COVİD-19 bəlası: ölkədə vaksinasiya necə gedir? - VİDEO

COVİD-19 bəlası: ölkədə vaksinasiya necə gedir? - VİDEOAzərbaycanda vaksinasiya prosesi və peyvəndləmə haqqında təbliğat kampaniyaları davam edir. 
Azərbaycan Respublikası Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta və Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi (TƏBİB) birlikdə vaksinasiya üçün üçüncü təbliğat kampaniyasını həyata keçirir.
Milli.Az bildirir ki, həm "Peyvənd olunaq - darıxdığımız həyatı qaytaraq" şüarı ilə həyata keçirilən təbliğat kampaniyası, həm də onun davamı olan "Birimiz hamımız üçün peyvənd olunaq" çağırışı pandemiya ilə mübarərizənin ən təsirli yolunun vaksinasiya olduğunu göstərdi. 
Hazırda isə 3-cü dozanın əhəmiyyətindən bəhs edən "Peyvəndlə güclənək, qalib gələk" şüarı ilə davam edən təbliğat kampaniyasında COVID-19 pandemiyasından tamamilə xilas olmağın yeganə yolunun gücləndirici doza ilə peyvəndlənmək olduğu göstərilir. 
Kampaniya üçün nəzərdə tutulan sosial media məzmunu, video və radioçarxlar, çöl reklamları və çap materiallarında 2 doza peyvənd olunan şəxslərin 3-cü doza ilə güclü immunitet qazanaraq COVID-19 pandemiyasına qalib gəlmələri əks olunur.  
Kampaniya çərçivəsində işıq üzü görən videoçarxda fərqli yaş, peşə, həyat tərzinə malik hər bir şəxs üçün 3-cü dozanın həyati əhəmiyyət kəsb etdiyi vurğulanır.
Əsas mesaj isə ondan ibarətdir ki, uzun müddətdir mübarizə apardığımız pandemiya üzərində qələbə qazanmağın yeganə yolu vaksinasiya ilə immuniteti gücləndirməkdir. Təbliğat kampaniyasının şüarı da bu düşüncələri tamamlayır: Peyvəndlə güclənək, qalib gələk!
Kampaniyanın kommunikasiya strategiyası "Maverick" Kommunikasiya Agentliyi, istehsalat işləri isə Bakı Media Mərkəzi tərəfindən reallaşdırılıb. 
Milli.Az

/news.milli.az

Xəbərlər     Baxılıb: 1103   Tarix: 15 noyabr 2021
f Paylaş

Oxşar xəbərlər

.

Duru yağ zərərlidir? – Mütəxəssis açıqladı

Duru yağların zərərli olduğunu demək olmaz. Çünki duru yağ etibarlı və keyfiyyətli, mənşəyi bəlli olan xammaldan - zeytun, günəbaxan və qarğıdalıdan istifadə olunaraq hazırlanırsa, bizim region üçün istifadəyə daha uyğundur

.

Şəkərli diabet təhlükəsini azaltmaq üçün üç vacib qayda

Rusiyalı həkim-terapevt Nadejda Çernışova şəkərli diabet üçün risk qrupuna kimlərin aid olduğunu və bu xəstəliyin yaranma riskini azaltmaq üçün hansı addımların atılmasının vacib olduğunu izah edib. -a istinadən xəbər veri

.

Nahardan sonra yuxunuz gəlirsə, səbəb təkcə yorğunluq deyil

Nahardan sonra güclü yuxululuq hissi bir çox insana tanışdır. Bəzən bu, orqanizmin təbii bioloji ritmləri ilə bağlı olur. -a istinadən bildirir ki, ancaq gündüz yuxululuğu davamlı və çox güclüdürsə, bəzi sağlamlıq problemlərini

.

Göz linzası ilə bağlı ən çox verilən sual cavablandı

"Göz içi linza (İOL) katarakt əməliyyatı zamanı bulanıqlaşmış təbii büllurun yerinə yerləşdirilən süni linzadır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi "Instagram" hesabında keçirilə

.

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

Qanda anemiya və hemoqlobin səviyyəsinin düşməsi xərçəng müayinəsindən keçməyi tələb edir, xüsusən kişilər diqqətli olmalıdır. -a istinadən xəbər verir ki, cərrah İldus Muxametovun sözlərinə görə, kolorektal xərçəngin inkişaf

.

Hər gün üzüm yesək, nə olar?

Üzüm həm dadı, həm də zəngin qida tərkibi ilə seçilən meyvələrdəndir. -ın məlumatına görə, tərkibində vitaminlər, minerallar, lif və antioksidantlar olan bu meyvənin müntəzəm, ölçülü miqdarda istehlakı sağlam qidalanmay

.

Xaricdən gətirilən dərmanlar bu hallarda təhlükəli olur

Qeyri-qanuni yollarla idxal edilən dərman vasitələrinin istifadəsi təhlükəsiz hesab edilmir. Trend-in Analitik Ekspertiza Mərkəzindən (AEM) əldə etdiyi məlumata görə, Azərbaycan Respublikasının dərman vasitələrinin(DV) dövlə

.

Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları

Pandemiyada insanların immuniteti gücləndirən təbii məhsullara marağı da artdı. Bu qidalardan ən önəmlisi isə udi hindi bitkisidir. Udi hindinin faydaları saymaqla bitmir. Bəs udi hindi bitkisi nədir?. xəbər verir ki, ə

.

Dişləri saraldan qidalar

Stomatoloq Karla Fornas rasiondakı müəyyən qida məhsulları səbəbindən diş minasının sarala biləcəyi barədə xəbərdarlıq edib. -a istinadən xəbər verir ki, bu barədə o, "El Confidencial" nəşrinə müsahibəsində danışıb

turlar.az

qaşların formalari gozel gorunmek qis geyimləri 2026 qadın alt paltarları baliq qulagi el isleri ədəbiyyat testləri meslehetler kosmetika salatlar xerçeng sağlıq uzeyir hacibeyli öpüşme