Çin koronavirusun müxtəlif mutasiyalarına qarşı təsirli peyvənd yaradır
Çinli mütəxəssislər yeni növ koronavirusun müxtəlif mutasiyalarına qarşı təsirli olacaq və insanı onun bütün mümkün ştamlarından daha yaxşı qoruyacaq peyvənd hazırlayırlar.
Milli.Az deyerler.org-a istinadən bildirir ki, bu barədə şənbə günü Çinin Dövlət Səhiyyə Komitəsinin epidemiyaya qarşı mübarizə üzrə xüsusi komissiyasının rəhbəri, akademik Çjun Nanşan bildirib.
"Çində daha çox "Sinovac" və "Sinopharm" əczaçılıq şirkətlərinin təsirsiz hala gətirilmiş peyvəndlərindən istifadə edilir, ancaq onlar, məsələn, Cənubi Afrika ştammına qarşı az təsirlidir. İndi bütün gücümüzü bizi mutasiyaya uğramış virusdan da qoruyacaq preparatın hazırlanmasına yönəltmişik", - o, Quançjou şəhərində keçirilən Çin Mühəndislər Elmləri İnstitutunun konfransında onlayn çıxışı zamanı deyib.
Ekspertin sözlərinə görə, hələlik Çin peyvəndləri ilə aşılanmanın insanı koronavirus infeksiyasından nə qədər müddət qoruya biləcəyini dəqiq müəyyənləşdirmək çətindir.
"Hazırkı mərhələdə ölkəmizdə, təxminən, 50, dünyada isə 200-dən çox peyvəndin hazırlanması üzrə işlər aparılır. Sual yaranır: bu preparatlardan hansını hazırlamaq daha məqsədəuyğundur? Bu istiqamətdə səylərimizi düzgün şəkildə cəmləşdirə biləcəyikmi? Bunlar tezliklə həll etməlki olduğumuz vacib problemlərdir", - Çjun Nanşan fikrini yekunlaşdırıb.
Milli.Az /news.milli.az









Vətən haqqında bayatılar
Yuxuda sevdiyin insanı görmək
Kişiləri ehtiraslandıran sözlər
İdeal Dieta: 1 həftəyə 5 kq arıqla!
Qara zirə (Çörək otunun) faydaları
Qarazirə hər dərdin çarəsi olan bitki
Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları
Öd kisəsi ağrıyanda nə etməli? - 5 MƏSLƏHƏT
Teşkilat' serialının çəkiliş meydançasında gərgin anlar: Dörd nəfər tutuldu
Aktyor Aslan Fətullayevin nəşi Azərbaycana gətirildi