da aşkarlanmışdır.

Çürümüş südün dərinizdəki çilləri tamamilə yox etməsə də, gözlə görüləcək qədər azaltdığını bilirsinizmi? Üzünüzü çürümüş südlə yusanız onların rəngini ağardacaqsınız.

Bir budaq cəfəri, yarım limonun suyu, yarım çay qaşığı duz, bir çay qaşığı bal, və sütü mikser ilə qarışdırın və dərinizə çəkin. 30 dəqiqə gözləyib, ilıq suyla yuyun.

100 qram ağ lobyanı gecədən suya qoyun, ertəsi gün 1 litr suda qaynadın. Bişdikdən sonra süzün və əldə etdiyiniz suyu 5 gün boyunca dərinizə çəkin. Məhlulu soyuducuda qoruyun.

Kətan toxumunu qaynadın və suyu ilə dərinizi masaj edin.

Çilləri limon suyu ilə ovsanız, limonun tərkibindəki sitrik asit pigmentləri və ləkələri azaldar və ağardar.

Cəfəri ilə belə bir maska da tətbiq edə bilərsiniz: cəfəri suyunu bərabər miqdarda limon və portağal suyu ilə qarışdıraraq nəmləndiricidən öncə istifadə edin. Çillərinizin azalmasına və tədricən yoxa çıxmasına səbəb olur.

Bir litr suda paxla və ya düyünü yarım saat qaynadıb süzün. Suyu ilə çilli bölgələrinizi yuyun.

1 çay qaşığı qatıq və 1 çay qaşığı karbonatı qarışdırıb dərinizə çəkin. 1 saat gözlədikdən sonra ovaraq çıxarın. Həftədə 1 dəfə tətbiq edin.

1 ədəd xiyarı 1 stəkan sütün içinə doğrayın. 2 saat gözlədikdən sonra süzün. Xiyarları bir tənzifin köməyi ilə sıxın. əldə etdiyiniz məhlul ilə üzünüzü tez tez silin. Bu maska ilə 10-15 gün sonra çillərinizdən qurtula bilərsiniz.

2 xörək qaşığı yer kökü suyuna 20 damla limon suyu əlavə edin və gündə 2-3 dəfə üzünüzü silin. Maskanı 20-30 dəqiqə gözlədin sonra silin.

Üzünüzü yaxşıca təmizlədikdən sonra az miqdarda nəmləndirici krem çəkin. Sonra pomidor dilimlərini üzünüzə yerləşdirib 30 dəqiqə gözləyin. Maskanı soyuq sütlə ısladılmış pambıq vasitəsilə dərinizdən silin.

Cəfəri suyunu sütlə və ya qatıqla qarıdırın. Dərinizə çəkin və 15 dəqiqə sonra ilıq suyla yuyun.

1 çay qaşığı darçın ilə 1 yumurtanın ağını qarışdırın və dərinizə çəkin. 20 dəqiqə gözlədikdən sonra ovaraq çıxarın. (Diqqət! Bu maska həssas dərilər üçün məsləhətli deyil)

Təzə kartofu rəndələyin, birneçə damcı bitki yağı, 1 yemək qaşığı təzə süt və badam parçaları əlavə edin. Yaxşıca qarışdırıb maska hazırlayın. Dərinizə çəkin və 20 dəqiqə sonra yuyun.

Təzə heyvanı rəndələyin, suyunu sıxın. Suyunu pambıqla üzünüzə çəkib sonra da silin.

Gözəllik və Moda     Baxılıb: 3428   Tarix: 22 yanvar 2015
f Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Qadınlar və ideal gözəllik standartları

İdeal gözəllik standartları zamanla dəyişsə də, hər dövrdə qadınların gözəlliklərinə dair müəyyən gözləntilər mövcud olub. Bu gözləntilər, cəmiyyətin və mədəniyyətin tələbləri, media təsiri və sosial strukturların yaratdığ

.

Gözəlliyin qadınların sosial və peşə həyatına təsiri

Gözəllik, cəmiyyət tərəfindən qiymətləndirilən bir atribut olaraq, qadınların sosial və peşə həyatında əhəmiyyətli bir rol oynayır. Bu təsir, cəmiyyətin gözəllik standartlarına uyğunlaşmaqla yanaşı, qadınların özlərini nec

.

Baxımlı qadın görüntüsü yaradan 10 sadə detal

Baxımlı görünmək hər zaman bahalı geyimlər, çoxsaylı kosmetik vasitələr və ya hər gün gözəllik salonuna getmək demək deyil. Bəzən qadının ümumi görünüşünü dəyişən çox kiçik detallar olur. Təmiz və səliqəli saç, baxımlı əllər

.

Gözəlliyin təkrarı: Copy-Paste estetikası

Gözəllik insan tarixinin əvəzedilməz hissəsi olub və fərqli coğrafiyalarda və mədəniyyətlərdə fərqli təfsir və gözləntilərlə qarşılanıb. Hər millət öz estetik meyarlarına malikdir və bəzən bunlar o qədər fərqlidir ki, bi

.

Sızanaq ləkələrindən qurtulmaq üçün TƏBİİ ÜSULLAR

Sızanaqdan sonra qalan ləkələr üzdən uzun müddət getmir və kosmetik qüsur yaradır. Bu ləkələrdən qurtulmaq üçün sizə sadə üsulları təqdim edirik: . Xiyar. Xiyar hamar dəriyə sahib olmaq üçün ən rahat vasitələrdən biridir

.

10 il cavanlaşdıracaq 7 saç modeli

Bir qadın üçün saç düzümü güvən alətlərindən biridir. Bəzi insanlar yalnız kosmetika və əlaqəli prosedurların görünüşünü "cavanlaşdırmağa" kömək edə biləcəyinə inanırlar. Mütəxəssislər deyirlər ki, düzgün saç düzüm

.

Keçəlləşən kişilər üçün çarə - QƏHVƏ MASKALARI

Yena Universitetinin (Almaniya) alimləri bir sıra eksperimentlər zamanı aşkar ediblər ki, qəhvənin tərkibində olan kofein saç follikullarına təsir edərək saçların tökülməsini 37% dayandırır və yeni saçların əmələ gəlməs

.

Makiyajsız gözəllik üçün 10 hiylə

Makiyaj, özünə inamı artıran bir vasitə olsa da, təbii gözəllik insanın özündəki sağlamlıq və düzgün həyat tərzinin nəticəsidir. Makiyasız gözəlliyinizi önə çıxarmaq üçün aşağıdakı tövsiyələrə əməl edin:.  . Yaxşı yuxu

.

Makiyajın uzun müddət qalması üçün məsləhətlər

Makiyajın uzun müddət qalması üçün bir neçə əsas məsləhətə riayət etmək faydalıdır. Bu, yalnız görünüşü gözəl saxlamaqla yanaşı, tətbiq olunan məhsulların da dəridə daha uzun müddət təsirli olmasına kömək edir. İlk növbədə

turlar.az

aksessuarlar toy makiyajlari geyim və ayaqqabılar bolqar biberinin faydasi qidalanma qaydaları uşaq xəstəlikləri soyuqdəymə kosmetika tanisliq dolca nağıllar novruz hakisdalari maraqli hakistalar