COVİD-19 bəlası: nə etməli, necə davranmalı, necə qorunmalıyıq?

COVİD-19 bəlası: nə etməli, necə davranmalı, necə qorunmalıyıq?Koronavirus infeksiyasının (COVİD-19) dünya ölkələrində geniş yayıldığı, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) qlobal pandemiya elan etidiyi şəraitdə dünya ölkələri əhalinin sağlamlığının qorunması və virusun daha geniş coğrafiyaya yayılmasının qarşısını almaq üçün ciddi tədbirlərin həyata keçirilməsinə başlayıblar.
Ayrı-ayrı dövlətlərlə təmasların minimallaşdırılması və ya ümumiyyətlə, dayandırılması, ölkə daxilində ictimai həyata və davranışa sərt məhdudiyyətlərin tətbiq edilməsi bir çox ölkələr üçün səciyyəvi hal alıb.
Vətəndaşların layiqli həyat şəraitinin təmin edilməsi, onların təhlükəsizliyinin təmin edilməsi və hazırkı qlobal problemin təsirindən müdafiəsi Azərbaycan dövləti üçün ən vacib və prioritet məsələdir.
Azərbaycan güclü dövlətdir, öz vətəndaşlarının bütün növ təhlükələrdən etibarlı müdafiəsini təşkil etmək üçün zəruri potensiala malikdir.
COVİD-19 bəlası: nə etməli, necə davranmalı, necə qorunmalıyıq?ÜST-ün ekspertlərinin də qeyd etdiyi kimi, Azərbaycan hazırkı qlobal təhlükənin ölkə əhalisinə təsirini mümkün qədər minimallaşdırmaq üçün ən səmərəli tədbirlər həyata keçirən ölkələrdən biridir. 
Hazırda Azərbaycan hökuməti ÜST-ün tövsiyələrini və beynəlxalq təcrübəni nəzərə alaraq, əhalinin sağlamlığının etibarlı qorunması və virusun yayılmasının qarşısının alınması üçün həyata keçirilən tədbirlərin əhatə dairəsini daha da genişləndirib.
Fevralın əvvəlindən reallaşdırılan tədbirlər infeksiyanın xaricdən idxalını məhdudlaşdırmaq və onun ölkə daxilində yayılmasının qarşısını almaq məqsədi daşımışdır. Dövlət orqanlarının fəaliyyətini əlaqələndirən operativ qərargahın yaradılması, bəzi ölkələrlə sərhədlərin bağlanması və gediş-gəliş təmaslarının məhdudlaşdırılması, karantin rejiminin tətbiqi və digər addımlar hazırkı dövrə kimi qarşıya qoyulan vəzifələri maksimum icra etməyə imkan verib.
İnfeksiyanın dünya ölkələrində geniş yayılması ilə əlaqədar ÜST tərəfindən koronavirus infeksiyasının qlobal pandemiya elan olunması Azərbaycanda əlavə təxirəsalınmaz tədbirlərin həyata keçirilməsini zərurətə çevirib.
Bir ay müddətində kütləvi tədbirlərin təxirə salınması, dövlət və özəl sektora aid qurumlar, vətəndaşlar üçün xüsusi qaydaların elan olunması və onlara ciddi riayət olunması üçün nəzarət mexanizminin formalaşdırılması və tətbiqi qərara alınıb.
Tətbiq olunan qaydalar təkcə dövlət orqanlarının deyil, ümumilikdə bütün cəmiyyətin, fərdi qaydada hər bir vətəndaşın üzərinə müvafiq məsuliyyət qoyur.
Tətbiq olunan qaydalar MİLLİ TƏHLÜKƏSİZLİK və MİLLİ HƏMRƏYLİK məsələsidir və tutduğu mövqedən, baxışlarından asılı olmayaraq hər bir vətəndaşdan maksimal şəkildə diqqətli və məsuliyyətli olmaq tələb olunur.
Hər bir vətəndaş bilməlidir ki, tətbiq olunan qaydalar, ilk növbədə, onun və yaxınlarının təhlükəsizliyini, sağlamlığını təmin edən müvəqqəti və məcburi addımlardır. Buna görə də hamı qaydalara anlaşıqlı, dözümlü yanaşmalı, onları maksimum icra etməyə çalışmalıdır.
COVİD-19 bəlası: nə etməli, necə davranmalı, necə qorunmalıyıq?Belə bir çətin durumda anlamalıyıq ki, mövcud qaydalar həm də cəmiyyətimizin İNFORMASİYA TƏHLÜKƏSİZLİYİ məsələsidir. Hər bir media orqanı, sosial şəbəkə istifadəçisi vətəndaşlar tərəfindən qaydalara riayət olunmasını malik olduğu potensiala uyğun təbliğ etməli, insanları maarifləndirməli, cəmiyyətdə panika və ajiotaj yaranmasına yol verməməli, insanların narahatlığına səbəb olacaq məlumatlar, şayiələr yaymaqdan çəkinməlidirlər.
Hamı bilməlidir ki, yalan, dezinformasiya xarakterli video və fotolar, səs yazıları, iddialar təxribat kimi qiymətləndiriləcək və müvqafiq hüquqi məsuliyyət doğuracaq. İctimaiyyətdə yanlış fikrin formalaşdırılması məqsədi güdən və qəsdən bu qəbildən olan informasiyaların yayılmasını həyata keçirən kütləvi informasiya vasitələri, o cümlədən sosial şəbəkə istifadəçiləri barəsində ən ciddi tədbirlər görüləcək.
Hər bir vətəndaş nümunəvi davranışı, dövlət orqanlarının işinə dəstək verməklə özünü, ailəsini, yaxınlarını qorumuş olacaq və ümumilikdə cəmiyyətimizin təhlükəsizliyinə öz vətəndaş töhfəsini verəcək.
Təkcə dövlət orqanlarının səmərəli fəaliyyəti deyil, ayrı-ayrılıqda hər bir şəxsin SOSİAL MƏSULİYYƏTdən irəli gələn davranışı, Nazirlər Kabineti yanında Operativ Qərargahın bütün tövsiyə, təklif və qərarlarını qeyd-şərtsiz icra etməsi qarşıda duran vəzifələrin mümkün qədər effektiv icrasını təmin edən əsas faktorlardan biridir. 
Bəs COVİD-19 koronavirusundan necə qorunmalı, nə etməliyik?
Ən populyar və geniş yayılmış vasitə maskadır.
Yoluxucu xəstəliklərin yayılmasına qarşı mübarizə üzrə mütəxəssislər tibb işçiləri üçün N95 respirator maskasını tövsiyə edirlər.
Bu maska nəfəslə yayıla biləcək kiçicik hissəciklərin ən azı 95 faizinin qarşısını alan xüsusi filtrlə təchiz olunub.
Bəzi ehtimallara görə, koronavirusun ölçüsü bu filtrin ələyindən daha kiçikdir. Belə çıxır ki, bu halda filtrli respiratorlar da tam müdafiəni təmin etmir.
Bu növə aid maskalar üzə sıx oturur və kənar hissəciklərin burun və ağız nahiyəsindən bədənə daxil olmasına mane olur.
Belə maskalara daha çox tibbi müəssisələrdə rast gəlmək olar.
COVİD-19 bəlası: nə etməli, necə davranmalı, necə qorunmalıyıq?Ancaq insanların kütləvi istifadə etdiyi masklar birdəfəlik cərrahi maskalardır.
Onlar nisbətən iri damcı hissəciklərin qarşısını ala bilər. Virusoloqların çoxu bu maskaların hava ilə ötürülən viruslara qarşı effektivliyinə şübhə edir.
Lakin onların əldən ağıza ötürülə biləcək bir sıra infeksiyanın qarşısını ala biləcəyinə dair bir sıra dəlil mövcuddur.
Cərrahi maskalar adətən üzə sıx oturmur, onun ətraflarında əmələ gələn boşluqlar "sızmalara" yol aça bilər.
İnfeksiyadan əziyyət çəkən insana qayğı göstərərkən maska taxmaq məsləhətdir.
Həkimlərin tövsiyəsinə görə, maskanı asqıran və ya öskürən şəxslər də taxmalıdır.
Maskalar əllərin təmiz saxlanıldığı halda effektiv olur.
"Ümumilikdə, maskaya ehtiyac hiss edən hər kəsə onu taxmaq tövsiyə olunur", - İngiltərənin Milli Səhiyyə Xidməti (NHS) bildirir.
Maska taxmazdan əvvəl əllərinizi sabunla yuyun və ya spirt tərkibli təmizləyici (dezinfektant) maddə ilə təmizləyin.
Ağız və burun nahiyəsini örtün və əmin olun ki, üzünüzlə maska arasında boşluq qalmayıb.
İstifadə edərkən maskaya toxunmamağa çalışın. Əks təqdirdə onun üzərində ola biləcək infeksiya əllərinizə keçə bilər.
Birdəfəlik maskalardan təkrarən istifadə etməyin.
COVİD-19 bəlası: nə etməli, necə davranmalı, necə qorunmalıyıq?Maska nəmli olarsa, onu yenisi ilə əvəzləmək lazımdır.
Maskanı arxa tərəfdən çıxarın. Onun ön hissəsinə toxunmayın, çünki onun üzərində infeksiya ola bilər.
Maska öz yerində, amma təmiz əllər infeksiyanın qarşısında ilk və ən mühüm müdafiə baryerlərindən biri olmalıdır.
Buna görə də yoluxucu xəstəliyin qarşısını almaq üçün əllərinizi sabunla yumağı unutmayın.
Əgər onları yumaq mümkün deyilsə, spirt tərkibli təmizləyici (dezinfektant) maddədən istifadə edin.
Ümumdünya Səhiyyə Təşkilatı, Azərbaycanın Səhiyyə Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin koronavirus ilə bağlı əhaliyə tövsiyələri:
• əllərinizi yuyun
• öskürdükdən və asqırdıqdan sonra
• xəstələrə qulluq edərkən
• yemək hazırlayərkən, əvvəl və sonra
• yeməkdən əvvəl
• tualet istifadəsindən sonra
• əllər vizual olaraq çirkli göründükdə
• heyvanlar və heyvan tullantıları ilə işlədikdən sonra
• əllər vizual olaraq çirkli göründükdə onları axar su və sabun ilə yuyun.
Elçin Alıoğlu
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1621   Tarix: 16 mart 2020
f Paylaş

Oxşar xəbərlər

.

Qəhvə sevənlər bunu mütləq oxusun

Kofeinin orqanizmə təsiri ilə bağlı yeni araşdırma aparılıb. London Kral Mariya Universitetinin alimləri müəyyən ediblər ki, kofein hüceyrələrin enerji çatışmazlığına cavab verən qədim mexanizmini aktivləşdirə bilər. Alimlə

.

Pasportdakı rəqəm aldadıcı ola bilər: Orqanizmin əsl yaşı necə müəyyən edilir?

İnsanın faktiki yaşı hər zaman orqanizmin sağlamlıq və funksional vəziyyəti ilə üst-üstə düşmür. -a istinadən xəbər verir ki, bu barədə həkim Viktoriya Kulaqina məlumat verib. Həkimin qeyd etdiyi kimi, bioloji yaş insanı

.

Yuxusuzluğun gözlənilməz səbəbi məlum oldu

"Səliqəsiz insanlar yuxuya getməkdə çətinlik çəkə və keyfiyyətsiz yata bilərlər". -a istinadən xəbər verir ki, bu barədə psixoloq Ana Gerrero Brana "Hola" nəşrinə müsahibəsində danışıb. O, yuxusuzluğu

.

Bu yaşda ət yemək ömrü uzadır

Çəki çatışmazlığı olan yaşlı insanlarda ət istehlakı 100 yaşa qədər yaşamaq ehtimalını artıra bilər. Tədqiqatçılar müəyyən ediblər ki, bu yaş dövründə ətdən imtina etmək, xüsusilə qadınlar arasında daha qısa ömür sürməkl

.

Gözə linza taxdırmazdan əvvəl bunu mütləq bilməlisiniz

"Yeni nəsil göz içi linzalar üçün ciddi yaş məhdudiyyəti yoxdur. Linza seçimində əsas meyar yaş deyil, gözün ümumi vəziyyəti və pasiyentin gündəlik görmə ehtiyaclarıdır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyini

.

Nahardan sonra yuxunuz gəlirsə, səbəb təkcə yorğunluq deyil

Nahardan sonra güclü yuxululuq hissi bir çox insana tanışdır. Bəzən bu, orqanizmin təbii bioloji ritmləri ilə bağlı olur. -a istinadən bildirir ki, ancaq gündüz yuxululuğu davamlı və çox güclüdürsə, bəzi sağlamlıq problemlərini

.

Bu giləmeyvələr hipertoniyanın yaranmasının qarşısını alır

Quşüzümü və mərcangilə hipertoniya və aterosklerozun yaranmasının qarşısını almağa kömək edir, eləcə də sidik yolu infeksiyalarına qarşı profilaktik vasitə kimi xidmət edir. -a istinadən xəbər verir ki, bu barədə rusiyal

.

Yuxuda sevişmək nəyə yozulur?

Yuxular hələ də sirri açılmayan qaranlıqla dolu dünyadır. Yuxu əsrlərdən bəri araşdırılan, həm alimlərin, həm də mistika ilə məşğul olanların cavabını tapmaq istədiyi tapmacadır. Fərqli və rəngarəng yuxular bəzən də cinsəlikl

.

Qəhvəni bu saatda için

Kardioloq və terapevtlər qəhvə qəbulunda təkcə miqdarın deyil, içkinin hazırlanma üsulu və qəbul edildiyi saatın da vacib olduğunu bildiriblər. xəbər verir ki, mütəxəssislərin sözlərinə görə, kofein qəbulunu 15:00-16:00 radələrind

turlar.az

yemek reseptleri qadın geyimi geyim dəbləri soz ehtiyati artirmaq monika belluççi qonaq otaqi dizayni ləkələr kosmetika yumurta həsən bəy zərdabi veten seirleri burcler nagillar