Cinsi gücü artıran dərmandan sonra bu meyvəni yemək ÖLDÜRƏ BİLƏR

Cinsi gücü artıran dərmandan sonra bu meyvəni yemək ÖLDÜRƏ BİLƏRBəzi dərman preparatları var ki, onları qida ilə qəbul etmək olduqca təhlükəlidir. Belə ki, bir sıra dərmanlar hansısa qida ilə reaksiyaya girərək əks təsir göstərə, insana zərər verə bilər. Buna bir sıra misallar göstərə bilərik.
Milli.Az bizim.media-ya istinadən bildirir ki, araşdırmalar göstərir ki, bir sıra dərmanların qəbulundan sonra qreyfrut yemək doğru hesab olunmur. 
Qreyfrut ilə qarşılıqlı təsir göstərən dərmanlara aşağıdakılar daxildir:
- Bəzi xolesterolu azaldan statinlər (xüsusilə simvastatin)
- Bəzi aritmiya (ürək ritminin pozulması) dərmanları
- Bəzi antipsikotik (psixiatrik xəstəliklərdə istifadə olunur) dərmanlar
- Orqan transplantasiyasından sonra immun sistemini bastırmaq üçün istifadə edilən bəzi dərmanlar
- Bəzi erektil disfunksiya (cinsi gücü artıran) dərmanlar. 
Belə ki, qreyfrut cinsi gücü artıran dərmanlarla birlikdə istifadə edildikdə ölümə səbəb ola bilər. Bundan başqa, kolbasa, sosiska, əncir, kələm turşusu, toyuq və ya dana ciyəri kimi qidaları antidepressant dərmanlarla birlikdə istifadə etmək olmaz. Eyni zamanda, Penisillin və digər antibiotikləri meyvə suları, kofein, pomidor kimi turşulu qidalarla istifadə etmək olmaz. 
Bəs nə üçün bu kimi bir sıra dərman preparatlarını qida ilə qəbul etmək olmaz? Biz belə dərmanları bir-birindən necə ayıra bilərik?
Həkim-cərrah Adil Qeybulla Bizim.Media-ya bildirib ki, bəzi dərmanların qəbulu bir sıra faktorlardan asılıdır:
"Həmin praparatların mədədəki selikli qişaya təsirinin olub-olmaması, eroziya, xora yaratması, qida qəbulu zamanı göstərəcəyi təsir araşdırılmalıdır. Əgər dərman mədənin selik qişasına təsir edən tərkibə malikdirsə, onu yeməkarası qəbul etmək olar. Bütün dərmanların tərkibi onun orqanizmdəki təsirinə hesablanıb". 
Həkim Rasif Bağırov isə qeyd edib ki, qreyfrutun tərkibində orqanizmə ziyan vuran çox ciddi maddələr var:
"Onu nəinki cinsi gücü artıran dərmanlarla, başqa preparatlarla da qəbul etmək olmaz. Tərkibində ferment preparatları və D vitamini olan dərmanlar həmişə yeməyin ortasında qəbul edilir. Ferment ona görə qidayla qəbul edilir ki, mədəyə pis təsir göstərməsin".
Milli.Az

Xəbərlər     Baxılıb: 1784   Tarix: 11 noyabr 2023
f Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Səhər yeməyində buna diqqət edin

Səhər yeməyində yoqurta alternativ axtaranlar üçün kəsmik (cottage cheese) yaxşı seçim ola bilər. Mütəxəssislərin fikrincə, zülalla zəngin bu süd məhsulu uzun müddət toxluq hissi yarada və gün ərzində qəfil aclığın qarşısın

.

Öd kisəsi ağrıyanda nə etməli? - 5 MƏSLƏHƏT

Öd kisəsi ağrı hiss edən, ağrı siqnalı verən orqandır. Çox zaman kisədə daş olanda və iltihabi xəstəliklərdə ağrıyır. Kəskin pristuplarda ilk işiniz təcili yardım çağırıb, xəstəxanaya çatmaqdır, bu zaman hətta ağrıkəsic

.

Qan təzyiqini ölçərkən bu səhvləri etməyin

"Qan təzyiqinin ölçülməsi zamanı düzgün texnikaya əməl edilməməsi nəticələrin təhrif olunmasına gətirib çıxara bilər". -a istinadən xəbər verir ki, bunu RT-yə rusiyalı həkim-kardioloq Yekaterina Paukova deyib. "Nəticəy

.

Diabet xəstələri banan yeyə bilər?

Yaşıl və həddindən artıq yetişmiş banan qanda qlükoza səviyyəsinə fərqli təsir göstərə bilər. xarici mediaya istinadən xəbər verir ki, bananlar çox vaxt şəkərli diabet zamanı rasiondan çıxarılmalı məhsullar sırasında göstərilir

.

Marketlərdəki bu qidalar ürək xəstəliyi riskini artırır

Yüksək səviyyədə üzərində E-rəqəmləri olan emal olunmuş qidaların istehlakı ürək xəstəliyi riskini artıra bilər. -a istinadən xəbər verir ki, təxminən 100.00 qadından ibarət bir qrup üzərində işləyən tədqiqatçılar daha yüksə

.

Enerji içkiləri beyinə belə təsir edir - Həkimdən ciddi xəbərdarlıq

Enerji içkilərinin tərkibində yüksək miqdarda kofein olması xüsusilə yeniyetmələr üçün ciddi sağlamlıq problemlərinə səbəb ola bilər. xəbər verir ki, uşaq endokrinologiyası mütəxəssisi, türkiyəli professor Selim Kurtoğl

.

Avtomobil sürənlər üçün vacib xəbərdarlıq

Uzun müddət avtomobil idarə etmək boyun sağlamlığına mənfi təsir göstərə bilər. xəbər verir ki, türkiyəli həkim Burak Orhan Boranın sözlərinə görə, xüsusilə tıxaclarda tez-tez dayanıb-hərəkət etmək, yanlış oturuş vəziyyət

.

Nahardan sonra yuxunuz gəlirsə, səbəb təkcə yorğunluq deyil

Nahardan sonra güclü yuxululuq hissi bir çox insana tanışdır. Bəzən bu, orqanizmin təbii bioloji ritmləri ilə bağlı olur. -a istinadən bildirir ki, ancaq gündüz yuxululuğu davamlı və çox güclüdürsə, bəzi sağlamlıq problemlərini

.

Pasportdakı rəqəm aldadıcı ola bilər: Orqanizmin əsl yaşı necə müəyyən edilir?

İnsanın faktiki yaşı hər zaman orqanizmin sağlamlıq və funksional vəziyyəti ilə üst-üstə düşmür. -a istinadən xəbər verir ki, bu barədə həkim Viktoriya Kulaqina məlumat verib. Həkimin qeyd etdiyi kimi, bioloji yaş insanı

turlar.az

geyim və ayaqqabılar gozel gorunmek qadin sayti uz ucun cavanlasdirici maskalar paltar modelleri ciyer qovurmasi ilk öpüş kosmetika rəksanə porno bayatılar novruza aid hakistalar birlik