COVID-19 ürəyə belə təsir edir
Koronavirus infeksiyasına yoluxma zamanı ürək-damar xəstəliklərindən ölüm halları ilə bağlı məlumatlar hətta eyni ölkə daxilində də dəyişir.
Milli.Az xəbər verir ki, bunu Rusiya Səhiyyə Nazirliyinin baş müstəqil kardioloqu Sergey Boytsov "Radio Rusiya"nın efirində deyib.
Onun sözlərinə görə, hazırda dünyanın əksər ölkələrində COVID-19 fonunda ürək xəstəliklərindən ölüm hallarının artımı 10-12% təşkil edir.
Mütəxəssis onu da qeyd edib ki, ürək-damar xəstəliklərinin fəsadları, o cümlədən ölüm halları təkcə koronavirusla deyil, həm də əksər infeksiyalarla bağlıdır. Həkim əlavə edib ki, qrip epidemiyası zamanı miokard infarktından ölüm 30 faizə qədər yüksəlir.
"Əsasən ya ürək çatışmazlığı, ya da aritmiyalar nəticəsində qəfil ölüm mexanizmi ilə əlaqəli olan koronar ürək xəstəliyinin digər formalarından ölüm təxminən 10 faizdir" - S.Boytsov qeyd edib. (publika.az)
Milli.Az /news.milli.az









Vətən haqqında bayatılar
Yuxuda sevdiyin insanı görmək
Kişiləri ehtiraslandıran sözlər
Öd kisəsi ağrıyanda nə etməli? - 5 MƏSLƏHƏT
Qara zirə (Çörək otunun) faydaları
İdeal Dieta: 1 həftəyə 5 kq arıqla!
Qarazirə hər dərdin çarəsi olan bitki
Arif Mirzəyev vəfat etdi
Nərmin Kərimbəyova 'Zəfər günü'nə həsr olunan 'Atabarı'nı təqdim etdi
Teşkilat' serialının çəkiliş meydançasında gərgin anlar: Dörd nəfər tutuldu
Aktyor Aslan Fətullayevin nəşi Azərbaycana gətirildi