Çinli professordan QORXUNC proqnoz: "Koronavirusa qarşı "sehrli preparat" hazırlamaq mümkün deyil
Koronavirus infeksiyası ilə mübarizədə universal müalicə vasitələrinə deyil, xəstələrin müalicəsi üçün inkişaf etmiş strategiyalara etibar etmək daha yaxşıdır.
Publika.az xəbər verir ki, bunu ÇXR-nin Tənəffüs Xəstəlikləri üzrə Milli Tədqiqat Mərkəzinin rəhbərinin müavini professor Cao Bin deyib.
"Həmkarlarım və mən bir növ sehrli həb hazırlamaq istədik, amma koronavirus haqqında daha çox məlumat topladıqdan sonra etiraf etməliyəm ki, belə bir dərman əldə etmək bizim üçün çox çətin olacaq" , - professor CNA kanalına verdiyi açıqlamada deyib.
Nümunə olaraq, o, koronaviruslu xəstələrin təkcə ağırlaşmaları deyil, eyni müalicə kursunun əks təsirlərin də tamamilə fərqli olduğu halları göstərib. Onun sözlərinə görə, universal dərman hazırlamaq mümkün olmadığından hər bir konkret yoluxmanın fərdiliyinə diqqət yetirmək və mümkün qədər çalışmaq lazımdır.
Nəşr qeyd edir ki, Cao Bin Çində xəstəlik başlayanda koronavirusla mübarizənin mərkəzində olub. Sonra Pekindən Vuhana köçüb və dünyada ilk olaraq HİV-ə yoluxanların müalicəsi üçün infeksiyaya qarşı antiretrovirus dərmanlardan istifadə edib.
Aytən Məftun









Uşağın cinsiyyətini Çin təqvimi ilə hesablayın! - 95% DOĞRU
Azərbaycan toylarında yengə nə üçün lazımdır?
Cinsi əlaqə zamanı nə etmək lazımdır?
Yuxuda sevişmək nəyə yozulur?
Muraddan oğulları ilə bağlı paylaşım - FOTO
Aparıcı Elgiz Əkbər qayıdır - Burada veriliş aparacaq
Yeni boşanan aktrisa məşhur serialda
"Survivor" dördüncüsü ailə qurdu
Stress bu xəstəliyini kəskinləşdirə bilər
Maşında ürəkbulanma niyə yaranır? - Səbəb
4 saatdan çox yol gedirsinizsə, bu təhlükə sizi gözləyir - Ölə bilərsiniz
İkinci dəfə ata oldu
Dünyanın ən gözəl qızının indiki halı — FOTOLAR