COVID-19-dan sağalanlarda yaranan problemlər: Əsəb, zehni xəstəlik...
Britaniya və Amerika alimləri koronavirusun zehni sağlamlığa ciddi təsirinin olduğunu açıqlayıb.
Milli.Az xəbər verir ki, tədqiqatın nəticələri "Lancet Psychiatry" elmi jurnalında dərc edilib. Bildirilib ki, hər üçüncü COVID-19 xəstəsi infeksiyadan altı ay sonra əsəb və ya zehni xəstəlikdən əziyyət çəkir. Tədqiqatda 236 min xəstə iştirak edib. Mütəxəssislər COVID-19 xəstələrinin ilk infeksiya diaqnozu qoyulduqdan altı ay sonra 14 fərqli sinir və ya zehni xəstəliyi olub-olmadığını yoxlayıb.
Məlum olub ki, koronavirusun fəsadları qrip və ya digər tənəffüs yolları xəstəliklərindən daha çoxdur. Qeyd edilib ki, COVID-19 xəstələri arasında beyin problemləri geniş yayılıb. Ən çox görülən əsəb və ya zehni xəstəliklər, narahatlıq, affektiv pozğunluqlar olub. Alimlərin sözlərinə görə, xəstələrin 13 faizinə zehni və ya əsəb xəstəlikləri ilə əlaqəli diaqnozlar ilk dəfə qoyulub.
Statistikalara görə, 2020-ci ildə psixoloji dəstəyə və psixoloqların xidmətinə tələb artıb. /medicina.az
Milli.Az /news.milli.az









Vətən haqqında bayatılar
Yuxuda sevdiyin insanı görmək
Kişiləri ehtiraslandıran sözlər
İdeal Dieta: 1 həftəyə 5 kq arıqla!
Qara zirə (Çörək otunun) faydaları
Qarazirə hər dərdin çarəsi olan bitki
Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları
Öd kisəsi ağrıyanda nə etməli? - 5 MƏSLƏHƏT
Teşkilat' serialının çəkiliş meydançasında gərgin anlar: Dörd nəfər tutuldu
Aktyor Aslan Fətullayevin nəşi Azərbaycana gətirildi