Çin COVID-19 əleyhinə sprey-vaksini bazara 2-3 ildən sonra çıxaracaq
Honkonq Universiteti tərəfindən nazal aerozolu (buruna sprey vurulması) formasında hazırlanan koronavirusa qarşı vaskin yalnız iki-üç ildən sonra istehlakçılar üçün əlçatan olacaq.
Milli.Az deyerler.org-a istinadən bildirir ki, preparat hələ ki klinik sınaqların ilk mərhələsindədir. "Sınaqlardan 10-dan çox adam iştirak edib. Bu vaksinin son dərəcə təhlükəsiz olduğunu görür və yaranan antikorların səviyyəsini izləyirik", - tədqiqat qrupunun üzvü, professor İvan Hunq Fan-nqay bildirib.
Bu vaksinin hətta uşaqlar üçün istifadə edilməsinə də icazə veriləcəyi gözlənilir: çinli mütəxəssislər altı aylıq körpələr üçün belə uyğun olacaq məhsul hazırlamağa çalışırlar. Bundan əlavə, mövcud təsirsiz hala gətirilmiş inyeksiyalardan fərqli olaraq, bu vaksindən iki yox, bir doza qəbul etmək kafi olacaq.
Qəzetin yazdığına görə, belə preparatın ən ciddi yan təsiri qısamüddətli yüngül baş ağrısı və burnun dolması olacaq.
Qeyd edək ki, analoji məhsulların hazırlanması üzərində Honkonqdan başqa, Avstraliya və Finlandiyada da mütəxəssislər çalışırlar.
Milli.Az /news.milli.az









Sağlam beyin üçün səhər rutini - Oyanan kimi edin
Tromb ola biləcəyini göstərən əsas narahatedici ƏLAMƏTLƏR
Hande Erçel sərbəst buraxıldı
Məşhur müğənni xəstəxanaya yerləşdirildi - Təcili əməliyyat olundu
Cansever əməliyyat olundu
Nanə əməliyyat olundu
Bu vərdişləriniz varsa, arıqlaya bilməyəcəksiz
Göz sağlamlığı üçün vitaminlər həqiqətən faydalıdırmı?
Türkandan iddialı plan: Dilarə ilə dünya səviyyəli duet
Yanından keçirik, amma şəfasınl bilmirik
Aralıqlı orucla bağlı mif dağıdıldı
Allergiya mövsümü başladı: Gözlərinizin qorunma yolları
Konsertini buna görə təxirə saldı