COVID-19-un aylarla davam edən fəsadı
Konsentrasiyanın pozulması, diqqətsizlik, yorğunluq, baş ağrıları, danışarkən söz tapmaqda çətinlik... Koronavirusdan sonra bu və buna bənzər şikayətlərin səbəbi "beyin dumanlanması" ola bilər.
Milli.Az oxu.az-a istinadən xəbər verir ki, uzun müddət davam edən COVID-in ümumi simptomlarından biri olan beyin dumanlanması hətta aylarla davam edir.
Bu barədə danışan türkiyəli nevrologiya mütəxəssisi, professor Nilüfer Kale bəzi açıqlamalar verib.
Onun sözlərinə görə, beyin dumanlanması əslində tibbi termin deyil. Xəstələr bunu unutqanlıq, diqqət dağınıqlığı, konsentrasiyanın azalması, danışarkən söz tapmaqda çətinlik çəkmək, fikirlərini düzgün toplaya bilməmək, əhval-ruhiyyənin pozulması, yorğunluq, baş ağrısı kimi şərh edirlər: "Elə bil yaxşı yatmamışam" və ya "başım dümanlıdı", "diqqətimi cəmləyə bilmirəm, düşünə bilmirəm".
Həkim qeyd edir ki, bunlar insanların həyat keyfiyyətinə böyük təsir göstərir. Beyin dumanlanmasının xüsusi müalicəsi yoxdur. Bu tip xəstələrə "sağlım həyat tərzi" məsləhət bilinir.
"Həddindən artıq unutqanlıq, söz tapmaqda çətinlik tapmaq, bunda əlavə görmə kimi yanaşı şikayətlər olarsa nevropatoloqa müraciət etmək lazımdır", - deyə professor vurğulayıb.
Milli.Az /news.milli.az









Çox təhlükəli VİRUS: Yeni karantin qapıda
D vitamininin ziyanı üzə çıxdı
Mətbəxdə istifadə edilən 3 yağ xərçəngə səbəb olurmuş
Səhər və axşam fərq etmədən zəhər istehlak edirik
Şeflərin "uzaq durun" dediyi 6 şirniyyat: Sifariş vermədən əvvəl iki dəfə düşünün
Ramazandan sonra necə qidalanmaq lazımdır?
"Yaxın 10-15 ildə alimlər insan ömrünü azı 10 il uzada biləcəklər"
Guya irad bildirib, özünü ağıllı göstərməyə ehtiyac yoxdur
Efirlərdən küsmüşəm' - Aşıq Əli
Təəssüf ki, aktyorlar kölgədə qalıblar' - Əməkdar artist
Gündəlik optimal yuxu vaxtı - Alimlərin YENİ KƏŞFİ
Ersin Arıcının yeni layihəsi bəlli oldu
Məşhur müğənniyə ilik köçürüləcək