Çirklənmiş kondisionerin TƏHLÜKƏLƏRİ
Yay aylarının vazkeçilməzi olan kondisionerlər düzgün təmizlənmədikdə bir çox sağlamlıq probleminə səbəb ola bilər.
Milli.Az xəbər verir ki, mütəxəssislər xəbərdarlıq edirlər: çirklənmiş kondisionerlər nəfəs yolları infeksiyalarından tutmuş allergik reaksiyalara qədər bir çox ciddi problemin mənbəyi ola bilər.
Kondisioner filtrləri zamanla toz, kif, bakteriya və digər zərərli hissəciklərlə dolur. Bu filtrasiya sistemi təmizlənmədikdə, həmin zərərli maddələr hava yolu ilə yenidən otağa yayılır və ev sakinlərinin sağlamlığını təhdid edir.
Xüsusilə azyaşlı uşaqlar, yaşlılar və astma, bronxit kimi xroniki tənəffüs problemi olan insanlar çirklənmiş kondisionerlərə qarşı daha həssasdır:
Görülməli tədbirlər nələrdir?
Kondisioner filtrləri mütəmadi olaraq - ideal halda ayda bir dəfə - təmizlənməlidir.
Əgər cihaz uzun müddət işləyibsə, peşəkar texniki baxışdan keçirilməsi tövsiyə olunur.
Havanın sirkulyasiyasını artırmaq üçün ev tez-tez havalandırılmalıdır.
Unutmayın, sağlam bir nəfəs almaq üçün təkcə təmiz hava yox, təmiz cihazlar da vacibdir.
Milli.Az









Şəkərli diabet təhlükəsini azaltmaq üçün üç vacib qayda
Günorta yatmazdan əvvəl qəhvə içmək niyə faydalıdır?
İtirilmiş dişlər yenidən çıxa bilər - İnqilabi kəşf
Nuran yeni layihəsini təqdim etdi
Təzyiqi aşağı salan 5 əsas qida
Sərdar Ortaçdan Tarkana SƏRT MESAJ: "1 nömrə mənəm
Türkiyə COP31 üçün xüsusi mahnı təqdim edib
Saatlarla oturanların diqqətinə
Röyanın adından dələduzluq - FOTO
Arif Mirzəyev vəfat etdi
Nərmin Kərimbəyova 'Zəfər günü'nə həsr olunan 'Atabarı'nı təqdim etdi