"Çipləmə" COVID-19-a qarşı vaksinasiyanın əsasını təşkil edir - Həkim reanimatoloq
"Çipləmə" deyilən prinsip həqiqətən də vaksinasiyanın əsasını təşkil edir.
Milli.Az oxu.az-a istinadən bildirir ki, bu barədə Rusiyada "Invitro" özəl tibb şəbəkəsinin qurucusu, həkim-reanimatoloq Aleksandr Ostrovski danışıb.
Onun sözlərinə görə, sakinlərin koronavirusa qarşı vaksinasiyası çox mənfi konotasiyada təqdim olunur, amma bu tam belə deyil.
"Hansısa mənada, vaksinasiyanın əsasına həqiqətən də "çipləmə" prinsipi qoyulub: Bədənə DNT, RNT və ya öldürülmüş virusun özü şəklində məlumat daşıyıcısı daxil olur, nəticədə biosistem anticisim istehsal etməyə başlayır", - deyə mütəxəssis əlavə edib.
Həkim həmçinin koronavirusa qarşı peyvəndin könüllü olmasına baxmayaraq, vaksinasiyanın populyarlaşdırılmasının zəruriliyindən danışıb.
"İnsanlara bunun təhlükəsinin xəstəliyin nəticələrinin təhlükəsi ilə müqayisə edilməz dərəcədə aşağı olduğunu izah etmək çox vacibdir", - deyə reanimatoloq vurğulayıb.
Tibbi şəbəkənin rəhbəri əhalinin sağlamlıqlarına qarşı məsuliyyətsiz yanaşmalarından və COVID-19-un ölümcül təhlükəsini qəbul etməməkdə israrlı olmasından narahatlığını bildirib.
"İnsan reanimasiya şöbəsinə düşənə, ağciyərlərin süni ventilyası aparatına qoşulana qədər, hesab edir ki, bütün baş verənlərin ona aidiyyatı yoxdur və ona toxunmayacaq", - deyə Ostrovski yekunlaşdırıb.
Milli.Az /news.milli.az









Vətən haqqında bayatılar
Yuxuda sevdiyin insanı görmək
Kişiləri ehtiraslandıran sözlər
İdeal Dieta: 1 həftəyə 5 kq arıqla!
Qara zirə (Çörək otunun) faydaları
Qarazirə hər dərdin çarəsi olan bitki
Teşkilat' serialının çəkiliş meydançasında gərgin anlar: Dörd nəfər tutuldu
Aktyor Aslan Fətullayevin nəşi Azərbaycana gətirildi