COVID-19-un yaratdığı panik atak qorxusu

COVID-19-un yaratdığı panik atak qorxusuYeni növ koronavirus (COVID-19) pandemiyası dövründə infeksiyaya yoluxmaqdan ehtiyat etmək gərginlik, obsessiv-kompusiv pozuntu, qorxu, yuxusuzluq kimi psixoloji problemlərə səbəb olur. Həmin vəziyyət yalnız panik atakdan əziyyət çəkənlərdə deyil, psixoloji narahatlığı olmayanlarda da müşahidə edilir.
Milli.Az bildirir ki, Azərbaycan Dövlət Pedaqoji Universitetinin müəllimi, psixologiya üzrə fəlsəfə doktoru Yeganə Əsgərova AZƏRTAC-a deyib: "Pandemiya dövrü ilə əlaqədar olaraq panik atak içərisində olanlar var. Onlar alışmadıqları bir vəziyyətlə üzləşiblər - öz sağlamlıqlarını qorumaq üçün bütün gün evdə oturaraq bayıra çıxmır, maska taxmağa məcbur olurlar. Bütün bu baş verənlər psixologiyaya təsirsiz ötüşmür. Bu isə öz növbəsində müəyyən həyəcan pozuntuları, gərginlik və depressiya yaradır".
Həmin psixoloji narahatlıqlar oxşar olsa da, koronavirusdan qorxu əlamətlərinə görə fərqlənirlər. Psixoloqun dediyinə görə, obsessiv-kompusiv pozuntulardan əziyyət çəkənlərin virusa mikrobdan yoluxma qorxusu olduğu halda panik atak xəstələri koronavirusun nəfəs darlığı yaratmasından ehtiyat edirlər: "Panik ataka məruz qalanlar özləri ilə təzyiqölçən aparat və su gəzdirir, infeksiyaya yoluxaraq öləcəklərindən ehtiyat edir və daim bu barədə düşünürlər. Bu hal xəstəliyə yoluxmaq qorxusu yaşayan və kökündə ölüm qorxusu olan panik atak narahatlığından əziyyət çəkənlərə xüsusilə ağır təsir göstərir. Onlar yaşadıqları evi, pal-paltarlarını vaxtaşırı spirtlə dezinfeksiya edir, əllərini tez-tez və uzun müddət yuyurlar. Bu, onlarda təmizlik obsessiyası yaradır. Həmin şəxslərə elə gəlir ki, əgər bunu etməsələr, virus onlara yoluxacaq".
Xəstəliyə yoluxduqdan sonra evdə və ya xəstəxanada müalicəni davam etdirmək düşüncəsi də onları narahat edən amillərdəndir. Hətta virusa yoluxub özünü təcrid edərək tənha qalmaqdan qorxanlar da var. Bütün bunlar nəticə etibarı ilə depressiv əlamətlərin meydana çıxmasına da səbəb ola bilər.
Həmin problemlərin həlli yolları barədə danışan psixoloq deyib: "İlk növbədə psixologiyanı sağlamlaşdırmaq, hər şeyə müsbət tərəfdən yanaşmağı bacarmaq lazımdır. Özünü daim neqativ fikirlərlə yükləmək əvəzinə pozitiv fikirlərə üstünlük verilməlidir ki, əhval-ruhiyyənin aşağı düşməsinə mane olsun. Virusa yoluxacağı, xəstəliyi tutub öləcəyi barədə düşünmək əvəzinə xəstəliyin varlığını qəbul etmək və ona yoluxacağın halda sağalacağın barədə düşünmək lazımdır".
Araşdırmalar göstərir ki, psixoloji cəhətdən neqativ yüklənmək koronavirusun orqanizmdəki təsirinin artmasına səbəb olur. Qabaqlayıcı tədbir görmək üçün immun sistemini möhkəmlətmək və depressiyadan qorunmaq çox vacibdir.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1519   Tarix: 14 fevral 2021
f Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

Gecə yuxu zamanı ayaq əzələlərində qəfil və ağrılı qıcolmalar bir çox insanda müşahidə olunur. xəbər verir ki, bu hal bəzən sadə səbəblərlə bağlı olsa da, tez-tez təkrarlanması müəyyən sağlamlıq problemlərinin əlaməti ol

.

Yuxuda sevişmək nəyə yozulur?

Yuxular hələ də sirri açılmayan qaranlıqla dolu dünyadır. Yuxu əsrlərdən bəri araşdırılan, həm alimlərin, həm də mistika ilə məşğul olanların cavabını tapmaq istədiyi tapmacadır. Fərqli və rəngarəng yuxular bəzən də cinsəlikl

.

Xaricdən gətirilən dərmanlar bu hallarda təhlükəli olur

Qeyri-qanuni yollarla idxal edilən dərman vasitələrinin istifadəsi təhlükəsiz hesab edilmir. Trend-in Analitik Ekspertiza Mərkəzindən (AEM) əldə etdiyi məlumata görə, Azərbaycan Respublikasının dərman vasitələrinin(DV) dövlə

.

Çox öskürənlər bunu oxusun

Uzun müddət davam edən öskürək bir çox insanın qarşılaşdığı problemlərdən biridir. Bəzən adi soyuqdəymədən sonra yaranan öskürək həftələrlə davam edə bilər. Lakin öskürəyin səbəbi hər zaman tənəffüs yolu infeksiyası olmur

.

Günorta yatmazdan əvvəl qəhvə içmək niyə faydalıdır?

Günorta saatlarında yorğunluq hiss edən insanların əksəriyyəti özlərini gümrah hiss etmək üçün bir fincan qəhvə içirlər. Lakin mütəxəssislər qəhvənin təsirini artırmaq üçün maraqlı üsul təklif edirlər. . xəbər verir ki, qəhv

.

Bu qidalar beyin damarlarına zərər verə bilər

Çox emal olunmuş qidaların qəbulu orta yaşlı insanlarda beyin damarlarının zədələnməsinə səbəb ola bilər. . xəbər verir ki, Kanadada aparılan və "JAMA Network Open" jurnalında dərc olunan araşdırmada 35-69 yaş aras

.

Avtomobil sürənlər üçün vacib xəbərdarlıq

Uzun müddət avtomobil idarə etmək boyun sağlamlığına mənfi təsir göstərə bilər. xəbər verir ki, türkiyəli həkim Burak Orhan Boranın sözlərinə görə, xüsusilə tıxaclarda tez-tez dayanıb-hərəkət etmək, yanlış oturuş vəziyyət

.

Göz quruluğunun səbəbi bəlli oldu

Smartfon, planşet və kompüterdən uzun müddət istifadə göz quruluğu şikayətlərini artırır. xəbər verir ki, mütəxəssislər gözlərdə yanma, batma, qızartı və görmənin bulanması kimi əlamətlərin diqqətdən kənarda saxlanılmamasın

.

Qəhvə sevənlər bunu mütləq oxusun

Kofeinin orqanizmə təsiri ilə bağlı yeni araşdırma aparılıb. London Kral Mariya Universitetinin alimləri müəyyən ediblər ki, kofein hüceyrələrin enerji çatışmazlığına cavab verən qədim mexanizmini aktivləşdirə bilər. Alimlə

turlar.az

gözəllik məhsulları qaşların formalari toy makiyaji sekilleri qadin tumani gün vurmanın əlamətləri xina ucun bayatilar əl işlərinin hazırlanması kosmetika arıqla terezi uşaq şeirləri lakonizm vetene aid bayati