Çimərlikdə günvurmadan qorunmaq üçün ən təhlükəsiz saatlar

Çimərlikdə günvurmadan qorunmaq üçün ən təhlükəsiz saatlar"Çimərlik mövsümündə günvurmadan və günəşin zərərli təsirlərindən qorunmaq üçün insanlar günəş şüalarının daha zəif olduğu saatlarda dənizə getməlidirlər".
Milli.Az xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi "Instagram" hesabında keçirilən canlı yayım zamanı Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, terapevt Zakir Quliyev səsləndirib.
Onun sözlərinə görə, dənizə getmək üçün ən təhlükəsiz vaxt səhər saat 08:00-11:00 və axşam 16:00-19:00 aralığı hesab olunur. Xüsusilə saat 11:00-16:00 arasında ultrabənövşəyi (UV) şüalarının intensivliyi ən yüksək səviyyədə olur. Bu saatlarda uzun müddət birbaşa günəş altında qalmaq günvurma, günəş yanığı və uzunmüddətli dəri zədələnmələri riskini əhəmiyyətli dərəcədə artırır:
"Çimərlikdə olarkən kölgədə istirahət etmək, kifayət qədər maye qəbul etmək, açıq rəngli, yüngül və nəfəsalan geyimlər seçmək, enli kənarlı papaq və UV qoruyuculu gün eynəyindən istifadə etmək vacibdir. Həmçinin, SPF 30 və ya daha yüksək qoruma dərəcəsinə malik günəşdən qoruyucu krem çimərliyə çıxmazdan təxminən 20-30 dəqiqə əvvəl dəriyə çəkilməli, hər iki saatdan bir, eləcə də üzgüçülükdən sonra yenidən tətbiq edilməlidir".
Z.Quliyev vurğulayıb ki, uşaqlar, yaşlılar, hamilə qadınlar və ürək-damar xəstəlikləri olan şəxslər günün ən isti saatlarında birbaşa günəş altında qalmaqdan maksimum dərəcədə çəkinməlidirlər.
"Bu sadə qaydalara əməl olunması günvurma riskini əhəmiyyətli dərəcədə azaldır və yay mövsümünün daha təhlükəsiz keçirilməsinə kömək edir", - deyə mütəxəssis əlavə edib.
Müəllif: Mina Mikayılova (Milli.Az müxbir)

Xəbərlər     Baxılıb: 994   Tarix: 02 iyul 2026
f Paylaş

Oxşar xəbərlər

.

Pasportdakı rəqəm aldadıcı ola bilər: Orqanizmin əsl yaşı necə müəyyən edilir?

İnsanın faktiki yaşı hər zaman orqanizmin sağlamlıq və funksional vəziyyəti ilə üst-üstə düşmür. -a istinadən xəbər verir ki, bu barədə həkim Viktoriya Kulaqina məlumat verib. Həkimin qeyd etdiyi kimi, bioloji yaş insanı

.

Xərçəngə qarşı mübarizədə böyük ümid: Yeni peyvənd hazırlandı

"Merck" və "Moderna" şirkətlərinin birgə hazırladığı eksperimental peyvənd dəri xərçənginin təkrarlanması və ya ölüm riskini 42 faiz azaldıb. xəbər verir ki, "İntismeran autogene" adlanan peyvən

.

Mədəsi ağrıyanların nəzərinə

Mədə ağrısı qaraciyər xərçənginin simptomu ola bilər. -a istinadən xəbər verir ki, yuxarı qarın və ya mədə nahiyəsində təkrarlanan ağrı müayinə üçün ciddi bir səbəbdir. Mütəxəssislərin fikrincə, qaraciyər xərçənginin simptomlar

.

Üzünüzdəki bu əlamətlər dəmir çatışmazlığından xəbər verir - (Foto)

Sosial şəbəkələrdə aşağı ferritin səviyyəsinin insanın xarici görünüşünə təsiri ilə bağlı paylaşımlar geniş yayılıb. İstifadəçilər solğun dəri, gözaltı tünd dairələr, saç tökülməsi və kövrək dırnaqları "ferritin üzü"

.

Axşam yeməyindən sonra yemək yeyirsiniz? - Bu xəbəri mütləq oxuyun

Gec saatlarda yemək qaraciyər xəstəlikləri riskini 30 faizədək artıra bilər. xəbər verir ki, təxminən 200 min nəfərin məlumatlarının təhlil edildiyi araşdırma gec saatlarda qidalanmaqla qaraciyər yağlanması və sirroz arasınd

.

Yuxuda sevişmək nəyə yozulur?

Yuxular hələ də sirri açılmayan qaranlıqla dolu dünyadır. Yuxu əsrlərdən bəri araşdırılan, həm alimlərin, həm də mistika ilə məşğul olanların cavabını tapmaq istədiyi tapmacadır. Fərqli və rəngarəng yuxular bəzən də cinsəlikl

.

Evdə stress yaradan 5 şey

Eviniz istirahət edib güc topladığınız məkan olmalıdır. Lakin gündəlik həyatda adi görünən bəzi əşyalar və şərait fərqinə varmadan gərginliyi artıra bilər. -a istinadən bildirir ki, 886 nəfərin iştirak etdiyi araşdırma göstəri

.

Ac qalanda ürəkbulanma və halsızlıq yaranırsa

Hipertireoz, Addison xəstəliyi, hipoqlikemiya və polikistik yumurtalıqlar sindromu kimi problemlər aclığa dözümlülüyü azaldaraq ürəkbulanma və halsızlıq yarada bilər. Birinci tip diabet zamanı isə uzun müddət qidadan imtin

.

Göz quruluğunun səbəbi bəlli oldu

Smartfon, planşet və kompüterdən uzun müddət istifadə göz quruluğu şikayətlərini artırır. xəbər verir ki, mütəxəssislər gözlərdə yanma, batma, qızartı və görmənin bulanması kimi əlamətlərin diqqətdən kənarda saxlanılmamasın

turlar.az

hamiləlik yaz geyimleri 2026 geyim şəkilləri geyim kombinləri kişi sonsuzluğu vətən haqqında bayatı bal maskasi uz ucun kosmetika namiq qaraçuxurlu uzeyir xərçəng bürcü lakonizm arıqla